Uefa Avro 2000 - Wikipedia
Futbol üzrə 11-ci Avropa çempionatı (nid. UEFA Europees Voetbalkampioenschap België/Nederland 2000; fr. UEFA Championnat Européen du Football Belgique/Pays Bas 2000; alm. UEFA Fußball-Europameisterschaft Belgien/Niederlande 2000) — final turniri 2000-ci il 10 iyun-2 iyul tarixində Belçika və Niderlandın toplam səkkis şəhərində keçirilən futbol yarışı.
UEFA Avro 2000 | |
---|---|
Yarış məlumatları | |
Ev sahibi |
Belçika Niderland |
Tarix | 10 iyun-2 iyul 2000 |
Başlama tarixi | 10 iyun 2000 |
Bitmə tarixi | 2 iyul 2000 |
Komanda sayı | 16 |
Stadion sayı |
Niderland: Amsterdam Arena (Amsterdam), Feyenoord (Rotterdam), Filips (Eyndhoven), Gelredom (Arnem) Belçika: Kral Boduen (Brüssel), Yan Breydel (Brügge), Moris Düfran (Lyej), Stad dü Pei de Şarlerua (Şarlerua) |
Yekun nəticəsi | |
Çempion | Fransa |
İkinci | İtaliya |
Üçüncü yer |
Portuqaliya Niderland |
Yarış statistikası | |
Oyun sayı | 31 |
Qol sayı | 85 (matç başına: 2.74) |
Tamaşaçı sayı | 1122833 (matç başına: 36220) |
Mükafat sahibləri | |
Bombardir(lər) |
Patrik Klüvert Savo Miloşeviç (hər ikisi 5 qol) |
Ən yaxşı oyunçu | Zinəddin Zidan |
← 1996 2004 → | |
Vikianbarda əlaqəli mediafayllar |
11-ci Avropa çempionatı ilk dəfə olaraq iki ölkədə — Niderlandda və Belçikada keçirilirdi. Bu final mərhələsində 16 komandanın iştirakı ilə baş tutan ikinci turnir idi.
Yarışdan öncə UEFA qaydalarda dəyişiklik etmişdi: Qrup mərhələsindən sonra sarı və qırmızı vərəqələrin hesabı yenidən aparılırdı.
Çempionatın qalibi adına finalda İtaliyanı əlavə vaxtda 2 : 1 hesabı ilə məğlub edən Fransa yığması layiq görüldü. Bu, Fransa yığmasının Avropa çempionatları tarixində ikinci uğuru idi. Avropa çempionatları tarixində son "qızıl qol"un müəllifi David Trezege oldu.
Çempionatın rəsmi himni E-Type adlı isveçli musiqiçinin "Campione 2000" mahnısı seçilmişdi.
Yarımfinallarda 4 güclü yığmanın qarşılaşmasına baxmayaraq çempionat bəzi favorit yığmalar üçün uğursuz keçdi. Onlardan bəziləri mübarizəni elə qrup mərhələsindəcə dayandırdılar. Bəzi oyunların taleləri son saniyələrdə bəlli oldu, bəzilərinin isə taleyini vurula bilməyən penaltilər müəyyənləşdirdi.[1]
Qısa xülasə
redaktə- A qrupunda gözlənilmədən son çempion Almaniya yalnız 1 xal toplayaraq sonuncu pilləni tutdu.[2] İngiltərə qrupun sonuncu oyununda son dəqiqələrdə penaltidən qol buraxaraq turnirə erkən vida etməli oldu.[3][4] Qrupdan 1/4 mərhələyə Rumıniya və Portuqaliya vəsiqə qazandı.
- B qrupunda İtaliya hər 3 görüşü qələbə ilə başa vuraraq qrup birincisi oldu.[5] İkinci yeri isə sürpriz şəkildə Türkiyə millisi tutdu.[6] Avropa çempionatları tarixində ilk dəfə qrup mərhələsini keçə bilməyən ev sahibi komanda Belçika oldu. İsveç qrupda sonuncu yerlə kifayətləndi.
