UEFA Avropa Liqası 2018/2019 – UEFA tərəfindən keçirilən Avropanın ən böyük ikinci futbol tədbirinin 48.mövsümüdür. UEFA Avropa Liqası adı və formatıyla isə 10.mövsümdür.
UEFA Avropa Liqası 2018/2019
Yarış məlumatları
Tarix
Təsnifat mərhələləri: 26 iyun – 30 avqust 2018 Qrup mərhələsi və finala doğru gedəcək oyunlar: 20 sentyabr 2018 – 29 may 2019
Final matçı Azərbaycandakı Bakı Olimpiya Stadionunda iki ingilis klubu – Arsenal və Çelsi arasında keçirildi.[2] Bu finalda ilk dəfə eyni şəhəri təmsil edən klublar iştirak edirdi. Bundan əlavə həmin mövsümdə həm Çempionlar Liqası, həm də Avropa Liqasının finalında ingilis klubları üz-üzə gəldi ki, bu da UEFA tarixində bir ilkdir. Bu uğuru ilk dəfə məhz ingilis klubları elə bu il qazandılar. Finalda 4–1 hesabı ilə qalib gələn Çelsi 2019 UEFA Super Kuboku çərçivəsində 2018–19 UEFA Çempionlar Liqası qalibi Liverpul ilə matç oynama hüququ qazandı.
Turnir tarixində ilk dəfə məhz bu il Video köməkçi hakim (VAR) sistemindən istifadə edildi.
9 dekabr 2016-cı ildə UEFA 2018–2021-ci illər arası keçiriləcək avroliqalarda formatın dəyişdiriləcəyi barədə qərar qəbul etdi.[3][4] Dəyişikliyə görə, Çempionlar Liqasında mübarizəni dayandıran bütün klublar Avropa Liqasında iştirak etmək hüququ qazanır.
2018–19 UEFA Avropa Liqası mövsümündə 213 komanda mübarizə aparır. Ölkələrin sıra saylarının təyin olunması üçün 2017-ci il UEFA ölkələr reytinq siyahısından istifadə olunur. Buna görə;
1-dən 51-ci sıraya qədər olan ölkələrdən (Lixtenşteyn xaric) 3 komanda
Oyunların tarixləri aşağıdakı kimidir. (Qrup mərhələsi istisna olmaqla, bütün mərhələlərin püşkatma mərasimləri İsveçrənin Nyon şəhərində keçirilir.)[7]
Avroliqalar tarixində ilk dəfədir ki, bu mərhələ oynanılır. Bu mərhələnin püşkü 12 iyun 2018-ci ildə atıldı.[8] Mərhələnin ilk matçları 28 iyunda, ikinci matçları isə 5 iyulda oynanıldı.
Birinci təsnifat mərhələsinin püşkü 20 iyun 2018-ci ildə atıldı.[9] İlk matçlar 10, 11, 12 iyul tarixlərində oynanıldı. İkinci matçlar isə 17, 18, 19 iyul tarixlərində oynanıldı.
İkinci təsnifat mərhələsində klublar iki yerə bölünür: Çempionlar və çempion olmayanlar. İkinci təsnifat mərhələsinin püşkü (çempionlar) 19 iyunda, (əsas yol) 20 iyunda atılmışdır.[10] İlk matçlar 26 iyulda, ikinci matçlar isə 2 avqustda oynanıldı.
Bir öncəki mərhələdə olduğu kimi bu mərhələdə də klublar iki yerə bölünür: çempionlar və çempion olmayanlar. Bu mərhələnin püşkü 23 iyul 2018-ci ildə atıldı.[11] İlk matçlar 7 və 9 avqustda, ikinci matçlar isə 16 avqust 2018-ci ildə oynanıldı.
Play-off turunda da bundan öncəki iki təsnifat mərhələsində olduğu kimi komandalar iki yerə bölünür: çempionlar və çempion olmayanlar. Play-off turunun püşkü 6 avqust 2018-ci ildə atıldı.[12] İlk matçlar 23 avqustda, ikinci matçlar isə 30 avqust 2018-ci ildə oynanıldı.
Qrup mərhələsinin püşkü 30 avqust 2018-ci ildə Monakodakı Qrimaldi Forumda atıldı.[13] 48 klub hərəsində dördü olmaqla 12 qrupa ayrılır. (Eyni ölkədən klubların düşməməsi şərti ilə) Püşkatma üçün klublar 2018 UEFA klub reytinq xallarına əsasən 4 səbətə bölünürlər. Qrup oyunlarının sonunda 1 və 2-ci yeri tutmuş komandalar növbəti mərhələyə yüksəlir. Bundan əlavə, 2018–19 UEFA Çempionlar Liqasında qrupunu üçüncü yerdə tamamlamış klublar da Avroliqanın 1/16 mərhələsində iştirak edir. Matçlar 2018-ci ilin 20 sentyabr, 4 oktyabr, 25 oktyabr, 8 noyabr, 29 noyabr və 13 dekabr tarixlərində oynanıldı.
Ümumiyyətlə, 27 ölkənin komandası qrup mərhələsində iştirak edir. Akhisar Bələdiyyəspor, Çelsi, F91 Düdelanj, Yablonets, Reyncers, RB Leypsiq, Sarpsborq 08, Spartak Moskva və Spartak Trnava ilk dəfədir ki, bu mərhələdə debüt etdilər. (Ümumiyyətlə, Çelsi, Reyncers, RB Leypsiq və Spartak Moskva UEFA Avropa Liqasında yalnız Çempionlar Liqasında qrupunu üçüncü yerdə başa vurduqdan sonra bu turnirdə iştirak ediblər. Heç vaxt Avroliqanın qrup mərhələsindən turnirə başlamayıblar) Düdelanj isə Çempionlar və ya Avropa Liqasının qrup mərhələsində ilk dəfə iştirak edən Lüksemburq klubu kimi tarixə düşdü.
1/16 Final mərhələsindən etibarən iki matçlı klassifikasiya sistemi ilə mübarizə aparırlar.
Püşkün mexanizmi aşağıdakı kimidir:
1/16 Final mərhələsinin püşkatmasında qruplarını ilk sırada tamamlayan 12 klub və 2018–19 UEFA Çempionlar Liqası qrup mərhələsində öz qruplarını üçüncü sırada tamamlayan ən yaxşı 4 komanda səpələnmiş olur. İlk matçlar səpələnməmiş komandaların stadionlarında oynanacaq. Eyni qrup və ya eyni ölkədən olan klublar bir-biri ilə oynaya bilməzlər.
1/8 Final və ondan sonra gələn mərhələlərdə bu prinsip pozulur, yəni eyni qrup və ya eyni ölkədən klublar öz aralarında oynaya bilirlər.
1/16 Final mərhələsinin püşkü 17 dekabr 2018-ci ildə atıldı.[14] İlk matçlar 12 və 14 fevral, ikinci matçlar isə 20 və 21 fevral 2019 tarixlərində oynandı.
Yarı Final mərhələsinin də müqəddəratı bundan əvvəlki mərhələdə olduğu kimi 15 martda bəlli oldu.[17] İlk matçlar 2 may, ikinci matçlar isə 9 mayda oynandı.