Ufa Arena - Wikipedia
«Ufa-Аrеnа» universal idman kompleksi (başq. Өфө-Арена) — Ufa şəhərində yerləşən çox funksiyalı idman-konsert komplekski. İdman kompleksi Rusiyanın «Salavat Yolayev» hokkey klubunun (19 dekabr 2007) ev arenasıdır. Arenada ilk oyun 27 avqust 2007-ci ildə Rusiyanın gənclərdən ibarət hokkey yığması ilə Kanadanın gənclərdən ibarət hokkey yığması arasında baş vermişdir.
Ufa-Arena | |
---|---|
Yeri | Ufa, Başqırdıstan, Rusiya |
Təməli qoyulub | 2006 |
Tikilib | 2007 |
Tikinti xərcləri | US$ 80,000,000 |
Sahibi | Suriya Hökuməti |
Tamaşaçı tutumu | 8 070 |
Ev sahibi komanda | Salavat Yulayev |
Meydançanın ölçüləri | 60×30 m |
Ot örtüyü | buz |
Vikianbarda əlaqəli mediafayllar |
Tikinti
redaktəRusiya yeni hokkey arenalarından fərqli olaraq («Tatneft-Arena», «Arena Omsk», «Arena Mıtişi» və s.) «Ufa-Arena» yerli tikinti şirkətlərin əməyi ilə inşa edilmişdir. Binanın layihəsi İldar Fanisoviç İbrahimov və Vladimir Nikolay Savenkoya tərəfindən hazırlanmışdır. «Ufa-Arena» Başqırdıstanın Rusiyaya birləşməsinin 450 illiyi münasibətilə inşa edilmişdir.
İkinci mərhələ
redaktəUfa-Arenanın ehtiyat meydançası 640 yerlik tamaşaçı tutumuna malikdir[1]. İkinci mərhələsinin açılışı 20 noyabr 2011-cu ildə baş tutmuşdur. Arenanın açılışında Başqırdıstan Respublikasının Prezidenti Rüstəm Xamitov, Başneftin rəhbərliyi, Ufa meri Pavel Kaçkaev iştirak etmişdir. İkinci mərhələnin gerçəkləşməsi məqsədi ümumi xərcin 20 % ödəmişdir. İki il ərzində tikinti işlərinə 105 milyon rubl xərclənmişdir.
Arxitektura
redaktə«Ufa-Arena» iki meydançadan ibarətdir. Birinci meydança 8070, kiçik meydança isə 640 tamaşaçı tutumuna sahibdir. Arenanın birinci mərtəbəsində idmançıların istirahət otağı, iki buz hamarlayan maşın üçün qaraj, tibbi baxış və dopinq nəzarəti kabinetləri, ikinci və fördüncü mərtəbələr arasında VIP-lojalar vardır. Üstəlik arenada kommentator otağı, KİV otağı və restoran belə vardır.
Xüsusiyyətləri
redaktə- Əsas arena[2]
- Ümumi sahəsi — 29 070 m²
- Tamaşaçı yeri — 8 070
- Yeraltı park 996 m/yer
- Ehtiyat arena[3]
- Ümumi sahəsi — 8300 m²
- Tamaşaçı yeri — 640
- Yeraltı park 222 m/yer.
İstinadlar
redaktə- ↑ http://www.mkset.ru/news/nonstop/12041/ Arxivləşdirilib 2012-02-16 at the Wayback Machine Строительство второй очереди Уфа-Арены
- ↑ http://www.bgp.ru/sport_m02.php[ölü keçid] Уфа-Арена на сайте ЗАО «Башкиргражданпроект»
- ↑ http://www.bgp.ru/sport_m08.php[ölü keçid] Вторая очередь УСА «Уфа-Арена» на сайте ЗАО «Башкиргражданпроект»
Mənbə
redaktə- Уфа-Арена на спортивном городском сайте Arxivləşdirilib 2012-04-22 at the Wayback Machine
- Уфа-Арена на официальном сайте хоккейного клуба «Салават Юлаев» Arxivləşdirilib 2010-04-28 at the Wayback Machine
- Уфа-Арена на сайте фанатов Спартака Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
- Рыбинский В. А. Уфа-Арена.// Статья в Башкирской энциклопедии[ölü keçid]