Vuqar Bagirov - Wikipedia
Vüqar Bağırov (rus. Багиров, Вугар Алинияз оглы; 21 iyun 1968, Aşağı Surra) — Rusiya alimi; Biologiya elmləri doktoru (2005). Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının müxbir üzvü (2010), Ümumrusiya Donuzçuluq ETİ-nin elmi katibi (1999–2002), Ümumrusiya Elmi‑Tədqiqat Heyvandarlıq İnstitutunun heyvanların reproduktiv kriobiologiya laboratoriyasının müdiri. SSRİ-Əfqanıstan müharibəsi iştirakçısı.[1]
Vüqar Bağırov | |
---|---|
Bağırov Vüqar Əliniyaz oğlu rus. Багиров, Вугар Алинияз оглы | |
Doğum tarixi | |
Doğum yeri | Aşağı Surra, Neftçala rayonu, Azərbaycan SSR, SSRİ |
Elmi dərəcəsi | Biologiya elmləri doktoru |
İş yeri | Ümumrusiya Elmi‑Tədqiqat Heyvandarlıq İnstitutu |
Təhsili | Azərbaycan Kənd Təsərrüfatı Akademiyası |
Həyatı
redaktəBağırov Vüqar Əliniyaz oğlu 1968-ci il iyunun 21-də Azərbaycan Respublikasının Neftçala rayonunun Aşağı Surra kəndində anadan olub. 1987–1989-cu illərdə Sovet Ordusunda hərbi xidmət keçib. Əfqanıstanda keçirilən hərbi əməliyyatlarda iştirak edib. 1992-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirib. Bir il sonra Ümumrusiya Heyvandarlıq ETİ-nin (Moskva) aspiranturasına qəbul olunub. 1996-cı ildə "Heyvan toxumundakı xarici nuklein turşularının mayalanmaya və emiriogenezə təsiri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.[2]
1997–1999-cu illərdə biotexniki laboratoriyanın elmi və baş elmi işçisi vəzifələrində çalışıb, 1999–2002-ci illərdə isə Ümumrusiya Donuzçuluq ETİ-nin elmi katibi işləyib.
2002–2005-ci illərdə V. Bağırov Ümumrusiya Heyvandarlıq ETİ-nin doktorantı olub. "Heyvanların genetik resurslarının qorunmasının biotexnoloji aspektləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.[3]
2005-ci ildən Rusiya Kənd Təsərrüfatı Akademiyasının zootexnika bölməsinin elmi katibi, eyni zamanda Ümumrusiya Heyvandarlıq ETİ-nin heyvanların reproduktiv kriobiologiyası laboratoriyasının müdiridir. 2010-cu ildən Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının müxbir üzvüdür.
Elmi fəaliyyəti
redaktə1996-cı ildə "Heyvan toxumundakı xarici nuklein turşularının mayalanmaya və emiriogenezə təsiri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 2002–2005-ci illərdə V. Bağırov Ümumrusiya Heyvandarlıq ETİ-nin doktorantı olub. "Heyvanların genetik resurslarının qorunmasının biotexnoloji aspektləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
V. Bağırov biotexnologiya, fiziologiya və heyvanların reproduktiv kriobiologiyası sahəsində görkəmli alimdir. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə heyvanların bioloji müxtəlifliyinin qorunması üzrə aktiv iş aparılır. O, bu sahədə bir sıra vacib məsələlər üzərində işləyib və bunun sayəsində ilk dəfə olaraq nadir və nəsli kəsilməkdə olan heyvanların genetik resurslarını qorumağa imkan verən, epididimal və testikulyar heyvan toxumlarının yeni kriokonservasiyası texnologiyası yaradılıb.
V. Bağırov tərəfindən hazırlanan borudaxili mayalanma metodu yüksək dəyərə malik genotipləri çoxaltmağa imkan verib. O, kənd təsərrüfatı heyvanlarının, həmçinin zubr, yak, müşk öküzü, arxar, qar qoyunu, sayqak və dağ keçisinin genetik materialının (toxum, embrion və DNT) dünyada analoqu olmayan kriobankını yaradıb.
V. Bağırov 100-dən çox elmi işin, o cümlədən 7 monoqrafiyanın müəllifidir. İxtiralarına dair 2 patenti var.
Əsas elmi əsərləri
redaktə- Багиров В.А. Возможность проникновения экстрагенетической информации в сперматозоиды при криоконсервации семени // Вторая международная конференция "Актуальные проблемы биологии в животноводстве" Боровск-1995, С. 169–170.
- Багиров В.А., Кононов В.П. Сперматозоиды как векторы для переноса чужеродного генетического материала // "Современные проблемы воспроизводства стада с.-х. животных и задачи кадрового обеспечения". Быково. 17–21 июня 1996 г. С. 21–22.
Təltif və mükafatları
redaktə- "Döyüş xidmətlərinə görə" —
- "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" —
- "Əfqan xalqı adından – beynəlmiləl döyüşçüyə" medalları —
- SSRİ Ali Soveti Rəyasət Heyətinin "Beynəlmiləl döyüşçü" fəxri fərmanı və döş nişanı —
- Ümumrusiya Sərgi Mərkəzinin qızıl medalı — 3 dəfə
Ədəbiyyat
redaktə- Хромосомы одомашненных животных и родственных им видов / соавт.: П.М.Кленовицкий и др.; Всерос. НИИ животноводства. – Дубровицы, 2002. – 44 с.
- Генные карты сельскохозяйственных животных / соавт.: П .М. Кленовицкий и др.; Всерос. НИИ животноводства. – Дубровицы, 2003.- 91 с.
- Генетика и биотехнология в селекции животных / соавт.: П.М. Кленовицкий и др. – М.: ФГУП ЭКСПЛОР, 2004. – 285 с.
- Современные проблемы зоотехнии / соавт.: П.М. Кленовицкий и др.; Всерос.НИИ животноводства. – Дубровицы, 2005. −116 с.
- Цитогенетика животных / соавт.: П.М. Кленовицкий и др.; Всерос НИИ животноводства. – М., 2007. – 81 с.
- Национальная технология замораживания и использования спермы племенных быков производителей / соавт.: В.Н. Виноградов и др. Всерос. гос. НИИ животноводства. – М., 2008. – 158 с.
- Сохранение и рациональное использование генофонда животных / соавт.: Ш.Н. Насибов и др. // Докл. РАСХН. 2009. № 2. С.37–40.
- Сохранение и рациональное использование генофонда снежного барана / соавт.: Ш.Н. Насибов и др. // Достижения науки и техники АПК. 2010. № 12. С.63–64.
- Создание гибридов домашней козы и сибирского козерога с использованием криоконсервированного эпидидимального семени / соавт.: Б.С. Иолчиев и др. // Пробл. биологии продуктив. животных. 2011. № 1. С. 29–31.
- Фертильность сперматозоидов и состояние хроматина: методы контроля (обзор) / соавт.: В.П.Кононов и др. // С.-х. биология. Сер. Биология животных. 2012. № 2. С.3–13.
İstinadlar
redaktə- ↑ БАГИРОВ Вугар Алинияз оглы Arxivləşdirilib 2021-05-16 at the Wayback Machine — Биографическая энциклопедия РАСХН
- ↑ Bağıyeva, Mətanət. Xaricdə yaşayan azərbaycanlılar. Qısa bioqrafik məlumat kitabçası (PDF) (az.). Bakı: "Papirus NP". 2016. ISBN 978-9952-8299-1-4. 2017-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-21.
- ↑ "Биотехнологические аспекты сохранения генетических ресурсов животных". 2019-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-16.