Utanc Film 2011 - Wikipedia
«Utanc» (ing. Shame) — Rejissor Stiv Makkuinin 2011-ci ildə dram janrında çəkdiyi film. Baş rollarda Maykl Fassbender və Keri Melliqan oynamışlar. Film, Film4 və See-Saw Films şirkətlərinin birgə istehsalı ilə ekranlaşdırılmışdı. Çoxlu sayda erotik səhnələrin olmasına görə ABŞ-də filmə NC-17 kinoreytinqi verilərək, 2011-ci ildə məhdud sayda satışa buraxılmışdı [11][12]. Böyük Britaniyada Utanc 13 yanvar 2012-ci ildə satışa buraxılmışdı[13]. “Utanc” filmi 17 milyon dollar büdcəyə malik olmaqla, həmçinin əlavə 4 milyon dollar reklam büdcəsinə malik olmuşdur.[14]
Utanc Shame | |
---|---|
ing. Shame | |
Janr | dram filmi |
Rejissor | Stiv Makkuin |
Prodüserlər | |
Baş rollarda |
Maykl Fassbender Keri Melliqan Ceyms Bec Deyl Nikol Bexari |
Operatorlar |
Yen Kenninq Emil Şerman |
Bəstəkar | Harri Eskott |
Rəssamlar |
Cudi Bekker Çarlz Kulziski Devid S. Robinson |
Quruluşçu rəssam | Cudi Bekker[d] |
İstehsalçılar | UK Film Council[d], See-Saw Films[d], HanWay Films[d] |
Distribütor | Searchlight Pictures[d] |
İlk baxış tarixi | 2 dekabr 2011[7], 1 mart 2012[8], 6 yanvar 2012[9], 23 fevral 2012[10] |
Filmin növü | Bədii film |
Müddət | 101 dəq.[1] |
Büdcə |
4.2 milyon £ (təxminən 6.5 milyon $)[2][3], Ümumi gəliri — 17,693,675 $[4] |
Ölkələr | Böyük Britaniya |
Dil | İngiliscə |
İl | 2011 |
Rəng | rəngli |
Çəkiliş yeri | Nyu-York |
IMDb | ID1723811 |
Filmin xülasəsi
redaktəBrendon (Maykl Fassbender) müvəffəqiyyətli, yaraşıqlı reklam icraçısıdır və hiperseksual həyata malik bu şəxs Nyu-York şəhərində yaşayır. Uğursuz ailə həyatına və zahirən heç bir yaxın dostunun olmadığına görə, Brendon özünün artan gizli seksual fantaziyalarından asılı vəziyyətə düşür. Onun çalışdığı şirkətin kompüter sistemi virus təhlükəsi altına düşür; Brendonun kompüterinin sərt diskini təmizləyərkən, onun yükləmə tarixçəsində çoxlu sayda pornoqrafik saytların olduğu məlum olur, məhz bu pornoqrafik saytların birində də virus aşkar edilir.
Brendon və onun şirkət rəhbəri Devid (Ceyms Bec Deyl) birlikdə bara gedərək orada 3 qadınla tanış olurlar. Devid çox içki içdiyindən sərxoş olur və Brendon onu taksiyə mindirir. Sonra isə barda tanış olduğu qızla sekslə məşğul olur. Evə gəldikdə Brendon hamamdan musiqi səsi eşidir və elə bilir ki, bu qarətçidir. Lakin gözlənilməz qonağı onun bacısı Sisi (Keri Melliqan) olduğu məlum olur. Sisi şəhərdə müğənni kimi çalışaraq arada bir kiçik konsertlər verir və indi Brendondan onun evində bir müddət qalmağa icazə verməsini xahiş edir; daha sonra isə bacısının telefonla sevgilisindən onu atmamağı yalvardığını eşidir. Sissinin ziyarəti Brendonun qıcıqlandırır, çünki Sissi emosional köməyə möhtac olduğundan Brendonun şəxsi həyatına müdaxilə edərək onu əsəbləşdirir.
Brendonun onunla birgə işləyən Mariannadan (Nikol Behari) xoşu gəlir. Onlar iş zamanı bir-biri ilə münasibət qururlar və Brendon onu nahara dəvət edir. Nahara gedən zaman, Brendon dayanaraq çoxmərtəbəli otel binasının mərtəbələrinin birində iki sevgilinin aynanın arxasında sevişdiyini görür. Marianna Brendonla restoranda nahar edir və bu yaraşıqlı cütlük arasında yaranan sevgi haqqda söhbətləri hiss edilmədən daha da şəxsi səviyyəyə çatır: Marianna, hələ bu yaxında sevgilisindən ayrılmasına baxmayaraq, sevgi hisslərinə çox pozitiv yanaşır, Brendon isə nikahı sevmir və etiraf edir ki, onun qadınlarla olan əlaqələri 4 aydan çox sürməyib. Cütlük bir-birinə maraq hissi ilə yanaşsa da gecənin sonunda onlar öpüşsüz bir-birindən ayrılaraq hərə öz evinə gedir və bu kövrək anlar Brendona dönüş nöqtəsi kimi görünür.