- Ən mürəkkəb vəziyyət C qrupunda yaşandı. Bütün komandalar 1 dəfə məğlub oldular. Qrupdan növbəti mərhələyə İspaniya və Yuqoslaviya FR komandaları çıxdı. Son turda Yuqoslaviya FR ilə görüşdə hesabda 3 dəfə geri düşən İspaniya (0:1, 1:2, 2:3), 92-ci (penaltidən) və 95-ci dəqiqədə vurduğu qollarla qələbə qazandı.[7]
- D qrupunda Niderland və Fransa ilk iki yeri tutdu. Niderland son turda ikinci heyəti oyuna çıxaran Fransanı da məğlub edərək 100%-lik nəticə ilə qrup mərhələsini başa vurdu.[8] Ötən çempionatın finalçısı Çexiya və 1992-ci ilin Avropa çempionu Danimarka milliləri yarışı erkən tərk etməli oldular.
- Play-off mərhələsi də maraqlı oyunlara səhnə oldu. Yuqoslaviya FR Niderlanda 1:6 hesabı ilə məğlub olarkən Klüvert het-triklə yadda qaldı. Portuqaliya və İtaliya milliləri rəqiblərini rahatlıqla məğlub etdilər. Oyunun son dəqiqələrdə İspaniya millisinin hücumçusu Raul Qonsales penaltini qola çevirə bilmədiyi üçün ispanlar Fransaya məğlub oldu.
- Yarımfinalda Niderland İtaliya ilə oyunda 90 dəqiqə ərzində 2, oyun sonrası isə 3 penaltini qola çevirə bilmədi və turnirlə vidalaşdı. Fransa isə əlavə vaxtda təyin olunan penalti sayəsində qələbə qazandı.[9]
- Finalda İtaliya millisi irəlidə olsa da, ikinci hissəyə əlavə olunmuş vaxtın son saniyələrində Viltor hesabı bərabərləşdirdi. Daha sonra isə Trezege "qızıl qol" vuraraq komandasına kuboku qazandırdı.[10]
Seçmə mərhələsi oyunları
redaktəUEFA Avro 2000-in seçmə mərhələsinin oyunları 1998 və 1999-cu illərdə baş tutdu. 49 milli komanda 9 qrupa bölündü. Komandalar ev-səfər prinsipi ilə biri-biriləri ilə oyunlar keçirdi. Qrupda birinci yeri tutmuş komandalar və ikinci yeri tutmuşlar arasından ən yaxşı nəticə göstərən bir komanda final mərhələsinə vəsiqə qazandı. Qalan 8 komanda isə pley-off matçlarında mübarizə apararaq digər 4 komandanı müəyyənləşdirdi. Belçika və Niderland yığmaları ev sahibləri kimi avtomatik olaraq final mərhələsində iştirak hüququ qazanmışdılar.
