Un Spider - Wikipedia
UN-SPIDER (United Nations Platform for Space-based Information for Disaster Management and Emergency Response) (azərb. Birləşmiş Millətlər Təşkilatının Fəlakətlərin İdarə Edilməsi və Fövqəladə Müdaxilə üçün Kosmik Əsaslı Məlumat Platforması) ― hədəfi kosmos əsaslı məlumatlara və fəlakətlərin idarə olunması məlumatlarına universal girişi təmin etməkdir.[1] Fəlakətləri idarəetmə mərkəzləri ilə kosmik komitələr arasında bir körpü rolunu oynayır.
14 dekabr 2006-cı ildə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının qərarı ilə qurulan UN-SPIDER-in missiyası "bütün ölkələrə və regional və beynəlxalq təşkilatlara giriş imkanı verən və fəlakətlə əlaqəli bütün kosmik məlumat sistemlərinin tutumunu artırmaqdır".
Təşkilat və quruluşu
redaktəOfislər
redaktəVyananın xaricində (UNOOSA-nın baş ofisi olduğu yer) Almaniya (Bonn) və Çində (Pekin) ofisləri mövcuddur.
UN-SPIDER Bonn ofisi 2007-ci ilin oktyabrında Almaniyanın Texnologiya və İqtisadiyyat Nazirliyinə (BMWi) və Almaniya Kosmik Mərkəzinə (DLR) dəstək olmaq üçün yaradılmışdır. Bonn ofisinin vəzifələri, bütün müvafiq məlumatların fəlakətlərin idarə edilməsi və fövqəladə hallar və humanitar yardım təşkilatları üçün asan və əlçatan etməsidir.
- Pekin
Pekin ofisi 9 noyabr 2010 tarixində fəaliyyətə başlamışdır.
Fəaliyyətləri
redaktə- SpaceAid
- Sosial dəstək və potensialın artırılması
- Horizontal təşkilat
- Texniki Məsləhət Dəstəyi Arxivləşdirilib 2011-05-27 at the Wayback Machine[2]
Kosmik Texnologiyalar və Fəlakətlərin İdarəedilməsi
redaktəİqlim dəyişikliyi ilə təbii fəlakətlərə qarşı həssaslıq artır və eyni zamanda bunun dünya əhalisinin üzərinə təsir dərəcəsi də sürətlə artır. Zəlzələlər, daşqınlar, qasırğalar və digər təbii fəlakətlər cəmiyyətə böyük ziyan vurur və milli iqtisadi sistemə əlavə böyük bir yük verir. Yaxşı hazırlanmış bir məlumat sistemi ilə can və mal itkisi ehtimalı azaldıla bilər, riski qiymətləndirmə, erkən xəbərdarlıq sistemləri və fəlakətlərin monitorinqi sistemləri inkişaf etdirilə bilər. Bu ehtiyaclar üzündən Birləşmiş Millətlər Şurası 14 dekabr 2006-cı ildə mövcud kosmik texnologiyanın (peyk nəzarəti, meteoroloji peyklər, rabitə sistemləri, naviqasiya sistemləri) fəlakətlərin idarə olunmasında təsirli rol oynaya biləcəyini elan etdi. Bu şəkildə doğru və vaxtında qərarlar qəbul edilə bilər.[3][4][5]
UN-SPIDER Sosial dəstəklər və potensialın artırılması
redaktəPotensialın artırılması, fəlakət vəziyyətlərində kosmik texnologiyalardan istifadə edən insanlar və bölmələr arasında ünsiyyəti asanlaşdırmaq və ediləcək köməyi daha yaxşı əlaqələndirməkdir.[6]
Məlumatlılığın artırılması
redaktəMəlumatlılığın artırılması insanın anlayışında və vərdişlərində dəyişiklikləri stimullaşdırmaqdır. Bu çərçivədə UN-SPIDER, yeni texnoloji həllər, yeni imkanlar və mövcud layihələrin asanlaşdırılması və inkişaf etdirilməsində məlumatlılığı artırmağa çalışır.
Sosial dəstəklər
redaktəSosial dəstək fəaliyyətləri Fəlakətlərin idarəolunması və UN-SPIDER və buna bənzər təşkilat fəaliyyətlərinə töhfə vermək və kosmik fəza əsaslı fəlakətlərin idarə edilməsinə töhfə verməkdir.
Potensialın artırılması
redaktəUN-SPIDER-in potensialın artırılmasının məqsədi fəlakət vəziyyətində bütün ölkələrin kosmik əsaslı informasiya sistemlərindən səmərəli istifadə və inkişaf etdirilməsini təmin etməkdir.
