Ucqun - Wikipedia
Uçqun — dağların dik yamaclarında və ya dənizlərin sıldırımlı sahillərində süxur kütlələrinin qoparaq böyük sürətlə aşağıya düşməsi. Uçqun aşınma prosesinin süxurları dağıtması, yerüstü və yeraltı suların qayanın altını yuması, habelə cazibə qüvvəsi və zəlzələ nəticəsində əmələ gəlir. Dağ uçqunundan başqa dağ zirvələrindən və yamaclarından qar kütləsinin sürüşüb düşməsi nəticəsində qar uçqunu və buz uçqunu da olur. Qafqazda, o cümlədən Türkiyənin dağlarında qar uçqunu müşahidə olunur. Uçqun bəzən dağlarda dərələri doldurur və kəndləri dağıdır.
Geomorfoloji termin
redaktəUçqun – (rus. обвал, ing. rockfall) yamacda süxur kütləsinin qoparaq aşağıya düşməsi. U. sürüşmə və töküntü materiallarının qravitasion yerdəyişməsinə aiddir. Dağlarda ana sü-xurlarda baş verən uçqunlarla ya-naşı qar uçqunları, sıldırım yamac-lardakı asılı buzlağın qurtaraca-ğında buzlaq uçqunu da baş verir.[1]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Uçqun // Geomorfoloji terminlərin izahlı lüğəti. Bakı: "Elm". 2012. səh. 177. ISBN 978-9952-453-14-0.