1-ci qrup | 2-ci qrup | 3-cü qrup | 4-cü qrup | 5-ci qrup |
---|---|---|---|---|
6-cı qrup | 7-ci qrup | 8-ci qrup | 9-cu qrup | 10-cu qrup |
Püşkatma
redaktəFinal mərhələsinin püşkatması 12 dekabr 1999-cu ildə Brüsselin Sərgi zalında keçirilmişdir.[11][12] Komandaların torbalar üzrə bölgüsü həmin ilin sonuna olan UEFA reytinq cədvəlinə əsasən aparılmışdır.[13][14]
|
|
|
|
Püşkatmanın nəticələri:
|
|
|
|
Şəhərlər və stadionlar
redaktəBelçika | Niderland | ||
---|---|---|---|
Brüssel | Brügge | Amsterdam | Rotterdam |
Kral Boduen | Yan Breydel | Amsterdam Arena | Feyenoord |
Tutumu: 50 000 | Tutumu: 30 000 | Tutumu: 52 000 | Tutumu: 51 000 |
Lyej | Şarlerua | Eyndhoven | Arnem |
Moris Düfran | Stad dü Pei de Şarlerua | Filips | Gelredom |
Tutumu: 30 000 | Tutumu: 30 000 | Tutumu: 33 000 | Tutumu: 30 000 |
Hakimlər
redaktə15 fevral 2000-ci ildə UEFA Avropa çempionatında iştirak edəcək 12 hakim, 16 hakim köməkçisi və 4 4-cü hakimi təyin etdi. Hakimlər arasına Afrika Fubol Konfederasiyasına daxil olan bir əsas hakim və bir yan hakim də dəvət edildi.[15]
Açılış oyunu olacaq Belçika-İsveç matçı üçün alman hakim Markus Merk təyin olundu.[16]
Hakimlər | Yan hakimlər | 4-cü hakimlər |
---|---|---|
Günter Benko | Yuri Dupanov | Mişel Piro |
Kim Milton Nilsen | Roland Van Nilen | Kiros Vassaras |
Camal Əl-Qandur | İvan Lekov | Terye Hauge |
Qrem Poll | Yens Larsen | Lüboş Mixel |
Jil Vesye | Filip Şarp | |
Markus Merk | Jak Poudevin | |
Pyerluici Kollina | Kurt Ertl | |
Dik Yol | Sercio Zukolini | |
Vitor Melo Pereyra | Dramane Dante | |
Hyu Dallas | Emanuel Zammit | |
Xose Mariya Qarsiya-Aranda | Yaap Pul | |
Anders Frisk | Eddi Foli | |
Urs Mayer | Nikolae Qriqoresku | |
İqor Sramka | ||
Karlos Martin Nieto | ||
Leyf Lindberq | ||
Turqay Güdü |
Komandaların heyətləri
redaktəFinal turniri
redaktəA qrupu
redaktəKomanda | O | Q | B | M | Q.v | Q.b | Xallar |
---|---|---|---|---|---|---|---|
Portuqaliya | 3 | 3 | 0 | 0 | 7 | 2 | 9 |
Rumıniya | 3 | 1 | 1 | 1 | 4 | 4 | 4 |
İngiltərə | 3 | 1 | 0 | 2 | 5 | 6 | 3 |
Almaniya | 3 | 0 | 1 | 2 | 1 | 5 | 1 |
12 iyun 2000 18:00 UTC+1 |
|
Moris Düfran, Lyej Tamaşaçı: 28 500 Hakim: Kim Milton Nilsen |
12 iyun 2000 20:45 UTC+1 |
|
Filips, Eyndhoven Tamaşaçı: 31 500 Hakim: Anders Frisk |
17 iyun 2000 18:00 UTC+1 |
|
Gelredom, Arnem Tamaşaçı: 18 200 Hakim: Jil Vessyer |
17 iyun 2000 20:45 UTC+1 |
|
Stad dü Pei de Şarlerua, Şarlerua Tamaşaçı: 27 700 Hakim: Pyerluici Kollina |
20 iyun 2000 20:45 UTC+1 |
|
Stad dü Pei de Şarlerua, Şarlerua Tamaşaçı: 27 000 Hakim: Urs Mayer |
20 iyun 2000 20:45 UTC+1 |
|
Feyenoord, Rotterdam Tamaşaçı: 51 504 Hakim: Dik Yol |
B qrupu
redaktəKomanda | O | Q | B | M | Q.v | Q.b | Xallar |
---|---|---|---|---|---|---|---|
İtaliya | 3 | 3 | 0 | 0 | 6 | 2 | 9 |
Türkiyə | 3 | 1 | 1 | 1 | 3 | 2 | 4 |
Belçika | 3 | 1 | 0 | 2 | 2 | 5 | 3 |
İsveç | 3 | 0 | 1 | 2 | 2 | 4 | 1 |
10 iyun 2000 20:45 UTC+1 |
|
Kral Boduen, Brüssel Tamaşaçı: 46 700 Hakim: Markus Merk |
11 iyun 2000 14:30 UTC+1 |
|
Gelredom, Arnem Tamaşaçı: 22 500 Hakim: Hyu Dallas |
14 iyun 2000 20:45 UTC+1 |
|
Kral Boduen, Brüssel Tamaşaçı: 44 500 Hakim: Xose Mariya Qarsiya-Aranda |
15 iyun 2000 20:45 UTC+1 |
|
Filips, Eyndhoven Tamaşaçı: 28 560 Hakim: Dik Yol |
19 iyun 2000 20:45 UTC+1 |
|
Kral Boduen, Brüssel Tamaşaçı: 43 000 Hakim: Kim Milton Nilsen |
19 iyun 2000 20:45 UTC+1 |
|
Filips, Eyndhoven Tamaşaçı: 29 500 Hakim: Vitor Melo Pereyra |
C qrupu
redaktəKomanda | O | Q | B | M | Q.v | Q.b | Xallar |
---|---|---|---|---|---|---|---|
İspaniya | 3 | 2 | 0 | 1 | 6 | 5 | 6 |
Yuqoslaviya FR | 3 | 1 | 1 | 1 | 7 | 7 | 4 |
Norveç | 3 | 1 | 1 | 1 | 1 | 1 | 4 |
Sloveniya | 3 | 0 | 2 | 1 | 4 | 5 | 2 |
13 iyun 2000 18:00 UTC+1 |
|
Feyenoord, Rotterdam Tamaşaçı: 41 500 Hakim: Camal Əl-Qəndur |
13 iyun 2000 20:45 UTC+1 |
|
Stad dü Peyi de Şarlerua, Şarlerua Tamaşaçı: 16 478 Hakim: Vitor Melo Pereyra |
18 iyun 2000 18:00 UTC+1 |
|
Amsterdam Arena, Amsterdam Tamaşaçı: 42 500 Hakim: Markus Merk |
18 iyun 2000 20:45 UTC+1 |
|
Moris Düfran, Lyej Tamaşaçı: 27 250 Hakim: Hyu Dallas |
21 iyun 2000 18:00 UTC+1 |
|
Yan Breydel, Brügge Tamaşaçı: 24 000 Hakim: Jil Vessyer |
21 iyun 2000 18:00 UTC+1 |
|
Gelredom, Arnem Tamaşaçı: 22 500 Hakim: Qrem Poll |
D qrupu
redaktəKomanda | O | Q | B | M | Q.v | Q.b | Xallar |
---|---|---|---|---|---|---|---|
Niderland | 3 | 3 | 0 | 0 | 7 | 2 | 9 |
Fransa | 3 | 2 | 0 | 1 | 7 | 4 | 6 |
Çexiya | 3 | 1 | 0 | 2 | 3 | 3 | 3 |
Danimarka | 3 | 0 | 0 | 3 | 0 | 8 | 0 |
11 iyun 2000 18:00 UTC+1 |
|
Yan Breydel, Brügge Tamaşaçı: 28 100 Hakim: Günter Benkö |
11 iyun 2000 20:45 UTC+1 |
|
Amsterdam Arena, Amsterdam Tamaşaçı: 50 833 Hakim: Pyerluici Kollina |
16 iyun 2000 18:00 UTC+1 |
|
Yan Breydel, Brügge Tamaşaçı: 28 100 Hakim: Qrem Poll |
16 iyun 2000 20:45 UTC+1 |
|
Feyenoord, Rotterdam Tamaşaçı: 51 117 Hakim: Urs Mayer |
21 iyun 2000 18:00 UTC+1 |
|
Moris Düfran, Lyej Tamaşaçı: 18 000 Hakim: Camal Əl-Qəndur |
21 iyun 2000 20:45 UTC+1 |
|
Amsterdam Arena, Amsterdam Tamaşaçı: 51 000 Hakim: Anders Frisk |
Pley-off mərhələsi
redaktə1/4 final | 1/2 final | Final | ||||||||
25 iyun – Brügge | ||||||||||
İspaniya | 1 | |||||||||
28 iyun – Brüssel | ||||||||||
Fransa | 2 | |||||||||
Fransa (ə.v.) | 2 | |||||||||
24 iyun – Amsterdam | ||||||||||
Portuqaliya | 1 | |||||||||
Türkiyə | 0 | |||||||||
2 iyul – Rotterdam | ||||||||||
Portuqaliya | 2 | |||||||||
Fransa (ə.v.) | 2 | |||||||||
24 iyun – Brüssel | ||||||||||
İtaliya | 1 | |||||||||
İtaliya | 2 | |||||||||
29 iyun – Amsterdam | ||||||||||
Rumıniya | 0 | |||||||||
İtaliya (pen.) | 0 (3) | |||||||||
25 iyun – Rotterdam | ||||||||||
Niderland | 0 (1) | |||||||||
Niderland | 6 | |||||||||
Yuqoslaviya FR | 1 | |||||||||
1/4 final
redaktə24 iyun 2000 18:00 UTC+1 |
|
Amsterdam Arena, Amsterdam Tamaşaçı: 42 000 Hakim: Dik Yol |
24 iyun 2000 20:45 UTC+1 |
|
Kral Boduen, Brüssel Tamaşaçı: 40 000 Hakim: Vitor Melo Pereyra |
25 iyun 2000 18:00 UTC+1 |
|
Feyenoord, Rotterdam Tamaşaçı: 47 700 Hakim: Xose Mariya Qarsiya-Aranda |
25 iyun 2000 20:45 UTC+1 |
|
Yan Breydel, Brügge Tamaşaçı: 30 000 Hakim: Pyerluici Kollina |
İspaniya-Fransa oyununda 90-cı dəqiqədə Raul 11 metrlik cərimə zərbəsini doğru icra edə bilməmişdir (Topu qapı tirinin yuxarı göndərmişdir).
1/2 final
redaktə28 iyun 2000 20:45 UTC+1 |
|
Kral Boduen, Brüssel Tamaşaçı: 50 000 Hakim: Günter Benkö |
29 iyun 2000 18:00 UTC+1 |
|
Amsterdam Arena, Amsterdam Tamaşaçı: 51 300 Hakim: Markus Merk |
Niderland-İtaliya oyununda Frank De Bur (39-cu dəqiqədə, qapıçı çıxrmış) və Patrik Klüvert (62-ci dəqiqədə, dirəyə dəymiş) 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilməmişlər.
Final
redaktə2 iyul 2000 20:00 UTC+1 |
|
Feyenoord, Rotterdam Tamaşaçı: 48 200[17] Hakim: Anders Frisk |
Fransa
|
İtaliya
|
|
|
Avropa çempionu 2000 |
---|
Fransa İkinci titul |
Bombardirlər
redaktə5 top[18]
- Patrik Klüvert
- Savo Miloşeviç
4 top
3 top
- Tyerri Anri
- Serjiu Konseysau
- Zlatko Zaxoviç
Statistika
redaktə- Q Fabyen Bartez
- Q Françesko Toldo
- M Loran Blan
- M Marsel Desai
- M Lilian Türam
- M Fabio Kannavaro
- M Paolo Maldini
- M Alessandro Nesta
- M Frank de Bur
- Ym Patrik Viera
- Ym Zinəddin Zidan
- Ym Demetrio Albertini
- Ym Edqar Davids
- Ym Rui Koşta
- Ym Luiş Fiqo
- Ym Pep Qvardiola
- H Savo Miloşeviç
- H Tyerri Anri
- H Françesko Totti
- H Patrik Klüvert
- H Nunu Qomeş
- H Raul
Qızıl Buts sahibi
redaktə- Patrik Klüvert (5 qol)
- Savo Miloşeviç (5 qol)
Turnirin oyunçusu
