Uefa Cempionlar Kuboku 1958 1959 - Wikipedia
UEFA Çempionlar Kuboku 1958/1959 — Avropanın əsas futbol yarışı UEFA Çempionlar Kubokunun 4-cü mövsümü. Turnirin qalibi ard-arda dördüncü dəfə "Real Madrid" klubu oldu. 3 iyun 1959-cu ildə Ştutqart şəhərinin Nekkarştadion stadionunda keçirilən final oyununda ispan klubu Fransanın "Reyms" klubuna 2–0 hesabı ilə qalib gəldi. İki finalçı 1956-cı ildə ilk Çempionlar Kubokunun finalında da mübarizə aparmışdılar.
UEFA Çempionlar Kuboku 1958/1959 | |
---|---|
Yarış məlumatları | |
Tarix | 26 avqust 1958 – 3 iyun 1959 |
Başlama tarixi | 26 avqust 1958 |
Bitmə tarixi | 3 iyun 1959 |
Komanda sayı | 28 (26-sı iştirak etdi) |
Yekun nəticəsi | |
Çempion | Real Madrid (4-cü dəfə) |
İkinci | Reyms |
Yarış statistikası | |
Oyun sayı | 55 |
Qol sayı | 199 (matç başına: 3.62) |
Tamaşaçı sayı | 1987818 (matç başına: 36142) |
Mükafat sahibləri | |
Bombardir(lər) | Jüst Fonten (10 qol) |
Vikianbarda əlaqəli mediafayllar |
Bu mövsümdə ilk dəfə Finlyandiya təmsilçisi iştirak etmişdir. Yunanıstanın turnirdə ilk iştirakçısı "Olimpiakos" siyasi səbəblərdən turniri tərk etdi. İspaniyanı bu dəfə də çempionatda ikinci yeri tutmuş klub da təmsil elədi, çünki ölkə çempionu "Real Madrid" turnirin son qalibi olduğundan avtomatik vəsiqə qazanmışdır. "Rapid Vyana" ilk dəfə turnirə vəsiqə qazana bilmədi.
İlkin mərhələ
redaktə2 iyul 1958-cı ildə Fransanın Kann şəhərində ilkin mərhələnin püşkü atıldı.[1] Son çempion kimi "Real Madrid" avtomatik növbəti mərhələyə vəsiqə qazandı, qalan 27 klub isə coğrafi olaraq üç səbətə qruplaşdırıldı. Hər səbətdə çıxan ilk klub avtomatik olaraq növbəti mərhələyə keçirdi, digər klublar isə sentyabr ayında ilkin mərhələdə oynamalı idilər.
1-ci səbət
Qərbi Avropa |
2-ci səbət
Mərkəzi Avropa |
3-cü səbət
Şərqi Avropa | |
---|---|---|---|
Püşk | Fransa
İrlandiya Şimali İrlandiya Niderland Belçika Şotlandiya Portuqaliya İspaniya |
İsveçrə
Qərbi Almaniya İtaliya İsveç Danimarka Lüksemburq Avstriya dəvət olunmuş Mançester Yunayted[2] |
Polşa
Rumıniya Türkiyə Yuqoslaviya Çexoslovakiya Macarıstan Şərqi Almaniya Yunanıstan |
Byes | Vulverhempton Uonderers | HPS | XQME Sofiya |
Təqvimi iştirakçı klublar təyin etdilər və bütün matçlar 30 sentyabr tarixindədək keçirildi.
1. komanda | Ümumi nəticə | 2. komanda | 1. matç | 2. matç |
---|---|---|---|---|
Standard Lyej | 6–3 | Harts | 5–1 | 1–2 |
Beşiktaş | (w/o)1 | Olimpiakos | – | – |
Yanq-Boyz | (w/o)2 | Mançester Yunayted | – | – |
Dinamo Zaqreb | 3–4 | Dukla Praqa | 2–2 | 1–2 |
Jeness Eş | 2–23 | Göteborq | 1–2 | 1–0 |
Ards | 3–10 | Reyms | 1–4 | 2–6 |
Vizmut Karl Marks Ştadt | 4–44 | Petrolul Ployeşti | 4–2 | 0–2 |
Atletiko Madrid | 13–1 | Dramkondra | 8–0 | 5–1 |
Poloniya Bıtom | 0–6 | MTK Budapeşt | 0–3 | 0–3 |
KB | 5–55 | Şalke 04 | 3–0 | 2–5 |
Yuventus | 3–8 | Viner Şport-Klub | 3–1 | 0–7 |
DOS | 4–6 | Sportinq | 3–4 | 1–2 |
Qeyd: Real Madrid, Vulverhempton Uonderers, XQME Sofiya və HPS avtomatik növbəti mərhələyə vəsiqə qazandılar.
1 Türkiyə ilə Yunanıstan arasında uzun sürən gərginliyin ardından "Olimpiakos" klubu İstanbulda oynamaqdan imtina edərək beynəlxalq siyasi məsələlərə görə öz istəyi ilə turniri tərk etdi.[3]
2 UEFA "Mançester Yunayted"i turnirə qatılmağa dəvət etdi, çünki keçən mövsüm klub Belqardda keçirilən Çempionlar Kuboku oyunundan sonra baş verən Münhen aviasiya qəzasında 8 oyunçusunu itirdi; lakin İngiltərə Futbol Liqası kluba iştirak etməyə icazə vermədi. İlkin mərhələnin püşkü atıldığından, "Mançester"in püşk rəqibi "Yanq-Boyz" turnirin birinci raunduna avtomatik vəsiqə qazandı. Bunun əvəzinə, iki klub evdə və səfərdə bir-birlərinə qarşı bir cüt yoldaşlıq oyunu keçirdi; Berndə keçirilən ilk oyunda "Yanq-Boyz" 2–0 hesabı ilə qalib gəldi, amma bir həftə sonra Old Traffordda keçirilən növbəti oyunda "Mançester Yunayted" uddu. İki klub 2018-19 UEFA Çempionlar Liqasının qrup mərhələsində yenidən bir araya gələrək, əvvəlcə oynamalı olduqları tarixdən təxminən 60 il sonra üz-üzə gəldilər.[4]
3 "Göteborq" pley-off oyununda "Jeness Eş"ə 5–1 hesabı ilə qalib gələrək birinci raunda yüksəldi.
