Ucal Haqverdiyev - Wikipedia
Pyotr Ucal Həsən oğlu Haqverdiyev (9 iyun 1960, Bakı – 18 dekabr 2004, Bakı) — Azərbaycanlı rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü (1997).
Pyotr Ucal Haqverdiyev | |
---|---|
Doğum adı | Ucal Həsən oğlu Haqverdiyev |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (44 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Həyat yoldaşı | Yelena Haqverdiyeva |
Fəaliyyəti | rəssam |
Mükafatları |
Həyatı
redaktəUcal Haqverdiyev 9 iyun 1960-cı ildə Bakı şəhərində rəssam Həsən Haqverdiyev və həkim Vera Kalininanın ailəsində doğulmuşdur. O, 1975–1979-cu illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində oxumuşdur. 1979-cu ildə Tallində İncəsənət İnstitutuna qəbul olunsa da, təhsilini Azərbaycan Pedoqoji İnstitutunda davam etdirmişdir.[1] 1985-ci ildə Rəssamlar İttifaqının nəzdində gənc rəssamlar birliyinə daxil olur və 1987-ci ildən Ümumittifaq və respublika sərgilərində iştirak etməyə başlayır. Həmin il pravoslav xristian olur, xaç suyuna salınaraq "Pyotr" adını alır.[2] 1988–1991-ci illərdə SSRİ Rəssamlıq Akademiyasının təqaüdçüsü olmuş, Akademiyanın hesabat sərgilərində iştirak etmişdir.
1990-cı ildə Azərbaycanın gənc rəssamlarının Fransada keçirilən sərgisində iştirak etmiş, bundan əlavə rəssamın Tunisdə (Tunis – 1991), Almaniyada (Köln – 1992), Avstriyada (Vyana – 1993) fərdi sərgiləri olmuş, 1995-ci ildə İstanbulda keçirilən "Azərbaycan və Türk rəssamlarının birgə sərgisi"ndə iştirak etmişdir. Rəssam həmçinin Avstriya, Almaniya və Bakı şəhərində keçirilən simpoziumların iştirakçısı olmuşdur.[3] Ucal Haqverdiyevin əsərləri ABŞ, Almaniya, Avstriya, Fransa, Norveç və Türkiyədə nümayiş olunmuşdur.[4]
1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olmuşdur.[5] 1998–1999-cu illərdə bir qrup rəssamlarla ekologiya üzrə "Land ART" layihəsində iştirak etmiş, 2000-ci ildə "Labirint" qrupu tərkibində "Humay" mükafatına layiq görülmüşdür. 2000–2004-cü illərdə könüllü olaraq Mixail Arxangel kilsəsinin bədii tərtibatı ilə məşğul olmuşdur.[2]
Rəssam 2004-cü il dekabrın 18-də vəfat etmişdir.[5]
Ailəsi
redaktə- Həsən Haqverdiyevin oğludur
- Əli Haqverdiyev, Hüseyn Haqverdiyev və Zemfira Qafarovanın qardaşıdır
- Yelena Haqverdiyevanın həyat yoldaşıdır
İstinadlar
redaktə- ↑ ""Rəssamla görüş" layihəsində Ucal Haqverdiyevin xatirəsi anılıb". medeniyyet.az. 2020-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-30.
- ↑ 1 2 "Ucalsız keçən 15 il…". azlogos.eu. İstifadə tarixi: 2020-01-30.
- ↑ "Görkəmli rəssam Ucal Haqverdiyevə həsr olunmuş tədbir keçiriləcək". memm.az. İstifadə tarixi: 2020-01-30.[ölü keçid]
- ↑ "Görkəmli rəssam Ucal Haqverdiyevin xatirəsi yad edilib". azertag.az. 2016-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-30.
- ↑ 1 2 "UCAL HAQVERDIYEV". nar-gallery.com. 2021-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-30.