Növbəti gün, işdə Brendon Mariannanı öpür və onlar həyəcanlı halda özləri üçün iki gün məzuniyyət götürürlər. Brendon onu bir neçə gün əvvəl gördüyü otelə gətirir. Otel otağında onlar bir-birini oxşayırlar və öpüşərək əsəbi və ehtiraslı halda sekslə məşğul olmağa çalışırlar, amma göründüyü kimi Brendon öz ereksiyasını saxlaya bilmir və bundan çox üzülür. Marianna da bir az bundan kədərlənir, lakin o bunu anlayaraq, heç bir problemin olmadığını deyir. Cinsi əlaqənin alınmaması Brendon üçün dönüş nöqtəsinə çevrilir, çünki o qəti sürətdə Marianna və ya kiminləsə daha həmişəlik birləşə bilməyəcəyini anlayır. Marianna oteldən getdikdən sonra, Brendon həmin gün oraya fahişə qadın çağıraraq aynanın önündə onunla sevişir. Qadın əynini geyinib oranı tərk etdikdən sonra Brendon özü üçün gərar verərək, heç bir qadını sevə bilməyəcəyini, onun üçün seksin sadəcə həzz almaq üçün bir vasitə olacağını anlayır.
Brendon metro ilə evə gələn zaman stansiyaların birində qatar rəisi, metroda özünəqəsd etmək istəyən insanın olduğunu deyərək sərnişinləri qatarı tərk etməyə xahiş edir. Ümidsizcəsinə o Sissiyə zəng etməyə çalışır, lakin bacısı telefonu götürmədiyindən Brendon nəyinsə baş verdiyini hiss edib evə qaçır. Evə gəlib çatdıqda, bütün vanna otağının qan içində olduğunu, bacısının isə öz damarlarını kəsərək orada yıxıldığını görür. Brendon tez telefonla təcili yardım çağırır. Sissi sağ qalır və Brendon xəstəxanada bacısına təsəlli verir. Xəsətxanadan ayrıldıqdan sonra, o yerə yıxılaraq və yağış altında höhkürtü ilə ağlayır.
Bir müddət sonra, Brendon filmin əvvəlində metro qatarında onun qarşısında oturan qadını görür və bu dəfə o yalnız bir nişan üzüyünü geyinir. Brendon gözünü ondan çəkməyə çalışır, lakin o, ona gözlərini dikərək gülümsəməyə davam edir. Qadın qatarı tərk etmək üçün qapının ağzında dayanır və Brendon ixtiyarsızcasına öz yerində oturaraq ona baxmağa davam edir. Qatar artıq stansiyaya yaxınlaşır və bütün bu səs-küy içərisində film qara rəng alaraq, izləyiciyə Brendonun növbəti qərarının nə olacağını düşünməyə imkan yaradır.
Rollarda
redaktəAktyor | Rol |
---|---|
Maykl Fassbender | Brendon Sallivan |
Keri Melliqan | Sisi Sallivan |
Ceyms Bec Deyl | Devid |
Nikol Behari | Marianna |
Lüsi Uolters | Metrodakı qadın |
Aleks Manett | Stiven |
Hanna Uer | Samanta |
İstehsalı
redaktəMakkuin öz yaxın dostu və prodüseri Yen Kenninqlə hələ 2008-ci ildə Aclıq filminin birgə istehsalında çalışmışdırlar və buna görə də Utanc filmini yaratmaq məqsədilə onlar yenidən birləşərək See-Saw Films şirkətinin köməyi ilə çəkilişlərə başlamağa qərar vermişdirlər. Kenninq Aclıq filmində baş rol almış Maykl Fassbenderi Utanc filmində çəkilmək üçün dəvət edərək bildirmişdir ki, o yalnız Mayklı bu baş rolda görür[15]. Fassbenderin xarakterinə uyğun olaraq, 2010-cu ildə filmin çəkilişlərinə həmçinin Keri Melliqan (kiçik bacı roluna) və Ceyms Bec Deyl (boss) də qoşulmuşdular[16]. Filmin orjinal ssenarisi hazırlamaq üçün Kenninq həmçinin müəllif Ebi Morqanı da çəkilişə dəvət edir. Bu Ebinin Film4 şirkəti ilə çalışdığı 2 filmdən biri idi (onun digər işi isə Dəmir Ledi filmi idi)[17].
Çəkiliş
redaktəFilmin çəkilişləri 2011-ci ilin yanvar aylarında Nyu-York ətrafında düzənlənməli idi[16]. Fassbender, daha sonralar verdiyi intervyuların birində qeyd etmişdir ki, o çəkilişlərə yalnız mart ayının əvvəllərində başlamışdı[18]. "Məndə filmin o qədər bileti var idi ki, bu haqqda heç Sizə də deyə bilməzdim" — bunu filmə NC-17 verən kastinq rejissoru Evi Kaufman bildirmişdi. Kaufman Makkuinə, filmin çəkilişlərində hətta Brendonun bir gecəlik qadınları kimi filmdə olan xırda detalları belə oynayan yalnız yüksək keyfiyyətli peşəkar aktyorların cəlb edilməsi tapşırığını vermişdi. Bu ideya ondan ibarət idi ki, xırda rollarda oynayan aktyor və aktrisalar öz susqunluğu, hətta yalnız jestikulyasiya ilə və Brendonun əhval-ruhiyyəsini özlərində əks etdirməklə filmin süjetini daha da irəli sürə biləcəklər. Əlbəttə ki, bu rolları oynayanlar müəyyən fiziki tələblərə uyğun olmalı idilər. Filmin həmçinin bir çox səhnələri Çelsi şəhərində çəkilmişdir. Məsələn ofis səhnələri Citigroup Center'də, otel və gecə klubu səhnələri isə Mitpekinq rayonunda yerləşən Standard Hotel'də düzənlənmişdi. Filmin çəkilişləri may ayında sona çatdı və bundan sonra artıq post-prodakşına start verildi.
Qəbuletmə
redaktəUtanc ilk dəfə olaraq 68-ci Venesiya Film Festivalının əsas müsabiqəsində nümayiş etdirilmişdi[19]. Bu filmdə öz baş roluna görə, Fassbender "Ən yaxşı aktyor" nominasiyası üzrə qalib gələrək Volpi kuboku qazanır[20]. Film həmçinin 36-cı Toronto Beynəlxalq Film festivalına,[21] 49-cu Nyu-York Film Festivalında, 55-ci B.F.I. London Film Festivalında və 34-cü Starz Denver Film Festivalında nümayiş olunmuşdu.[22]
Böyük Britaniyada Utanc 13 yanvar 201-ci ildə seyircilərə rəsmən təqdim edilmişdi[13]. Fox Searchlight kompaniyası filmin ABŞ-də yayılması üzrə çalışırdı[23].
Film 2011-ci ilin dekabr ayında ABŞ-də məhdud sayda olmaqla nümayiş etdirilmişdi[24][25]. Fox Searchlight Pictures şirkəti filmin ABŞ-də yayım hüququ əldə etmək üçün təxminən 400 min dollar ödəmişdi[26][27].
ABŞ reytinqi
redaktəFilm çoxlu sayda erotik səhnələrin olmasına görə, Amerika kinoasossiasiyası tərəfindən NC-17 (yəni 17 yaşdan aşağı şəxslərin filmə baxması qadağan edilən) reytingi ilə qiymətləndirmişdi. Fox Searchlight filmə verilən reytingə diqqət yetirərək, filmdə əvvəl olan bəzi açıq səhnələri kəsərək asossiasiya tərəfindən R reytingini qazanmağa nail olur. Kinoasossiasiyanın prezidenti Stiv Cilula deyirdi ki, o NC-17 reytingini "qara xətt" deyil, qürur mənbəyi olduğunu hesab edir[28].
Britaniya mətbuatı
redaktəBritaniyanın "The Guardian" qəzeti aktyorların təsir edici çıxışları tərifləyərək, həmçinin Keri Melliqanın ifasında New York, New York mahnısını „unudulmaz çıxış“ adlandırır[29]. Evening Standard Maykl Fassbenderin oynadığı rolu yüksək giymətləndirir. Nəşr Makkuini haqqda da xüsusi qeyd edərək, onun rejissorluq fəaliyyətini „xüsusilə seks səhnələr zamanı şübhəsiz ki güclü və kompromissiz“ adlandırmışdı. Buna baxmayaraq, filmə bir sıra etirazlar da mövcud idi; bunlar baş qəhrəman Brendonun keçmişdə „cinsi həbsxanada“ qaldığı haqqda filmdə verilən kiçik ipucular barədə idi[30].
"Daily Telegraph" qəzetinin yazdığı ətraflı məqalədə ssenari müəlliflərin heç biri — nə Morqan, nə də Makkuinin moral əxlaq və mənəviyyat anlamlarına uyğun gəlmədiyini bildirmişdi. Filmdə nümayiş edilən sinql-bar, tanışlıq etiketləri və seks klublarını isə nəşr „cəhənnəm ilə“ müqayisə etdi. Buna baxmayaraq, Devid Qritten Makkuini "yüksək istedadlı, qabiliyyətli rejissor" və "özünün nadir ilham mənbəyini ustalıqcasına aşkar edə bilən" — deyərək, təsvir etmişdi[31].
"Independent Extra" nəşri filmin baş qəhrəmanı Brendonu daha çox sevgi dolu Kazanova ilə deyil 1976-cı ildə çəkilmiş Taksi sürücüsü filminin anti-qəhrəmanı Trevis Bikklla müqayisə edir. Digər Britaniya qəzetləri isə filmə daha soyuq yanaşaraq, onun seyirciyə yorucu və çox az dialoq sayının olduğunu bildirirlər[32].
Alman mətbuatı
redaktəLaut Ditmar Datın (Frankfurter Allgemeine Zeitung) fikrincə, həm Aclıq, həm də Utanc filmində baş rolları ifa edən aktyorlara qoyulan etimadları onlar tam olaraq qazanmışdırlar. O filmi „çılpaq ümidsizliyə şik ekskursiya“ olaraq təsvir etmişdi[33].