redaktəPul mükafatları
redaktəYer | Komanda | Milyon İsveçrə frankı[20] |
---|---|---|
1 | Fransa | 14.4 |
2 | İtaliya | 13.2 |
3 | Niderland Portuqaliya |
10.2 |
5 | Rumıniya İspaniya Türkiyə Yuqoslaviya FR |
7.8 |
9 | Belçika Çexiya İngiltərə Norveç |
5.4 |
13 | Danimarka Almaniya Sloveniya İsveç |
4.8 |
Turnirin pul mükafatı olan 120 milyon İsveçrə frankı (CHF) final mərhələsində iştirak edən 16 komanda arasında bölüşdürüldü.[20][21]
Mükafatların bölgüsü:
- Çempion: 14,4 milyon CHF
- Finalçı: 13,2 milyon CHF
- Yarımfinalçılar: 10,2 milyon CHF
- 1/4 finalçılar: 7,8 milyon CHF
- Qrup mərhələsi:
- Üçüncü yerin sahibi: 5,4 milyon CHF
- Dördüncü yerin sahibi: 4,8 milyon CHF
9 iyul 2000-ci ildə UEFA Yuqoslaviya FR-nin pul mükafatını ölkənin futbol federasiyasının hesabına köçürtməkdən imtina etdi. Buna səbəb kimi Yuqoslaviya Futbol Federasiyasının ölkənin prezidenti Slobodan Miloşeviçlə əlaqələrinin olduğu göstərilirdi.[22] Lakin bir müddət sonra əlaqələrin olmadığı aşkarlandı və federasiyanın hesabına pul mükafatı köçürüldü.[23]
Maraqlı faktlar
redaktə- Avro 2000-dəki qələbədən sonra Fransa prezidenti Jak Şirak yığmanın 4 oyunçusunu — Silvan Viltoru, Yohan Mikuyu, Nikolya Anelkanı və Ulrix Rameni Fəxri Legion Ordeni ilə mükafatlandırmışdır. Bu 4 oyunçu 2 il əvvəl dünya çempionu olan və ordenlə mükafatlandırılmış heyətdə yox idilər.
- Fransa-Portuqaliya yarımfinal görüşündən öncə təşkilatçılar Fransa yığması üçün Vaterloo yaşayış məntəqəsindəki "Qrand Hoteli" bron etmişlər. Lakin Vaterloonun Napoleonun son məğlubiyyət yeri olması səbəbindən yığma buradakı hotelə getməyə razılıq verməmişdir.
- Avropa çempionatından dərhal sonra, iyulun 9-da Françesko Toldonun nikah mərasimi baş tutmuşdur. Mərasimda qapıçıya başa çatmış turnirdə penaltiləri mahir dəf etməsi səbəbilə 11 metr uzunluğunda tort təqdim edilmişdir.
- Bir ingilis qəzeti azarkeşlərin kəsib televizorlarına yapışdıra bilmələri üçün Avro 2000 boyunca müxtəlif uğur gətirəcək fotolar yayımlamışdır. Bunların arasında nal, dovşan quyruğu, taxta və hətta Tofiq Bəhramovun şəkli də var idi.
- Yarımfinal matçından öncə UEFA Portuqaliya yığması ilə oynayan Fransa yığmasına əsas forması olan göy rəngli formadan istifadə etməyə qadağa qoymuşdur. Belə ki, 150-dən çox ölkədə yayımlanması planlaşdırılan oyunu izləyənlər arasında rəngsiz televizoru olacaq vətəndaşları düşünərək UEFA Fransa millisinin oyunçularının rəqibdən fərqlənə bilməsi üçün ağ forma ilə çıxmasını tövsiyə etmişdir.
