Tuzla Dili - Wikipedia
Tuzla dili[1], ukr. коса Тузла) — Kerç boğazında yerləşən dil. Vaxtı ilə Taman yarımadasına bitişik olaraq uzanır. 1920-ci illərdə Tuzla adasının yaranması ilə dilin uzunluğu azalmışdır[1].
Tuzla dili | |
---|---|
rus. Тузлинская коса | |
Yerləşməsi | |
45°16′06″ şm. e. 36°33′00″ ş. u.HGYO | |
Akvatoriya | Kerç boğazı |
Ölkələr | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Etimalogiya
redaktəTuzla dilinin adı türk dillərində işlənən "duz" və ya "düz" sözlərindən yaranması ehtimal edilir[1]. Yunan mənbələrində Аkme olaraq keçir[1].
Coğrafiya
redaktəHazırda Tuzla adası uzun və ensiz dambanı xatırladır. Ada Taman yarımadasına doğru istiqamətlənir. Dilin qərb hissəsi boğazla ayrılır. Bu hissə Ukrayna ərazisinə daxildir. Şərq hissə isə Rusiyanın Krasnodar diyarı ərazisinə daxildir. Tuzla dili qumdan təşkil olunmuşdur. Sahil hissəyə qumların toplanması ilə sahəsi genişlənir. XVIII əsrdə dil kiçik adalardan ibarət olmuşdur. Dil ilk dəfə xəritələrdə 1830-cu ildə meydana gəlmişdir. 1925-ci ildə balıqçılar dilin üzərində ensiz kanal qazdılar. Səbəb isə uzun məsafəni qısaltmaq olmuşdur. Elə həmin ildə güçlü fırtına olur. Nəticədə kanal iri boğaza çevrilir. Dilin isə bir qismi adaya çevrilir. 2003-cü ildə materikdən adaya süni damba inşa efilmişdir.
Tarixi
redaktə28 noyabr 1869-cu ildə dil Kuban vilayətinə mənsub olmuşdur. 13 avqust 1922-ci ildə Tuzla dili Krım MSSR ərazisinə birləşdirilir[2]. 1941-ci ilin yanvarında Tuzla dası Krasnodar diyarının Temryok rayonu ərazisindən ayrılaraq Krım MSSR ərazisinə verilir. 1954-cü ildə Krım vilayəti Ukrayna SSR ərazisi elan edilir. Bu zaman sərhədlər dəqiq müəyyən edilmir.
Böyük Vətən Müharibəsi dönəmində 6–9 oktyabr 1943-cü il tarixində dil almanlardan təmizlənmişdir. Praktiki olaraq RSFSR ilə Ukrayna SSR arasında sərhəd 1970-ci illərdə təstiqlənmişdur.
Ərazi mübahisəsi
redaktəRusiya tərəfinin fikrinə görə Krımın Ukraynaya verilməsi zamanı yalnız materik hissə bu əraziyə daxil olmuşdur[3].
2003-cü ildə Krasnodar diyarının rəhbərliyi dili bərpa etmək məqsədilə süni dambanın inşasına başlamışdır. Bu Rusiya ilə Ukrayna arasında münaqişəyə səbəb olmuşdur. Vladimir Putin və Leonid Kuçma arasında olan görüşdən sonra dambanın tikintisi dayandırılmışdır.
2005-ci il Ukrayna Ali Radasının xüsusi komisiyası bir ildən sonra artıq Tuzla adasının yoxa çıxacağı fikrini irəli sürür. Səbəb isə 2003-cü ildə tikilən bənddir. Bu bəndin sayəsində Kerç boğazında axınlar güçləndiyindən Tuzla adası və Qamış Burun dili tədricən yoxa çıxır[4]. Bundan sonra adanın sahilləri bloklarla möhkəmləndirilmişdir[5].
Krımın ilhaqından sonra Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Bü gündən etibarən Kerç boğazı Ukrayna arasında mübahisə predmeti deyil açıqlamasını vermişdir[6][7].
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Serqey Qorbaçov. "Tuzla adası". Almanax "Krım adası" № 1-2. 2000. 2004-02-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-27.
- ↑ Seyqey Nikolayev [1] Arxivləşdirilib 2019-04-06 at the Wayback Machine // Rusiya qəzeti
- ↑ "Tuzla dili — hazırkı, mübahisənin əsas predmetidir". 2010-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-01.
- ↑ "Остров Тузла в Керченском проливе может исчезнуть уже через год, если не защитить его от волн". Эхо Москвы. 28 апреля 2005. 2012-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-14.
- ↑ Rüstəm Xəlilov. "Tuzla heç kimə lazım deyil. Gələcəyi olmayan ada". 11 sentyabr 2012. 2014-03-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-27.
- ↑ Стенограмма 349 (внеочередного) заседания Совета Федерации Arxivləşdirilib 2014-07-05 at the Wayback Machine (rus.)
- ↑ "Lavrov: bundan sonra Kerç boğazı Ukrayna arasında mübahisə predmeti ola bilməz". İTAR-TASS. 2014-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-01.
Ədəbiyyat
redaktə- Травников А. И. "Коса Тузла: перечисленная территория". Издательство "Краснодарские Известия". Краснодар. 1997.
- Травников А. И. "Коса Тузла и стратегические интересы России". Издательство "Феникс", Ростов на Дону, 2005.
Topoqrafik xəritə
redaktə- Topoqrafik xəritə L-37–098-A Miqyas 1 sm-də 500 m
- Topoqrafik xəritə L-37–098-A-c Miqyas 1 sm-də 250 m