UN-SPIDER potensialın inkişafına necə kömək edir?
redaktəMilli səviyyəli fəlakət hadisələrini idarə etmək və təcili yardım üçün kosmos əsaslı informatika sistemləri ilə potensialı artırmaq üçün UN-SPIDER-in 3 metodu mövcuddur:
1. İnstitutlar: UN-SPIDER, təşkilatların fəlakətlərin idarəedilməsi dövrü mərhələlərində kosmik fəza əsaslı kommunikasiyaya lazımi dəstək və ya köməyi təmin etmək üçün lazımi tənzimləmələri təmin edir.
2. Fərdlər: UN-SPIDER fəlakətlərin idarə edilməsi dövründəki fərdlərin təhsil və bilik səviyyəsini artırır.
3. İnfrastruktur: UN-SPIDER kosmik əsaslı kommunikasiya üçün infrastruktura çıxışı asanlaşdırır.[7][8][9][10]
Horizontal təşkilat
redaktəSpaceAid
redaktəSpaceAid, ölkələrin, milli və beynəlxalq təşkilatların UN-SPIDER çərçivəsində kosmik əsaslı məlumatları daha sürətli və daha səmərəli əldə etmələrini təmin edir. Buraya yer nəzarət peykləri, rabitə peykləri və qlobal naviqasiya peyk sistemləri daxildir.
SpaceAid mexanizmi necə işləyir?
redaktə1. UN-SPIDER Milli qərargah nöqtəsi, regional dəstək ofisi və ya BMT təşkilatından dəstək tələbi alır. İstifadəçi UN-SPIDER mütəxəssisindən tələb olunan dəstəyi təyin edir.
2. UN-SPIDER bu tələbi bütün tərəfdaşlara göndərir. Tərəfdaşlar könüllü şəkildə təmin edə biləcəkləri məhsulu seçirlər. Bütün tərəfdaşlar hər hansı bir tələbi yerinə yetirəcək imkanlar təklif edirlər. Bütün imkanlar pulsuz istifadə olunur. İstənilən fürsət funksional olduqda, tələb olunan texnologiya SpaceAid avtomatik olaraq peyki tələb olunan işə uyğun olaraq təyin edir.
3. Tərəfdaşlar istifadə etdikləri kommunikasiya portalında verəcəkləri xeyiri bölüşürlər, beləliklə oxşar sistemin iki dəfə təklif olunmasının qarşısı alınır və beləliklə də istifadəçi təklifləri daha tez və səmərəli şəkildə seçilə bilər.
İstinadlar
redaktə- ↑ UN-SPIDER Knowledge Portal http://www.un-spider.org/ Arxivləşdirilib 2020-05-13 at the Wayback Machine"
- ↑ UN-SPIDER February 2013 Newsletter: Knowledge Management http://www.un-spider.org/sites/default/files/UN-SPIDER%20Newsletter%20Knowledge%20Management_online.pdf Arxivləşdirilib 2022-05-11 at the Wayback Machine
- ↑ Sendai Framework for Disaster Risk Reduction 2015–2030 http://www.wcdrr.org/uploads/Sendai_Framework_for_Disaster_Risk_Reduction_2015-2030.pdf Arxivləşdirilib 2015-06-26 at the Wayback Machine
- ↑ UN-SPIDER June 2013 Newsletter: Earth Observation for Disaster Response http://www.un-spider.org/sites/default/files/UN-SPIDER_NL_EO_online.pdf
- ↑ UN-SPIDER March 2015 Newsletter: Space-based Information for Disaster Risk Reduction http://www.un-spider.org/news-and-events/newsletter/un-spider-newsletter-115-space-based-information-disaster-risk-reduction Arxivləşdirilib 2022-01-27 at the Wayback Machine
- ↑ UN-SPIDER November 2014 Newsletter: Regional Support Offices http://www.un-spider.org/sites/default/files/Newsletter_online.pdf Arxivləşdirilib 2022-05-11 at the Wayback Machine
- ↑ UN-SPIDER's Emergency Support http://www.un-spider.org/advisory-support/emergency-support Arxivləşdirilib 2022-06-30 at the Wayback Machine
- ↑ UN-SPIDER's training activities http://www.un-spider.org/advisory-support/training-activities Arxivləşdirilib 2022-05-25 at the Wayback Machine
- ↑ UN-SPIDER's Technical Advisory Mission http://www.un-spider.org/advisory-support/advisory-missions Arxivləşdirilib 2022-05-25 at the Wayback Machine
- ↑ UN-SPIDER May 2012 Newsletter: Technical Advisory Support http://www.un-spider.org/sites/default/files/UN-SPIDER%20Newsletter%20Technical%20Advisory%20Support.pdf Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine