Uvs Vilayeti - Wikipedia
Uvs aymakı (monq. Увс аймаг; ing. Uvs Province;rus. Увс) Monqolustanın 21 aymakından biridir. Şimal-Qərbi Monqolustanda, Paytaxt Ulan-Batordan 1336 km məsafədə yerləşir. Aymakın mərkəzi dəniz səviyyəsindən 936 m yüksəklikdə yerləşən Ulaangom şəhəridir. Aymak, ölkənin ən böyük gölü olan Uvs gölünün adını daşıyır.
Aymak | |
Uvs aymakı | |
---|---|
monq. Увс аймаг | |
49°30′ şm. e. 92°30′ ş. u.HGYO |
|
Ölkə | Monqolustan |
İnzibati mərkəz | Ulaangom |
Qubernator | Daşiyn Səndsürən (MDP) |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1931[Q 1] |
Sahəsi | 69 585 km2 km² (13-cü-ci yer) |
Saat qurşağı | (UTC+7, yayda |
Əhalisi | |
Əhalisi | 75 737 nəfər (2014) |
Əhalinin sıxlığı | 1,1 nəfər/km² |
Rəqəmsal identifikatorlar | |
ISO kodu | MN-046 |
Telefon kodu | +976 (0)145 |
Poçt indeksi | 85000 |
Avtomobil nömrəsi | UV |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
redaktəUvs aymakında Ümumdünya mədəni irsinə daxil edilmiş Ubsunur dərəsi yerləşir. Uvs aymakı şimaldan Rusiya Federasiyası ilə (640 km), şrəqdən Zavxan aymakı ilə (340 km) həmsərhəddir. Cənubdan və qərbdən isə Xovd və Bayan-Öygil aymakları ilə (200 km) həmsərhəddir. Aymak ərazisinin 60%-i dağlıq zona, 40%-i isə Qobi yarımsəhrasının payına düşür.
Tarixi
redaktə1921-ci il Monqolustan inqilabından sonra, 1925-ci il noyabrın 21-də Çandmani Uulyn aymakı təsis edilir. Bu aymak ölkənin qərbində, indiki Uvs, Xovd aymaklarını və Bayan-Ölgiy aymakının qərbini əhatə edirdi. 1931-ci ildə Çandmani Uulyn aymakı Xovd və Dörvöd aymaklarına bölündü. 1933-cü ildə Dörvöd aymakının adı dəyişdirilərək Uvs qoyuldu.
Əhalisi
redaktə2014-cü il əhalinin siyahıya alınmasına əsasən, Uvs aymakının əhali sayı 75 737 nəfərdir. Əhalinin 60% Dörbödlər, 15% bayadlar, 15%-i xalxalardır. Bundan başqa Tuvalar, Xotonlar və qazaxlarda əyalətdə yaşayırlar[1].
Uvs aymakı 19 rayondan ibarətdir. Ən çox əhalisi olan rayon aymakın mərkəzi sayılan Ulaangom rayonudur. Bu rayonun əhalisi 27 849 nəfərdir. Ən az əhalisi olan aymak isə əhalisi 1 570 nəfər olan Davst rayonudur.
Rayon adı (Sum) | Monqol dilində adı | Əhalisinin sayı (2014)[3] |
---|---|---|
Baruunturuun | Баруунтуруун | 2 449 |
Böxmörön | Бөхмөрөн | 2 093 |
Davst | Давст | 1 570 |
Xovd | Ховд | 2 237 |
Xyarqas | Хяргас | 2 314 |
Malçin | Малчин | 2 351 |
Naranbulaq | Наранбулаг | 4 021 |
Ölgiy | Өлгий | 2 147 |
Ömnöqov | Өмнөговь | 4 192 |
Öndörxanqay | Өндөрхангай | 3 031 |
Sagiy | Сагил | 2 201 |
Taryalan | Тариалан | 3 714 |
Tes | Тэс | 5 056 |
Sagaanxayrxan | Цагаанхайрхан | 2 011 |
Türgen | Түргэн | 2 018 |
Ulaangom[Q 2] | Улаангом | 27 849 |
Zavxan | Завхан | 1 734 |
Züünqov | Зүүнговь | 2 640 |
Züünxanqay | Зүүнхангай | 2 104 |
İstinadlar
redaktə- ↑ The National Statistical Office of Mongolia, Uvs Arxivləşdirilib 2015-07-15 at the Wayback Machine
- ↑ "Аймгийн БАГИЙН Хүн ам, өрх, малын тоо төрлөөр 2014 он" (PDF). 2016-03-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-11-14.
- ↑ The National Statistical Office of Mongolia, www.uvs.nso.mn