Film musiqisi
redaktəUtanc | ||||
---|---|---|---|---|
Yayımlanma tarixi | 2 dekabr 2011 | |||
Janr | film musiqisi, folk və kantri | |||
Müddət | 100 dəq. | |||
Prodüser | Harri Eskot | |||
Albom xronologiyası | ||||
|
"Utanc" filminin orijinal film musiqisi albomu 2011-ci ildə Sony Music şirkəti tərəfindən satışa çıxarılmışdır. Alboma bəstəkar Harri Eskotun orijinal partitura və musiqisi, həmçinin Blondie, Howlin’ Wolf qrupların və həmçinin pianoçu Qlenn Fuldanın bir neçə mahnısı da daxil edilib. Soundtrek 6 dekabr 2011-ci ildə və əvvəlcədən Amazon saytında onlayn satışa çıxarılmışdı[34]
- Brandon (Aka Opening) – Harry Escott
- Aria – Goldberg Variations; BWV 988 (J.S. Bach) Glenn Gould
- Genius of Love – Tom Tom Club
- Rapture – Blondie
- I Want Your Love – Chic
- My Favorite Things – John Coltrane
- New York, New York “Theme” – Carey Mulligan
- Let’s Get Lost – Chet Baker
- Prelude – Prelude & Fugue No. 10 in E minor, BWV 855 (J.S. Bach) Glenn Gould
- Variation 15 a 1 Clav. Canone alla Quinta. Andante (1981 Version) – Goldberg Variations, BWV 988 (J.S. Bach) Glenn Gould
- Unravelling – Harry Escott
- You Can’t Be Beat – Howlin’ Wolf
- The Problem – Mark Louque
- Praeludium – Prelude & Fugue No. 16 in G minor, BWV 885 (J.S. Bach) Glenn Gould
- End Credits – Harry Escott
Tənqidçilərin mövqeyi
redaktəFilm tənqidçilər tərəfindən əsasən müsbət qarşılanmışdır. Tənqid məcmusu Rotten Tomatoes isə qeyd edir ki, 171 tənqidçidən 79%-i filmi müsbət qiymətləndirmiş və film saytda 10 ballıq sistem üzrə 7.4 balla qiymətləndirilmişdir. Rotten Tomatoes konsesusunda deyilir: "Maykl Fassbender və Kerri Melliqanın güclü və məğrur ifasında "Utanc" insanı güclü kədər asılılığını hiss etməyə məcbur edir."[35] "Metacritic"də isə film orta səviyyəli rəylər alaraq qırx bir tənqidçinin rəyinə əsasən yetmiş iki bal toplamışdır və filmin "Əsasən yaxşı rəylər" aldığı bildirilmişdir.[36]
"Chicago Sun-Times"dan Rocer Ebert "Utanc"ı "güclü film" və "cəsarətli və gerçəkçi" adlandıraraq qeyd edir ki, "bu, film və aktyor sənətində böyük addımdır. Mən əmin deyiləm ki, ikinci belə bir addımın şahidi ola bilərəm", həmçinin filmə dörd ulduz səviyyəsində qiymət verir.[37] Sonradan Ebert "Utanc"ı 2011-ci ilin ikinci ən yaxşı filmi adlandırmışdı.[38] "The Hollywood Reporter"dən Todd Makkarti filmi müsbət qiymətləndirərək qeyd edir: "Maykl Fassbenderin parlaq ifası və gözəl canlandırması ilə "Utanc" seksual asılılığın qaranlıq və vəhşi tərəfinə səyahət, bu asılılığın narkotik qədər güclü ola biləcəyi haqqında xəbərdarlıqdır."[39]
"The Hollywood News"dan Den Ballok qeyd edir: "Utanc bihuşedici və intensiv intimdir. Makkuin "Aclıq" kimi daha bir dönməz və cazibədar film yaradaraq, narkomaniyanın dərinliklərini, dağıdıcı nəticələrini və zəkanın süqutunu tədqiq edir və baxmayaraq ki, hərdən bu filmi izləmək çox çətin olur, əslində siz gözünüzü ondan çəkə bilməyəcəksiniz." [40]
"Variety" jurnalından Castin Çanq filmi müsbət qiymətləndirir və yazır: "Rejissorun 2008-ci ildə təqdim edilmiş debüt filmi "Aclıq"dan sonra bu film daha cana yaxın, lakin uzlaşmaz drama təsiri bağışlayır, beləcə, diqqəti insan vücudu və ondan sui-istifadəyə yönəldə bilir, Maykl Fassbender isə hər vəchlə ciddi, lakin insanpərvər şəxs olan Stiven Makkuinin tələblərini yerinə yetirməyə çalışır."[41]
"The New York Times"da nəşr olunmuş məqaləsində Entoni Skott yazır: "[Rejissor] Makkuin intensiv ehtiyacın Brendonu necə real intim həyatdan uzaq saldığını göstəmək istəmişdir, lakin hələ bağşlanğıcda edilmiş incə təcrübə nəticəsində bu aydın olmuşdur."[42]
Ev üçün buraxılış
redaktəFilm 2012-ci ilin aprel ayında Blu-ray və iTunes kimi (Blokbaster istisna olunmaqla) rəgəmsal formatlara yüklənərək olayn satışa çıxarılmışdı. Amazon.de rəsmi saytı filmə ümumi 257 səslə, 5 ulduzdan 3.8 vermişdi[43].
Mükafatlar
redaktəMükafat mərasiminin tarixi | Mükafat adı | Kateqoriya | Resipiyent | Nəticə |
---|---|---|---|---|
2011 | Seville European Film Festival | Ən yaxşı aktyor | Maykl Fassbender | Qazandı |
Ən yaxşı rejissor üzrə Golden Giraldillo mükafatı | Stiv Makkuin | Qazandı | ||
10 sentyabr 2011 | Venesiya Film Festivalı | Ən yaxşı film üzrə CinemAvvenire mükafatı | Yen Kenninq, Emil Şerman | Qazandı |
Ən yaxşı film üzrə FIPRESCI mükafatı | Yen Kenninq, Emil Şerman | Qazandı | ||
Ən yaxşı film üzrə Qızıl Şir mükafatı | Stiv Makkuin | Namizəd | ||
Ən yaxşı aktyor üzrə Volpi Cup mükafatı | Maykl Fassbender | Qazandı | ||
30 noyabr 2011 | Nyu-York kinotənqidçilərin mükafatı | Ən yaxşı aktyor | Maykl Fassbender | 2-ci yer |
İkincidərəcəli ən yaxşı aktrisa | Keri Melliqan | 2-ci yer | ||
1 dekabr 2011 | Milli Şura mükafatı[44] | Spotlight Award | Maykl Fassbender (Həmçinin Təhlükəli üsul, Ceyn Eyr və İks-adamlar: Birinci dərəcə filmləri üçün) | Qazandı |
4 dekabr 2011 | Britaniya müstəqil film mükafatı[45] | Britaniyanın ən yaxşı müstəqil filmi | Yen Kenninq, Emili Şerman | Namizəd |
Ən yaxşı rejissor | Stiv Makkuin | Namizəd | ||
Ən yaxşı ssenari | Stiv Makkuin, Ebi Morqan | Namizəd | ||
Müstəqil Britaniya filmləri üzrə ən yaxşı aktyor performansı | Maykl Fassbender | Qazandı | ||
Ən yaxşı ikincidərəcəli aktrisa | Keri Melliqan | Namizəd | ||
Ən yaxşı texniki naliyyət — redaktə üzrə | Co Uolker | Namizəd | ||
Ən yaxşı texniki naliyyət – Kinematoqrafiya | Şon Bobbit | Namizəd | ||
5 dekabr 2011 | Vaşinqton Tənqidçi birliyinin mükafatı[46] | Ən yaxşı aktyor | Maykl Fassbender | Namizəd |
Ən yaxşı ikincidərəcəli aktrisa | Keri Melliqan | Namizəd | ||
11 dekabr 2011 | Los Anceles kinotənqidçilər birliyinin mükafatı | Ən yaxşı aktyor | Maykl Fassbender (Həmçinin Təhlükəli üsul, Ceyn Eyr və X-Men: Birinci sinif filmləri üçün) | Qazandı |
12 dekabr 2011 | Afrikan-Amerikan kinotənqidçilər Assosiasiyasının mükafatı[47] | Ən yaxşı göstəriş | Yen Kenninq, Emili Şerman | 5-ci yer |
Ən yaxşı rejissor | Stiv Makkuin | Qazandı | ||
12 dekabr 2011 | San Dieqo kinotənqidçilər birliyinin mükafatı[48] | Ən yaxşı ikincidərəcəli aktrisa | Keri Melliqan | Namizəd |
14 dekabr 2011 | Hyuston kinotənqidçilər birliyinin mükafatı[49] | Ən yaxşı aktyor | Maykl Fassbender | Qazandı |
Ən yaxşı musiqi | Harri Eskott | Namizəd | ||
16 dekabr 2011 | Detroit kinotənqidçilər birliyinin mükafatı[50] | Ən yaxşı aktyor | Maykl Fassbender | Qazandı |
Ən yaxşı ikincidərəcəli aktrisa | Keri Melliqan | Qazandı | ||
16 dekabr 2011 | Dallas-Fort-Uort kinotənqidçilər Assosiasiya premiyası[51] | İlin 10 ən yaxşı filmi | Yen Kenninq, Emili Şerman | 9-cu yer |
Ən yaxşı aktyor | Maykl Fassbender | 3-cü yer | ||
Ən yaxşı ikincidərəcəli aktrisa | Keri Melliqan | 5-ci yer | ||
18 dekabr 2011 | Satellite Mükafatı | Ən yaxşı film — dram janrı üzrə | Yen Kenninq, Emili Şerman | Namizəd |
Ən yaxşı rejissor | Stiv Makkuin | Namizəd | ||
Ən yaxşı orjinal ssenari | Stiv Makkuin, Ebi Morqan | Namizəd | ||
Ən yaxşı aktyor – Dram filmi üzrə | Maykl Fassbender | Namizəd | ||
Ən yaxşı ikincidərəcəli aktrisa – Kinofilm | Keri Melliqan | Namizəd | ||
Ən yaxşı redaktə | Co Uolker | Namizəd | ||
19 dekabr 2011 | Florida kinotənqidçilər mükafatı[52] | Ən yaxşı aktyor | Maykl Fassbender | Qazandı |
19 dekabr 2011 | St. Luis Getuey kinotənqidçilər mükafatı[53] | Ən yaxşı aktyor | Maykl Fassbender | Namizəd |
19 dekabr 2011 | Çikaqo kinotənqidçilər Assosisiyası mükafatı[54] | Ən yaxşı aktyor | Maykl Fassbender | Namizəd |
Ən yaxşı ikincidərəcəli aktrisa | Keri Melliqan | Namizəd | ||
27 dekabr 2011 | Feniks kinotənqidçilər mükafatı[55] | Ən yaxşı aktyor | Maykl Fassbender | Namizəd |
2 yanvar 2012 | Online Film Critics Society Awards[56] | Ən yaxşı aktyor | Maykl Fassbender | Qazandı |