4 "Vizmut Karl Marks Ştadt" pley-off oyununda "Petrolul Ployeşti"yə 4–0 hesabı ilə qalib gələrək birinci raunda yüksəldi.
5 "Şalke 04" pley-off oyununda "KB"-yə 3–1 hesabı ilə qalib gələrək birinci raunda yüksəldi.
Birinci raund
redaktə1. komanda | Ümumi nəticə | 2. komanda | 1. matç | 2. matç |
---|---|---|---|---|
Sportinq | 2–6 | Standard Lyej | 2–3 | 0–3 |
Viner Şport-Klub | 3–2 | Dukla Praqa | 3–1 | 0–1 |
MTK Budapeşt | 2–6 | Yanq-Boyz | 1–2 | 1–4 |
Atletiko Madrid | 2–21 | XQME Sofiya | 2–1 | 0–1 |
Göteborq | 2–6 | Vizmut Karl Marks Ştadt | 2–2 | 0–4 |
Vulverhempton Uonderers | 3–4 | Şalke 04 | 2–2 | 1–2 |
Real Madrid | 3–1 | Beşiktaş | 2–0 | 1–1 |
Reyms | 7–0 | HPS | 4–0 | 3–0 |
1 "Atletiko Madrid" pley-off oyununda "XQME Sofiya"ya 3–1 hesabı ilə qalib gələrək 1/4 finala yüksəldi.
1/4 final
redaktə1. komanda | Ümumi nəticə | 2. komanda | 1. matç | 2. matç |
---|---|---|---|---|
Standard Lyej | 2–3 | Reyms | 2–0 | 0–3 |
Atletiko Madrid | 4–1 | Şalke 04 | 3–0 | 1–1 |
Viner Şport-Klub | 1–7 | Real Madrid | 0–0 | 1–7 |
Yanq-Boyz | 2–21 | Vizmut Karl Marks Ştadt | 2–2 | 0–0 |
1 "Yanq-Boyz" pley-off oyununda "Vizmut Karl Marks Ştadt"a 2–1 hesabı ilə qalib gələrək yarımfinala yüksəldi.
Yarımfinal
redaktə1. komanda | Ümumi nəticə | 2. komanda | 1. matç | 2. matç |
---|---|---|---|---|
Yanq-Boyz | 1–3 | Reyms | 1–0 | 0–3 |
Real Madrid | 2–21 | Atletiko Madrid | 2–1 | 0–1 |
1 "Real Madrid" pley-off oyununda "Atletiko Madrid"ə 2–1 hesabı ilə qalib gələrək finala yüksəldi.
Final
redaktə1959 UEFA Çempionlar Kuboku finalı 3 iyun 1959-cu ildə Qərbi Almaniyanın Ştutqart şəhərində yerləşən Nekkarştadion stadionunda keçirilmişdir. "Real Madrid" oyunçuları ardıcıl 4-cü dəfə kuboku başları üzərində qaldırdılar və turnirin yeganə qalibi statusunu qorudular. "Reyms" ikinci dəfə idi ki, finala yüksəlirdi, amma 1956-cı ilə təsadüf edən birincidə olduğu kimi bu dəfə də "Real Madrid"ə məğlub oldu.
Real Madrid | 2–0 | Reyms |
---|---|---|
Mateos 1' Di Stefano 47' |
Hesabat |
Bombardirlər
redaktəUEFA Çempionlar Kuboku 1958/1959-un bombardirlər siyahısı aşağıdaki kimi idi:
Yer | Ad | Klub | Qol sayı |
---|---|---|---|
1 | Jüst Fonten | Reyms | 10 |
2 | Vava | Atletiko Madrid | 8 |
3 | Alfredo Di Stefano | Real Madrid | 6 |
Xoakin Peyro | Atletiko Madrid | 6 | |
5 | Enrike Kolyar | Atletiko Madrid | 5 |
Yozef Hamerl | Viner Şport-Klub | 5 | |
Roje Pyantoni | Reyms | 5 | |
Klaus Zink | Vizmut Karl Marks Ştadt | 5 | |
9 | İvson | Sportinq | 4 |
Jan Jado | Standard Lyej | 4 | |
Bernhard Klodt | Şalke 04 | 4 | |
Oygen Mayer | Yanq-Boyz | 4 | |
Peter Palotaş | MTK Budapeşt | 4 | |
Villi Tröger | Vizmut Karl Marks Ştadt | 4 | |
Ernst Vekselberger | Yanq-Boyz | 4 |
İstinadlar
redaktə- ↑ Corriere dello Sport, 3 July 1958.
- ↑ "Mançester Yunayted" 2-ci səbətdə idi, çünki o, 1/8 finala qədər ingilis klubu ilə qarşılaşa bilməzdi.
- ↑ Corriere dello Sport.
- ↑ Gardner, Stewart. "United's lost 'European Cup' tie with Young Boys". ManUtd.com. Manchester United. 18 September 2018. 5 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 September 2018.