Tsusima Bogazi - Wikipedia
Tsusima Bogazi - Wikipedia - Haqqında Məlumat
Tsuşima boğazı (kor. 쓰시마 해협 sseu-si-ma hae-hyeop) — Yapon dənizi ilə Şərqi Çin dənizini birləşirdirir. Tsuşima boğazı Koreya boğazının bir qolu olaraq. Tsuşima və İki adaları arasında yerləşir. Uzunluğu 100 km, ən dar hissədə eni isə 47 km olaraq İki və Simodzima adaları arasında yerləşir. Boğazdan Tsuşima cərəyanı keçir. Bu cərəyan isti Krusio cərayanının bir hissəsidir. Tarixdə boğaz Tsuşima döyüşünə şahid olmuşdur. Döyüş 27–28 may 1905-ci ildə baş vermişdir. Rus-yapon müharibəsinin ən əhəmiyyətli döyüşü olaraq rus donanmasıbın Yapon imperiya ordusu tərəfindən darmadağın edilməsi ilə əlamətdardır. Yaponlar ümumilikdə Koreya yarmadasından Kyusyu adasına qədər olan hissəni Tsuşima boğazı adlandırırlar.
Tsuşima boğazı | |
---|---|
kor. 쓰시마 해협 yap. 対馬海峡 - Tsushima Kaikyō | |
Ümumi məlumatlar | |
Eni | minimum 47 km |
Uzunluğu | 100 km |
Ən böyük dərinliyi | 90 m |
Yerləşməsi | |
28°10′27″ şm. e. 112°29′25″ ş. u.HGYO | |
Ölkələr | |
Akvatoriyası | |
Ayırır | Tsuşima adasını İki adasından |
|
Mənbə
redaktə- Yapon Hidroqrafik Assosasiyası Arxivləşdirilib 2008-04-23 at the Wayback Machine