Ən yaxşı ikincidərəcəli aktrisa | Keri Melliqan | Namizəd | ||
5 yanvar 2012 | Central Ohio Film Critics Association Awards[57] | Ən yaxşı aktyor | Maykl Fassbender | Namizəd |
Ən yaxşı ikincidərəcəli aktrisa | Keri Melliqan | Namizəd | ||
İlin aktyoru | Maykl Fassbender (Həmçinin Təhlükəli üsul, Ceyn Eyr və X-Men: Birinci sinif filmləri üçün) | Namizəd | ||
9 yanvar 2012 | Qadın alliansı jurnalist film mükafatı[58] | Ən yaxşı aktyor | Maykl Fassbender | Qazandı |
9 yanvar 2012 | Denver kinotənqidçi birliyi mükafatı[59] | Ən yaxşı aktyor | Maykl Fassbender | Namizəd |
10 yanvar 2012 | Vankuver kinotənqidçi birliyi mükafatı[60] | Ən yaxşı aktyor | Maykl Fassbender | Qazandı |
12 yanvar 2012 | Kinotənqidçilər yayım birliyin mükafatı[61] | Ən yaxşı aktyor | Maykl Fassbender | Namizəd |
Ən yaxşı ikincidərəcəli aktrisa | Keri Melliqan | Namizəd | ||
15 yanvar 2012 | Qızıl Qlobus Mükafatı[62] | Ən yaxşı aktyor – Dram janrı üzrə çəkilmiş filmdə | Maykl Fassbender | Namizəd |
19 yanvar 2012 | London kinotənqidçi birliyi mükafatı[63] | İlin ən yaxşı britaniya filmi | Yen Kenninq, Emili Şerman | Namizəd |
İlin aktyoru | Maykl Fassbender | Namizəd | ||
İlin ən yaxşı britaniya aktyoru | Maykl Fassbender (Həmçinin Təhlükəli üsul filmi üçün) | Qazandı | ||
İlin ən yaxşı britaniya aktrisası | Keri Melliqan (Həmçinin Drayv filmi üçün) | Namizəd | ||
27 yanvar 2012 | Avstraliya Kinematoqrafiya və Televiziya mədəniyyəti Akademiyasının mükafatı[64] | Ən yaxşı aktyor | Maykl Fassbender | Namizəd |
2 fevral 2012 | Richard Attenborough Regional Film Awards[65] | Ən yaxşı aktyor | Maykl Fassbender | Qazandı |
6 fevral 2012 | Evening Standard British Film Awards[66] | Ən yaxşı film | Stiv Makkuin | Namizəd |
Ən yaxşı aktyor | Maykl Fassbender (Həmçinin Ceyn Eyr filmi üçün) | Qazandı | ||
Ən yaxşı aktrisa | Keri Melliqan | Namizəd | ||
London Film Museum Award for Technical Achievement | Şon Bobbitt | Namizəd | ||
11 fevral 2012 | İrland film və televiziya mükafatı[67] | Film kateqoriyası üzrə Baş rolda ən yaxşı kişi rolu | Maykl Fassbender | Qazandı |
12 fevral 2012 | BAFTA[68] | Ən yaxşı Britaniya filmi | Stiv Makkuin, Yen Kenninq, Emili Şerman, Ebi Morqan | Namizəd |
Baş rolda ən yaxşı aktyor | Maykl Fassbender | Namizəd | ||
17 fevral 2012 | Kermod Mükafatı | Ən yaxşı aktyor | Maykl Fassbender | Qazandı |
25 fevral 2012 | Independent Spirit mükafatı | Xarici dildə çəkilmiş ən yaxşı film | Yen Kenninq, Emili Şerman | Namizəd |
1 dekabr 2012 | Avropa Film Mükafatı[69] | Ən yaxşı Avropa filmi | Stiv Makkuin | Namizəd |
Ən yaxşı film | Stiv Makkuin, Yen Kenninq, Emili Şerman, Ebi Morqan | Namizəd | ||
Ən yaxşı rejissor | Stiv Makkuin | Namizəd | ||
Ən yaxşı aktyor | Maykl Fassbender | Namizəd | ||
Ən yaxşı redaktə | Co Uolker | Qazandı | ||
Ən yaxşı kinematoqrafçı | Şon Bobbitt | Qazandı | ||
5 yanvar 2013 | Belgian Film Critics Association[70] | Qran pri | Utanc | Namizəd |
İstinadlar
redaktə- ↑ "'Shame' (18)". British Board of Film Classification. 26 October 2011. 7 April 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 December 2011.
- ↑ Fernandez, Jay A. "Who Will Take a Chance on Michael Fassbender's Sex-Drenched, Gruesome 'Shame'? (Analysis)". The Hollywood Reporter. 6 September 2011. 3 November 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 September 2011.
- ↑ Jay A. Fernandez. "Who Will Take a Chance on Michael Fassbender's Sex-Drenched, Gruesome 'Shame'? (Analysis)" (ingilis). The Hollywood Reporter. 6 сентября 2011. 2012-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-02-20.
- ↑ "Shame (2011)". Box Office Mojo. 25 August 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 April 2012.
- ↑ http://www.dvdsreleasedates.com/movies/5183/Shame-2011.html.
- ↑ IMDb (ing.). 1990.
