Vehsi Ibn Herb - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalənin neytrallığı şübhə doğurur. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Vəhşi ibn Hərb (ərəb. :وحشي بن حربه; VII əsrin əvvəli—VII əsrin 60-cı illəri) – İslamı qəbul etməmişdən əvvəl müşriklərin sıralarında 625-ci ildə Uhud döyüşünə qatılmış, İslam peyğəmbərinin əmisi Hz. Həmzəni öldürmüşdür.
Vəhşi ibn Hərb | |
---|---|
Vəhşi ibn Hərb əl-Həbəşi | |
Digər adı | Əbu Dəsəmə |
Doğum tarixi | VII əsr |
Doğum yeri | Ərəbistan |
Vəfat tarixi | 660-cı illər |
Vəfat yeri | Raşidi xilafəti |
Atası | Hərb əl-Həbəşi |
Milliyyəti | həbəş |
Fəaliyyəti | döyüşçü |
Vikianbarda əlaqəli mediafayllar |
Nəsli
redaktəVəhşi Efiopiya mənşəli, həbəş idi. İslamı qəbul etməmişdən əvvəl Qureyş liderlərindən Cübeyr ibn Mütimin köləsi idi. Xüsusilə mükəmməl nizə atmağı ilə tanınırdı.
Hz. Həmzənin ölümü
redaktəBir rəvayətdə deyilir ki, Məhəmməd peyğəmbərin əmisi və süd qardaşı olan Hz. Həmzə Bədr döyüşündə Cübeyrin əmisi Tuəyməni öldürmüşdü. Uhud döyüşündə Cübeyr əmisinin qisasını almaq üçün Vəhşiyə onu köləlikdən azad edəcəyi vədini verərək Həmzəni öldürməyi tapşırmışdı.
Digər bir versiyada isə Vəhşinin Əbu Süfyanın arvadı Hindin göstərişi ilə Hz. Həmzəni öldürdüyü deyilir. Bunun səbəbi kimi isə Bədr döyüşündə atası Ütbə ibn Rəbiəni itirən Hindin Hz. Həmzədən intiqamı göstərilir.
Vəhşinin özü hadisəni belə təsvir edib: "Uhud Dağına çatdıqda və döyüş başladıqda tək məqsədim Həmzəni öldürmək idi. İnsan kütləsinin içərisində onu ayırd etmək elə də çətin deyildi. Başındakı çalmasında cəsarət və kişilik simvolu – ağ dəvəquşu tükü var idi. Qısa müddətdən sonra onu gördüm. Əvvəlcə bir daşın sonra isə ağacın arxasında gizlənərək, onu nizə ilə vurmaq üçün doğru anı seçməyə çalışdım. Hz. Həmzə Siba ibn Əbdül-Üzza adlı bir qureyşli ilə qarşılaşdı. Hz. Həmzənin onu bir qılınc zərbəsi ilə vurub atdan saldığı andaca nizəni ona doğru atdım. Nizə mədə nahiyəsindən qarnına sancıldı. Mənə doğru bir – iki addım atıb yıxıldı və canını tapşırdı".
Uhud döyüşündən 5 il sonra 630-cu ildə Məkkə müsəlmanlar tərəfindən fəth edildi. Belə olduğu halda Vəhşinin Taifdə gizlənməkdən başqa bir şansı yox idi.
Vəhşinin İslamı necə qəbul etdiyini izah edən iki rəvayət var. Onlardan birində Vəhşinin özünün İslam peyğəmbərinin peyğəmbərlik missiyasını qəbul etdiyini, digərində isə Peyğəmbərə İslamı qəbul etmək üçün bir mesaj göndərdiyini bildirmişdir. Bununla birgə Vəhşi əvvəli müqəddəs ayə ilə başlayan bir məktub göndərir: "Allahın həqiqi möminləri başqa tanrılara müraciət etmir və Allahın qətl üçün qadağan etdiyi ruhu həyatından məhrum etməyənlər və zina etməyənlərdir. Bunu edən hər kəs etdiyi əməllərə görə cəza çəkəcəkdir. Qiyamət günü ona görə cəza ikiqat olacaq və cəhənnəmdə əbədi olaraq xor görüləcək. Məni müsəlman olmaq üçün çağırırsınız, lakin mən bu ayədə qeyd olunan bütün günahları törətmişəm. Mən küfrdə yaşadım, bütlərə tapdım, zina etdim və sənə yaxın bir insanı öldürdüm — əmini. Mənim kimi insan necə bağışlana bilər?". Məhəmməd peyğəmbər bu ayə ilə məktub göndərərək cavab verdi: "Şübhəsiz Allah, digər varlıqları Ona bərabər göstərməni bağışlamayacaqdır. Amman bundan başqa bütün günahlarını bağışlamaq istədiyi insanları bağışlar". Vəhşi cavab olaraq bu Quran ayəsininin bağışlanmağa kafi olmadığını, hər şeyin ədalətli məhkəməyə və Allahın iradəsinə qaldığını bildirdi. Peyğəmbər üçüncü məktubunu göndərdi: "De ki: Ey qullarım, izin verilmiş şeylərin həddini aşmayın! Allahın mərhəmətinə ümidinizi itirməyin, həqiqətən də, O, bütün günahları bağışlayar, həqiqətən O, Bağışlayandır, Rəhmlidir!" Yalnız bundan sonra Vəhşi ona sadiq qalacağına söz verdi və İslamı qəbul etdi.
Vəhşinin İslamı qəbul edib səhabələrdən birinə çevrilməsinə baxmayaraq Peyğəmbər onun günahını – sevimli əmisinin qətlini heç vaxt unutmadı, hətta ona belə demişdi: "Bacarırsansa, heç vaxt gözümə görsənmə".
Musəyliməni öldürməsi
redaktəMəhəmməd peyğəmbərin vəfatından sonra, 632-ci ildə Yəmamə qəbiləsindən olan Musəylimə (və ya Məsləmə) adlı yalançı peyğəmbər özünü Allahın elçisi adlandıraraq müsəlmanlara qarşı çıxmağa başladı. Xəlifə Əbu Bəkr bu qəbilənin üzərinə Xalid ibn Vəlidin başçılığı altında qoşun göndərdi. Vəhşi ibn Hərb bu döyüşdə sonuncu dəfə öz nizəsindən istifadə edərək Musəyliməni öldürdü.