Velesyarpaq Azat - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta
Vələsyarpaq azat | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Vələsyarpaq azat |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida
Sıra / Order: Urticales
Fəsiə/ Family: Dağdağankimilər – Celtidaceae Link.
Elmi adı / Scientific name: Celtis caucasica Willd.
"Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir –EN B1ab(i, ii, iii, iv, v)c(iii) + 2b(i) c (ii, iii). Azərbaycanın nadir növüdür.
QlobalIUCN Statusu: NT
redaktə20(15)-25(35) m hündürlükdə ağacdır, oduncağı 2 m diametrində, boz-qonurumtul rəngdədir. Budaqlarının yarpaqları yumurtavari, (1,5) 2–3,5 (4,6) sm uzunluqda, sivri, qaidədə qyeri –bərəabəryanlı, aşağıda damarlar boyunca qısA, yumşaqtüklü , oturaq və ya 0,5 (1) mm uzunluqda saplaqı, kənarları küt dişlidir. Dişicikli çiçəkləri zəngçiçəyi quruluşunda, yaşılımtıl –ağ və ya qonurdur. Fındıqcığı küncvari, qısa yumşaq tüklü və ya çılpaq, qırılı, yaşılımtıl, birtoxumlu, buruncuğu fındıqcığın təpəsinin altında yerləşir
Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri.
redaktəÇiçəkləməsi mart, meyvə əmələgətirmə dövrü avqust-sentyabr aylarıdır. Toxum və vegetativ yolla çoxalr, mezofitdir, arandan orta dağ qurşağına kimi, meşələrdə Parrotia persica, Carpinus caucasica, Quercus castaneifolia, Mespilus germanica, Ulmus foliaceae bitkilərindən təşkil olunmuş senozlarda komponent kimi iştirak edir]. Dekorativ bitkidir. Lənkəran ovalığının meşə zolaqlarının qorunmasında və dağ yamaclarında meşələrin salınmasında istifadə oluna bilər.
Yayılması.
redaktəKiçik Qafqazın mərkəzi və cənub rayonları (Şuşa, Füzuli), Lənkəran ovalığı və Lənkəranın dağlıq hissəsi (Masallı rayonu –İstisu sanatoriyası ətrafında olan eşələrdə və Yardımlı, Lənkəran, Lerik, Astara rayonlarının meşələrində).
Sayı və tendensiyası.
redaktəPopulyasiyaları məhdudlaşır, azalma tendensiyası müşahidə olunur.
Məhdudlaşdırıcı amillər.
redaktəAntropogen təsir (ağacların qırılması).
Mühafizə tədbirləri.
redaktəHirkan Milli Parkında mühafizə olunur. Təbii meşələrin kəsilməsi üzərində nəzarəti gücləndirmək tələb olunur.