- ↑ Box Office Mojo (ing.). 1999.
- ↑ IMDb (ing.). 1990.
- ↑ Svensk Filmdatabas (швед.). Svenska Filminstitutet.
- ↑ Terjesztésre kerülő filmalkotások és artfilmek nyilvántartása (mac.). NMHH.
- ↑ Stewart, Andrew (4 December 2011). "'Dawn' tops sluggish weekend" Arxivləşdirilib 2012-01-19 at the Wayback Machine. Variety. Retrieved 24 December 2011.
- ↑ "'Shame': What the Critics Are Saying" Arxivləşdirilib 2012-05-01 at the Wayback Machine. The Hollywood Reporter. 2 December 2011. Retrieved 24 December 2011.
- ↑ 1 2 de Semlyen, Phil. "Exclusive: Shame Gets A UK Release Date". Empire Online. 3 August 2011. 27 October 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 August 2011.
- ↑ "Shame". Box Office Mojo. 14 July 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 December 2012.
- ↑ Lodderhose, Diana. "'Hunger' duo reunite in 'Shame'". Variety. 7 September 2010. 5 August 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 April 2011.
- ↑ 1 2 Kemp, Stuart. "Carey Mulligan joins the cast of "Shame"". Reuters. 9 December 2010. 17 October 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 April 2011.
- ↑ Dawtrey, Adam. "Film4, Focus develop 'Suffragettes'". Variety. 6 April 2011. 8 November 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 April 2011.
- ↑ O'Hehir, Andrew. "Michael Fassbender, future superstar". Salon.com. 8 March 2011. 10 March 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 April 2011.
- ↑ "Venezia 68; International competition of feature films, presented as world premieres". Venice International Film Festival. 20 August 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 September 2011.
- ↑ Nikkhah, Roya. "Michael Fassbender wins best actor at Venice for sex-addict role". The Daily Telegraph. 10 September 2011. 2 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 September 2011.
- ↑ "2011 Films – Shame". Toronto International Film Festival. 9 August 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 July 2011.
- ↑ Cangialosi, Jason. "'Shame' at 34th Starz Denver Film Festival". Yahoo! Movies. 14 November 2011. 18 May 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 November 2011.
- ↑ Young, John. "'Shame': Fox Searchlight picks up graphic drama starring Michael Fassbender". Entertainment Weekly. 9 September 2011. 1 July 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 September 2011.
- ↑ Stewart, Andrew. "'Dawn' tops sluggish weekend". Variety. 4 December 2011. 19 January 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 December 2011.
- ↑ "'Shame': What the Critics Are Saying". The Hollywood Reporter. 2 December 2011. 1 May 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 December 2011.
- ↑ Fleming, Mike. "Toronto: Where Are The Film Deals?". Deadline. 11 September 2011. 18 October 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 September 2011.
- ↑ Fleming, Mike. "Toronto: Fox Searchlight Acquires 'Shame'". Deadline. 9 September 2011. 16 October 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 September 2011.
- ↑ Kilday, Gregg. "'Shame' Officially Rated NC-17". The Hollywood Reporter. 25 October 2011. 27 October 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 October 2011.
- ↑ Brown, Mark: Sex and spies. In: The Guardian, 5. September 2011, S. 14.
- ↑ Malcolm, Derek: Venice Film Festival. In: The Evening Standard, 5. September 2011.
- ↑ Gritten, David: Tough, uncomfortable and a wonderful film. In: The Daily Telegraph. 5. September 2011, S. 29.
- ↑ McNab, Geoffrey: Shame. In: Independent Extra, 6. September 2011, S. 14.
- ↑ Dath, Dietmar: Der Sexus, als Höllenmaschine betrachtet. In: Frankfurter Allgemeine Zeitung. 5. September 2011, Nr. 206, S. 29.
- ↑ "'Shame' Soundtrack Details". http://filmmusicreporter.com. 2022-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2011.
- ↑ "Shame – Rotten Tomatoes". Rotten Tomatoes. 2022-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 yanvar 2014.
- ↑ "Shame Reviews, Ratings, Credits, and More at Metacritic". Metacritic. 2022-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 yanvar 2014.
- ↑ Ebert, Roger. "Shame Review". Chicago Sun-Times. 30 November 2011. İstifadə tarixi: 1 December 2011.[ölü keçid]
- ↑ "Roger Ebert's Journal — The Best Films of 2011". 15 December 2011. 5 January 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 yanvar 2014.
- ↑ McCarthy, Todd. "Shame: Film Review". The Hollywood Reporter. 4 September 2011. 7 May 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 yanvar 2014.
- ↑ Bullock, Dan. "Shame Review". The Hollywood News. 2 January 2012. 8 August 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 yanvar 2014.
- ↑ Chang, Justin. "Shame". Variety. 4 September 2011. 26 January 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 yanvar 2013.
- ↑ Scott, A.O. "Only One Thing on His Mind". The New York Times. 1 December 2011. 22 January 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 yanvr 2014.
- ↑ "Shame (Blu-ray/ DVD + Digital Copy)". amazon.de. İstifadə tarixi: 10 dekabr 2011.
- ↑ "National Board of Review Announces 2011 Awards; HUGO Takes Top Prize" Arxivləşdirilib 2011-12-06 at the Wayback Machine. WeAreMovieGeeks.com. Retrieved 2 December 2011.
- ↑ "Nominations and jury revealed for the Moët British Independent Film Awards" Arxivləşdirilib 2012-01-03 at the Wayback Machine. BIFA.org. Retrieved 23 November 2011.
- ↑ "The 2011 WAFCA Awards" Arxivləşdirilib 2021-02-08 at the Wayback Machine. DCFilmCritics.com. Retrieved 4 December 2011.
- ↑ "'The Tree of Life' Tops African-American Film Critics Awards" Arxivləşdirilib 2015-09-24 at the Wayback Machine. indieWIRE. Retrieved 13 December 2011.
- ↑ "San Diego Film Critics Award Nominations: The Artist, Midnight in Paris, The Tree of Life". Alt Film Guide. Retrieved 13 December 2011.
- ↑ "Houston Film Critics Love 'The Artist,' Hate 'Twilight: Breaking Dawn Part 1!'". Manny the Movie Guy. 7 January 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 December 2011.
- ↑ ""Take Shelter" Leads Detroit Film Critics Society Nominations!" Arxivləşdirilib 2012-04-02 at the Wayback Machine. Manny the Movie Guy. Retrieved 13 December 2011.
- ↑ "Dallas-Fort Worth Film Critics Name 'Descendants' Top Film of 2011" Arxivləşdirilib 2012-01-04 at the Wayback Machine. Indiewire. Retrieved 17 December 2011.
- ↑ "The Descendants, Michael Fassbender and Michelle Williams voted best of the year by the Florida Film Critics" Arxivləşdirilib 2012-04-23 at the Wayback Machine. Flix 66. Retrieved 19 December 2011.
- ↑ "The Tree of Life, 13 Assassins, George Clooney: St. Louis Film Critics Nominations" Arxivləşdirilib 2012-07-18 at Archive.today. Alt Film Guide. Retrieved 13 December 2011.
- ↑ "'The Tree of Life' Leads Chicago Critics Award Nominations" Arxivləşdirilib 2012-01-04 at the Wayback Machine. IndieWire. Retrieved 17 December 2011.
- ↑ "Phoenix Film Critics Society 2011 Award Nominations" Arxivləşdirilib 2012-01-11 at the Wayback Machine. Phoenix Film Critics Society. Retrieved 19 December 2011.
- ↑ "15th Annual Online Film Critics Society Awards Nominations" Arxivləşdirilib 2012-01-18 at the Wayback Machine. Online Film Critics Society. Retrieved 27 December 2011.
- ↑ "Central Ohio Film Critics Nominations" Arxivləşdirilib 2012-01-21 at the Wayback Machine. Awards Daily. Retrieved 1 January 2012.
- ↑ "Alliance of Women Film Journalists Pick The Artist for Best Picture" Arxivləşdirilib 2012-02-02 at the Wayback Machine. Awards Daily. Retrieved 10 January 2012.
- ↑ "Denver Film Critics Society 2012 Award Nominations" Arxivləşdirilib 2012-04-28 at the Wayback Machine. DFCS. Retrieved 6 January 2012.
- ↑ "Vancouver Critics Honor The Artist, Malick, Olsen, Fassbender" Arxivləşdirilib 2012-02-02 at the Wayback Machine. Awards Daily. Retrieved 10 January 2012.
- ↑ "Critics Choice Awards Led by Hugo and The Artist with Eleven Nominations" Arxivləşdirilib 2012-01-11 at the Wayback Machine. indieWIRE. Retrieved 13 December 2011.
- ↑ "69th Annual Golden Globe Awards – Full List Of Nominees" Arxivləşdirilib 2017-08-28 at the Wayback Machine. HollywoodLife.com. Retrieved 15 December 2011.
- ↑ "32nd London Critics' Circle Film Awards nominations announced" Arxivləşdirilib 2021-06-15 at the Wayback Machine. CriticsCircle.org. Retrieved 31 December 2011.
- ↑ "AACTA International Awards Results" Arxivləşdirilib 2012-02-05 at the Wayback Machine. AACTA. Retrieved 28 January 2012.
- ↑ "Gary Oldman honoured by public vote at critics awards" Arxivləşdirilib 2015-02-25 at the Wayback Machine. RAFAS. Retrieved 2 February 2012.
- ↑ "'Shame' leads the pack at the Evening Standard Film Awards Nominations!" Arxivləşdirilib 2014-04-07 at the Wayback Machine. Evening Standard. Retrieved 6 February 2012.
- ↑ "9th Annual Irish Film & Television Awards Nominees" Arxivləşdirilib 2012-05-19 at the Wayback Machine. IFTA.ie. Retrieved 10 January 2012.
- ↑ "BAFTA Film Awards Nominations in 2012" Arxivləşdirilib 2012-01-19 at the Wayback Machine. BAFTA.org. Retrieved 19 January 2012.
- ↑ "25th European Film Awards Nominations in 2012" Arxivləşdirilib 2012-10-30 at the Wayback Machine. EFA. Retrieved 3 November 2012.
- ↑ Triballeau, Charly. ""Beasts of the Southern Wild" reçoit le Grand Prix de l'Union de la Critique de Cinéma" (French). RTBF. 6 January 2013. 25 December 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 January 2013.
Xarici keçidlər
redaktə- foxsearchlight.com/shame — Rəsmi saytı
- Shame — Internet Movie Database saytında