Vusal Haciyev - Wikipedia
Vüsal Vahid oğlu Hacıyev (16 noyabr 1984, Bakı) —Ürək cərrahı, azərbaycanlı alim, tədqiqatçı, tibb üzrə fəlsəfə doktoru.
Vüsal Hacıyev | |
---|---|
Doğum tarixi | 16 noyabr 1984 (40 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Elm sahəsi | kardiologiya |
Elmi dərəcəsi | |
Təhsili |
|
Üzvlüyü |
|
Həyatı
redaktəVüsal Hacıyev 1984-cü il noyabrın 16-da Bakıda anadan olub. Orta təhsilini əvvəlcə Bakının Sabunçu rayonundakı 72 nömrəli liseydə, sonra isə Şirvan liseyində alıb.[1] Azərbaycan Təhsil Nazirliyinin dövlət təqaüd proqramı ilə Çexiyada tibb üzrə təhsil almaq üçün Charles Universitetinə göndərilib, 2009-cu ildə ali təhsilini bitirib. Universiteti bitirdikdən sonra professor Hetzerin rəhbərliyi altında ürək cərrahı olaraq fəaliyyətə başlayıb.[2]
O, 2018-ci ildə Almaniyanın Charite Universitetində "Ürək transplantasiyasından sonra trikuspidal qapağın çatışmazlığının risk faktorları" adlı doktorluq dissertasiyasını müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.[3]
Fəaliyyəti
redaktəƏmək fəaliyyəti
redaktəO, 2009-cu ildə tibb təhsilini bitirdikdən sonra 2013-cü ilədək Almaniyanın Berlin Ürək Mərkəzindən çalışıb. 2013–2022-ci illər arasında Almaniyanın Kottbus şəhərində Sana Ürək Mərkəzində ürək-damar cərrahı və elmi mərkəzin rəhbəri, 2022-ci ildən isə Bakı Sağlamlıq Mərkəzində ürək-damar cərrahı və təhsil-təlim komissiyasının sədri kimi fəaliyyət göstərir.
O, Azərbaycanda ilk və dünyada nadir sayılan "Təkrar qalxan aorta disseksiyası" əməliyyatının müəllifidir.[4] Həmin əməliyyat barədə məqalə ABŞ-nin "American Journal of Case reports" jurnalında dərc edilib.[5]
Elmi fəaliyyəti
redaktəVüsal Hacıyev "Berlin Almaniya ürək mərkəzi"nin (Deutsches Herzzentrum Berlin) direktoru, dünya şöhrətli professor Roland Hetzerin rəhbərliyi altında 4 il ərzində trikuspidal qapağın çatışmazlığına təsiri ola biləcək bütün faktorları araşdırıb, transplantasiyadan sonra bu problemin qarşısının alınması üçün atılacaq addımları müəyyənləşdirib. Elmi işinin nəticələri barədə o, 2016-cı ildə Beynəlxalq Ürək və Ağciyər Transplantasiyaları Cəmiyyətinin illik konfransında tibbi tədqiqat icmasına təqdim edib. 1990-cı illərdən bu günə qədər bir çox mərkəzlərin bu problem üzrə araşdırma aparmasına baxmayaraq, bu çatışmazlığın əsas səbəbi aşkar edilmədiyindən bu elmi araşdırma dünyada ilk sayılır.[6][7]
Hazırda 2010-cu ildən başlayaraq ürək transplantasiyası əməliyyatından sonra trikuspidal qapağın çatışmazlığı mövzusunda araşdırma aparır.[7]
ECMO — bədəndən xaricdə membran oksigen atorunindikasiyası, implantasiyası və eksplantasiyası sahəsində tədqiqat aparıb.[8]
2016-cı ildən Avropa Ürək Cərrahları Assosiasiyasının üzvüdür.[8]
İstinadlar
redaktə- ↑ "Cərrah Vüsal Hacıyev: Transplantasiya əməliyyatından sonra orta hesabla 15 il və daha çox yaşamaq mümkündür". AZƏRTAC. 13.07.2018. 2020-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-23.
- ↑ "Azərbaycanlı ürək cərrahı Vaşinqtonda keçirilən tibb konfransında elmi işini təqdim edib". ikisahil.az (az.). İstifadə tarixi: 2024-09-23.
- ↑ "Həmvətənimiz Vüsal Hacıyev Almaniyanın tibb üzrə ali elmi dərəcəsinə layiq görülüb". AZƏRTAC. 21.06.2018. 2023-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-23.
- ↑ "ABŞ jurnalı Azərbaycanda həyata keçirilən riskli cərrahi əməliyyatdan yazdı". Qafqazinfo (az.). 2024-04-20. 2024-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-23.
- ↑ Type A Aortic Dissection After Coronary Artery Bypass Grafting. American Journal of Case Reports. eISSN: 1941–5923. 11 April 2024
- ↑ "Azərbaycanlı cərrah ABŞ-da dünyada ilk sayılan elmi araşdırmasını təqdim edib". Apa.az (az.). 2024-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-23.
- ↑ 1 2 "Azərbaycanlı cərrah Vaşinqtonda beynəlxalq tibbi konfransda elmi tədqiqatına dair məruzə edib". Xalq Qəzeti (ingilis). İstifadə tarixi: 2024-09-23.
- ↑ 1 2 """Uğurlarımın arxasında müəllimlərim durur""". Azərbaycan müəllimi (az.). 2024-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-23.