Unannovu - Wikipedia
Unannovu — Azərbaycan Respublikasının Laçın rayonu Fətəlipəyə kənd inzibati ərazi dairəsində kənd.[1]
Unannovu | |
---|---|
39°36′13″ şm. e. 46°36′37″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Tarixi
redaktəUnannovu kəndi dağətəyi ərazidədir. Kəndi bağirbəyli nəslinə mənsub ailələr Unannovu adlı bulağın yaxınlığında saldiğına görə belə adlanmışdır. 1933-cü ildə oykonim Unanevi variantında qeydə alınmışdır. Oykonimi bəzi tədqiqatçilar Unan (şəxs adı) və novu komponentlərinə ayıraraq "Unanın novlu bulağı" kimi izah edirlər. Digər tədqiqatçılara görə, hidronim hunan (hunlar) və novu komponentlərindən düzəlib, "hunların novu" mənasındadır.[2]
1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə İkinci Qarabağ müharibəsinin sonucunda imzalanan atəşkəs bəyanatının nəticəsində işğaldan azad olunub. 2022-ci ilin avqustunda Laçın dəhlizini əvəz edən Rusiya sülhməramlılarının nəzarətində olan Ermənistan və Dağlıq Qarabağ arasında yeni dəhlizdə yerləşir.[3][4]19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır.
İqtisadiyyatı
redaktəƏsas təsərrüfatı heyvandarlıq idi.
Əhalisi
redaktə2006-cı ilin statstikasına görə kəndin əhali sayı 100 nəfər olmuşdur.
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- ↑ Unannovu // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
- ↑ Busaat.az. "Sülhməramlılar yeni yolu "Laçın dəhlizi" kimi RƏSMİLƏŞDİRDİ – ŞOK MƏQSƏDİN DETALLARI" (az.). Busaat.az. 10.09.2022. 2023-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 dekabr 2023.
- ↑ ""Laçın dəhlizi"nə çəkilən alternativ yolla bağlı rəsmi AÇIQLAMA - Tikinti başa çatır". modern.az. 2022-06-21. 2022-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-27.
Laçın rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |