Tuz Golu - Wikipedia
Tuz gölü (türk. Tuz Gölü) — Türkiyənin ikinci ən böyük gölü. Gölün duzluluğu 340 ‰-dir. Anadolunun mərkəzində, Konyadan 105 km şimal-şərqdə və Ankaradan 150 km cənub-şərqdə yerləşir.
Tuz gölü | |
---|---|
türk. Tuz Gölü | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 905 m |
Eni | 50 km |
Uzunluğu | 80 km |
Sahəsi | 1600—2500 km² |
Dərin yeri | 5 m |
Orta dərinliyi | 1-2 m |
Yerləşməsi | |
38°50′00″ şm. e. 33°20′00″ ş. u.HGYO | |
Ölkə | Türkiyə |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Strabon Qalatiya və Kapadokiya sərhədindəki Tatta gölündən bəhs edərkən[1] bu gölü nəzərdə tuturmuş.
İlin çox hissəsi dayazdır (1-2 m) və duz gölünün sahəsi 1500 km²-dir. Adətən uzunluğu 80 km və eni 50 km olur. Dəniz səviyyəsindən 905 m yüksəkdədir.
Göl Türkiyənin mərkəzi platosundakı tektonik çuxuru doldurur. Gölə iki böyük dərə axır amma göl əsasən yeraltı mənbələrdən və yağışla qidalanır. Axar çayları yoxdur. Kanallar və dərələr Tuz gölünə axdığı yerlərdə, bataqlıqlar meydana gətirir. Yay aylarında buxarlanma səbəbi ilə Tuz gölü suyunun çox hissəsini itirir, ortalama qalınlığı 30 sm olan bir duz qatı əmələ gəlir. Duz qatı gölün dibinə çökür. Qışda duz yenidən yağış və ətraf torpaqlardan axan su ilə həll olur.
Göldəki üç duz mədəni Türkiyənin istehlak etdiyi bütün duzun təxminən 70% -ni istehsal edir. Duz mədəni, əsasən duzun təmizlənməsi və emalı ilə əlaqəli olan bölgədəki sənaye fəaliyyətinin istiqamətini müəyyənləşdirir. Göl becərilən torpaqlarla əhatə olunmuşdur, yalnız cənub və cənub-qərbdə şoran torpaqların su altında qalması səbəbindən torpağın becərilməsi mümkün deyildir.
2001-ci ildə qonşu çöllərlə birlikdə Tuz gölü xüsusi mühafizə olunan ərazi elan edildi. Gölün cənub hissəsindəki bir qrup adada böyük bir qızılqaz populyasiyana aid yuvalama bölgəsi vardır. Bundan əlavə, burada qaşqa qaz və səhra qızılquşuna rastlamaq mümkündür.
Tuz gölü təbii qaz deposu
redaktəTürkiyə Rusiya və İrandan aldığı qaz miqdarının təzyiqi, payız və qışda böyük bir problemlər yaradır. Bu problemi aradan qaldırmaq üçün, Duz gölünün altındakı duz blokları içərisində təbii qaz anbarının qurulması düşünülür. Tuz gölündən 40 km cənubda olan Sultanhanında təbii qaz tutumu 1 milyard m³ olan 12 süni duz mağarası qurulur. Səthin 1 100 m-dən 1 400 m-ə qədər olan duz təbəqələri su basılaraq əriyəcək və duzlu su Tuz gölünə veriləcəkdir. Müəssisəyə ilk qaz 2017-ci ilin fevral ayında verilir və saxlama fəaliyyətinə başlanılır.
İstinadlar
redaktə- ↑ Strabo. Geographica. xii. p.568. Page numbers refer to those of Isaac Casaubon's edition.