Universitet Bulvari Semerqend - Wikipedia
Universitet bulvarı (Səmərqənd) (özb. Universitet xiyoboni) — Səmərqənd şəhərinin mərkəzi küçələrindən biri. Əvəlki adları Abramov bulvarı və Maksim Qorki adına bulvar olmuşdur.[1] Küçə Səmərqənd şəhərinin ən tarixi və görməli yerlərindən sayılır. Əsasının qoyulması XIX əsrin sonlarında Səmərqənd şəhərinin Rusiya imperiyası tərəfindən işğalından sonraya təsadüf edir. Bu səbəbdən küçədə əsasən XIX əsr və XX əsr binaları çoxluq təşkil edir.
Universitet bulvarı (Səmərqənd) | |
---|---|
özb. Universitet xiyoboni | |
| |
Ümumi məlumatlar | |
Ölkə | Özbəkistan |
Şəhər | Səmərqənd |
Bölgə | Səmərqənd vilayəti |
Rayon | Şəhər |
Tarixi rayon | Köhnə şəhər |
Uzunluğu | 2,3km |
Əvvəlki adı | Abramov bulvarı |
Şərəfinə adlandırılıb | Universitetlərin yerləşməsi |
Yerləşməsi
redaktəUniversitet Bulvarı Səmərqəndin mərkəzi hissəsində yerləşir. Universitet Bulvarının ortasında hündür ağaclar parkı var. Bu park sayəsində küçə iki hissəyə ayrılır. Bulvar Registan, Bustonsaroy, Şoxrux Mirzo, Mustakillik, Bəxtiyora Həmidov, Abdurahmon Cami, Orzu Mahmudov, Nurabad və Usman Yusupov küçəsləri ilə kəsiçir.
Tarixi
redaktəBulvarın ərazisi və bulvarın özü XIX əsrin sonunda qoyulmuşdur. Türküstan general-qubernatoru Konstantin Petroviç Kaufman 1870-ci ildə yeni - Rusiya Səmərqəndinin planını təsdiqlədi. 1871-ci ildə Səmərqənd valisi Aleksandr Konstantinoviç Abramovun rəhbərliyi altında köhnə və yeni şəhərləri ayıran çoxsaylı ağaclarla örtülmüş “Abramovski Bulvarı” salındı.
Əsas mərkəzi bulvar 60 sajen (128 metr) enində, 490 fit (1044 metr) uzunluğunda inşa edilmişdi. Bulvar ağcaqayın, qovaq, qarağac, akasiya və ailanthus ağacları ilə örtülmüş 3 parka sahib idi. Bulvar ərazisindən iki keçid yolu keçirdi.[2]
Bulvar şəhər sakinlərinin istirahəti üçün mərkəzi yer kimi düşünülmüşdür.
Hərbi mühəndis, topoqraf və suvarma işçisi Alexander Nikolaeviç Çernevski Abramov bulvarının abadlaşdırılmasında iştirak edirdi.[2] O, bulvarın qərb hissəsində hərbi qubernator Mixail İvanoviç Nevesskinin əmri ilə kollar əkmiş və fidanlıq salmışdır.
Bulvar salındıqdan sonra Səmərqənddə Avropa tipli ilk binalar tikilməyə başlandı. Bulvar salındıqdan sonra şəhər böyüməyə başladı və bulvarın qərb tərəfində tarixi yeni Səmərqənd peyda oldu. Avropa və qotik üslublu bu tarixi binalar sayəsində bulvar şəhərin ən gözəl guşələrindən birinə çevrildi. Küçə Rusiya imperiyası və Sovet dövründən başlayaraq, tarixi hadisələrə şahidlik etmişdir.
Rusiya imperiyası vaxtı bulvar "Abramovskaya", SSRİ dövründə "Maksim Qorki bulvarı" adlanırdı. Özbəkistan müstəqillik qazandıqdan sonra əvvəl bulvar "Abramov bulvarı", sonra isə indiki adı ilə "Universitet bulvarı" adlandırılmışdır.[1]
Bina və tikililər
redaktəTarixi tikililər və abidələr
redaktə- Səmərqənd valisinin iqamətgahı və evi - 1888-ci il
- Rus-Çin Bankının binası - 1896-cı il
- Qadın Gimnaziyası - 1904-ci il
Müasir binalar və müəssisələr
redaktə- Əmir Teymurun abidəsi
- Səmərqənd Şəhər İdarəsi
- "Səmərqənd" oteli
- "Prezident" oteli
- "Citi Hotel" oteli
- Əlişir Nəvai Mərkəzi Parkı
- Səmərqənd Dövlət Xarici Dillər İnstitutu
- Səmərqənd Dövlət Universitetinin çoxsaylı korpus binaları və fakültələri:
- SamDU-nun əsas binasının keçmiş binası
- SamDU-nun əsas binası
- SamDU rektorluğu
- SamDU-nun İqtisadiyyat fakültəsinin binası
- SamDU, Biologiya Fakültəsinin binası
- SamDU-nun Fiziki-Kimya fakültəsinin binası
- SamDU nəzdində Akademik Lisey
- 8 saylı orta məktəb
- Əl-Biruni adına Səmərqənd Dövlət Şəhər Kitabxanası
- "İpək Yolu" Beynəlxalq Turizm Universitetinin rektorluğu
- Səmərqənd təcrübə zavodu
- "Şaboda" kafesi
- "Manon" klubu
- müxtəlif mağazalar və kafelər
- yaşayış binaları
Nəqliyyat
redaktəUniversitet Bulvarı boyunca yerüstü ictimai nəqliyyat çalışır. Taksilər, avtobuslar və mikroavtobuslar onunla hərəkət edir. 1995-ci illərin əvvəllərinə qədər trolleybuslar bulvar boyunca hərəkət edirdi.
İstinadlar
redaktə- ↑ 1 2 Алескеров Ю.Н. Самарканд (Путеводитель) Arxivləşdirilib 2014-11-05 at the Wayback Machine - Ташкент: Издательство ЦК КП Узбекистана, 1976 - с.296
- ↑ 1 2 Татьяна ВАВИЛОВА - Русский Самарканд Arxivləşdirilib 2021-07-19 at the Wayback Machine, Журнал «Камертон» № 10 - Август 2010
Xarici keçidlər
redaktə- Первая улица «нового» Самарканда, ВЕСТИ.UZ, 14 октября 2011
- Русский Самарканд (Абрамовский бульвар)