- Sloveniya yığma komandasının baş məşqçisi Sreçko Katanets Avropa çempionatlarının final mərhələsində məşqçilik edən ən gənc baş məşqçi olmuşdur. İlk oyun zamanı Katanets 36 yaş 333 günün içində idi.[24]
İstinadlar
redaktə- ↑ Delaney, Miguel. "The debate: was Euro 2000 the greatest international tournament ever?". 2021-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-16.
- ↑ "Holders Germany suffer heavy defeat". BBC Sport. British Broadcasting Corporation. 20 iyun 2000. 12 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 may 2012.
- ↑ "England crushed in five-goal classic". BBC Sport. British Broadcasting Corporation. 13 iyun 2000. 12 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 may 2012.
- ↑ "Late penalty breaks English hearts". BBC Sport. British Broadcasting Corporation. 20 iyun 2000. 1 February 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 may 2012.
- ↑ "Italy head for quarter-finals". BBC Sport. British Broadcasting Corporation. 14 iyun 2000. 30 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 may 2012.
- ↑ "Turks through as Belgium crash out". BBC Sport. British Broadcasting Corporation. 19 iyun 2000. 23 November 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 may 2012.
- ↑ "Spain survive in seven-goal classic". BBC Sport. British Broadcasting Corporation. 21 iyun 2000. 8 June 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 may 2012.
- ↑ "Group D goes Dutch". BBC Sport. British Broadcasting Corporation. 21 iyun 2000. 23 November 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 may 2012.
- ↑ "UEFA suspends Portuguese trio". BBC Sport. British Broadcasting Corporation. 2 iyul 2000. 2003-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 iyun 2008.
- ↑ Born, Matt; Bishop, Patrick. "Golden goal gives France victory in Euro 2000". The Daily Telegraph. 3 iyul 2000. 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 sentyabr 2014.
- ↑ "Big names thrown in deep end". New Straits Times. 14 dekabr 1999. səh. 44. 2022-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2013.
- ↑ "EURO 2000™ final tournament draw". UEFA.com. Union of European Football Associations. 29 fevral 2000 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 iyun 2016.
- ↑ Moore, Glenn; Harris, Nick. "England sent to the bottom of Euro 2000 class". The Independent. Independent Print. 19 noyabr 1999. 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyul 2012.
- ↑ "Blow for England's Euro hopes". BBC Sport. British Broadcasting Corporation. 10 dekabr 1999. 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyul 2012.
- ↑ "Referees for Euro 2000 Final Tournament appointed". UEFA.com. Union of European Football Associations. 15 fevral 2000. 7 aprel 2000 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 iyul 2012.
- ↑ "German referee takes charge of opening game". Hürriyet Daily News. Associated Press. 10 iyun 2000. 2016-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 iyun 2016.
- ↑ "France - Italy 2:1 (EURO 2000 Holland/Belgium, Final)". worldfootball.net. HEIM:SPIEL. 2021-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 dekabr 2017.
- ↑ "Leading goalscorers". UEFA.com. Union of European Football Associations. 2 iyul 2000. 11 iyul 2000 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 iyul 2012.
- ↑ 1 2 "UEFA Euro 2008 Information" (PDF). UEFA. səh. 88. 18 October 2012 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 30 June 2008.
- ↑ 1 2 "Euro 2000 finalists to share 120 million francs". UEFA.com. Union of European Football Associations. 6 July 2000. 7 July 2000 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 June 2016.
- ↑ "Major financial rewards for finals participants". UEFA.com. Union of European Football Associations. 20 January 2000. 29 April 2001 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 September 2014.
- ↑ "Swiss blocking Yugoslav Euro 2000 income says official". Reuters. 9 iyul 2000. 2015-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 sentyabr 2014.
- ↑ "Swiss release Yugoslav payments". BBC Sport. British Broadcasting Corporation. 9 iyul 2000. 2016-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 sentyabr 2014.
- ↑ "Kataneç ən gənc məşqçidir". 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-30.