Uefa Cempionlar Kuboku 1957 1958 - Wikipedia
UEFA Çempionlar Kuboku 1957/1958 — Avropanın əsas futbol yarışı UEFA Çempionlar Kubokunun 3-cü mövsümü. Turnirin finalında İtaliyanın "Milan" klubunu əlavə vaxtda (90 dəqiqədən sonra hesabı 2–2 idi) məğlub edən İspaniyanın "Real Madrid" komandası qalib olmuşdur. Bu Madrid klubunun turnirdə ard-arda qazandığı 3-cü çempionluğu idi. Bununla birlikdə, 1957/1958 mövsümü "Mançester Yunayted" klubunun 8 oyunçusu öldüyü faciəli Münhen aviasiya qəzası ilə yadda qaldı; oyunçular Belqrad şəhərində keçirilən və 3–3 hesablı bərabərliklə bitən "Srvena Zvezda" ilə dörddəbir final mərhələsinin cavab oyunundan qayıdırdılar. İngiltərə çempionu yarımfinalda İtaliyanın "Milan" klubuna məğlub olaraq turniri tərk etdi.
UEFA Çempionlar Kuboku 1957/1958 | |
---|---|
1957/1958 Avropa Kuboku 1957/1958 Avropa Çempionları Kuboku | |
Yarış məlumatları | |
Tarix | 4 sentyabr 1957 – 28 may 1958 |
Başlama tarixi | 4 sentyabr 1957 |
Bitmə tarixi | 28 may 1958 |
Komanda sayı | 24 |
Yekun nəticəsi | |
Çempion | Real Madrid (3-cü dəfə) |
İkinci | Milan |
Yarış statistikası | |
Oyun sayı | 48 |
Qol sayı | 189 (matç başına: 3.94) |
Tamaşaçı sayı | 1906185 (matç başına: 39712) |
Mükafat sahibləri | |
Bombardir(lər) | Alfredo Di Stefano (10 qol) |
Vikianbarda əlaqəli mediafayllar |
Turnirdə ilk dəfə İrlandiya, Şimali İrlandiya və Şərqi Almaniya təmsilçiləri iştirak etdilər, Türkiyə isə yarışa heç bir klubunu göndərə bilmədi, çünki Türkiyə FF "Beşiktaş"ı püşkatma üçün qeydiyyata almağa gecikdi.[1] "Sevilya" son çempionatda ikinci yeri tutmasına baxmayaraq, turnirə dəvət aldı, çünki İspaniya çempionu "Real Madrid" turnirin son qalibi kimi avtomatik iştirak edirdi; iki İspaniya təmsilçisi 1/4 finalda qarşılaşdılar, bu da yarışda ilk hal idi ki. eyni ölkənin iki təmsilçisi bir-birinə qarşı oynuyurdular.
"Şemrok Rovers", "Stad Düdelanj", "Vismut Karl Marks Ştadt", "Sevilya", "Benfika", "Vaşaş", "Qlenavon", "Sent-Etyen", "Yanq-Boyz", "OME Buxarest", "Royal Antverpen", "Dukla Praqa" və "Ayaks" turnirdə ilk dəfə iştirak edirdlərsə, "Rapid Vyana" və "Real Madrid" üçün bu üçüncü idi.
İlkin mərhələ
redaktə23 iyul 1957-ci ildə Fransa Futbol Federasiyasının Parisdəki mənzil-qərargahında ilkin mərhələnin püşkü atıldı.[2] Son çempion kimi "Real Madrid" avtomatik yer qazandı, qalan 23 klub isə coğrafi olaraq üç səbətə qruplaşdırıldı. Hər səbətdə çıxan ilk dörd klub və birinci səbətdəki daha dörd klub sentyabr ayında ilkin mərhələdə oynamalı idilər, digər klublar isə avtomatik olaraq növbəti mərhələyə keçirdi.
1-ci səbət Qərbi Avropa |
2-ci səbət Mərkəzi Avropa |
3-cü səbət Şərqi Avropa | ||
---|---|---|---|---|
Püşk | 1-ci oyun | |||
2-ci oyun | ||||
3-cü oyun | ||||
4-cü oyun | ||||
Byes | ||||
Təqvimi iştirakçı klublar təyin etdilər və bütün matçlar 30 sentyabr tarixindədək keçirildi.
1. komanda | Ümumi nəticə | 2. komanda | 1. matç | 2. matç |
---|---|---|---|---|
XQME Sofiya | 3–7 | Vaşaş | 2–1 | 1–6 |
Reyncers FK | 4–3 | Sent-Etyen | 3–1 | 1–2 |
Stad Düdelanj | 1–14 | Srvena Zvezda | 0–5 | 1–9 |
Orhus | 3–0 | Qlenavon | 0–0 | 3–0 |
Qvardiya Varşava | 4–41 | SK Vizmut Karl Marks Ştadt | 3–1 | 1–3 |
Sevilya | 3–1 | Benfika | 3–1 | 0–0 |
Şemrok Rovers | 2–92 | Mançester Yunayted | 0–6 | 2–3 |
Milan | 6–63 | Rapid Vyana | 4–1 | 2–5 |
1 "Vismut Karl Marks Ştadt" sikkə atışından sonra növbəti mərhələyə keçdi, çünki "Qvardiya Varşava"ya qarşı keçirilən pley-off oyununda hesab 1–1 olarkən 100-cü dəqiqədə işıq projektorlarında nasazlıq yarandı.
2 Dublindəki Dalimaunt Park stadionunda projektor olmadığından oyunun axşam saatlarında başlaması üçün şərt idi ki, oyun fasiləsiz keçsiz. Nəticədə İralndiyalı futbolçular tez yoruldular və birinci hissədən sonra hesab 1–0-dan 6–0 çevrildi. Old Trafford stadionunda işıqlar altında və normal fasilə ilə keçirilən cavab oyununda hesab daha rəqabətli oldu.
3 Növbəti mərhələyə addımlamaq üçün "Milan" pley-off oyununda "Rapid Vyana"nı 4–2 hesabı ilə məğlub etdi.
Birinci raund
redaktə1. komanda | Ümumi nəticə | 2. komanda | 1. matç | 2. matç |
---|---|---|---|---|
Royal Antverpen | 1–8 | Real Madrid | 1–2 | 0–6 |
Norrçöpinq | 3–4 | Srvena Zvezda | 2–2 | 1–2 |
SK Vizmut Karl Marks Ştadt | 1–4 | Ayaks | 1–3 | 0–1 |
Yanq-Boyz | 2–3 | Vaşaş | 1–1 | 1–2 |
Mançester Yunayted | 3–1 | Dukla Praqa | 3–0 | 0–1 |
Sevilya | 4–2 | Orhus | 4–0 | 0–2 |
Borussiya Dortmund | 5–51 | OME Buxarest | 4–2 | 1–3 |
Reyncers FK | 1–6 | Milan | 1–4 | 0–2 |
1 Növbəti mərhələyə addımlamaq üçün "Borussiya Dortmund" pley-off oyununda "OME Buxarest"i 3–1 hesabı ilə məğlub etdi.
1/4 final
redaktə1. komanda | Ümumi nəticə | 2. komanda | 1. matç | 2. matç |
---|---|---|---|---|
Mançester Yunayted | 5–4 | Srvena Zvezda | 2–1 | 3–3 |
Real Madrid | 10–2 | Sevilya | 8–0 | 2–2 |
Ayaks | 2–6 | Vaşaş | 2–2 | 0–4 |
Borussiya Dortmund | 2–5 | Milan | 1–1 | 1–4 |
Yarımfinal
redaktə1. komanda | Ümumi nəticə | 2. komanda | 1. matç | 2. matç |
---|---|---|---|---|
Real Madrid | 4–2 | Vaşaş | 4–0 | 0–2 |
Mançester Yunayted | 2–5 | Milan | 2–1 | 0–4 |
Final
redaktəReal Madrid | 3–2 (ə.v.) | Milan |
---|---|---|
Di Stefano 74' Rial 79' Xento 107' |
Hesabat | Skyaffino 59' Qrilyo 77' |
Bombardirlər
redaktəÇempionlar Kuboku 1957/1958 bombardirlər siyahısı aşağıdaki kimidir:
Rank | Name | Team | Goals |
---|---|---|---|
1 | Alfredo Di Stefano | Real Madrid | 10 |
2 | Bora Kostiç | Srvena Zvezda | 9 |
3 | Layoş Çordaş | Vaşaş | 8 |
4 | Dejö Buncak | Vaşaş | 6 |
Ernesto Qrilyo | Milan | 6 | |
6 | Qastone Bin | Milan | 5 |
Xuan Alberto Skyaffino | Milan | 5 | |
8 | Yovan Tsokiç | Srvena Zvezda | 4 |
Ektor Rial | Real Madrid | 4 | |
Dennis Vayollet | Mançester Yunayted | 4 |
İstinadlar
redaktə- ↑ "Turkey – List of Champions". www.rsssf.com. RSSSF. 27 April 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 February 2018.
- ↑ Corriere dello Sport, 24 July 1957.