Veli Huseynov - Wikipedia
Hüseynov Vəli Allahverdi oğlu (1 fevral 1964, Behrud, Ordubad rayonu) — Fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (2007)[1].
Vəli Hüseynov | |
---|---|
azərb. Hüseynov Vəli Allahverdi oğlu | |
Doğum tarixi | |
Doğum yeri | |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Elm sahəsi | Nəzəri fizika |
Elmi dərəcələri | Fizika-riyaziyyat elmləri doktoru, AMEA müxbir üzvü |
Elmi adı | professor |
İş yeri | Bakı Mühəndislik Universiteti |
Alma-mater | BDU, M.Lomonosov adına Moskva Dövlət Universiteti (1988) |
Təhsili | |
Üzvlüyü |
Həyatı
redaktəVəli Hüseynov 1 fevral 1964-cü ildə Naxçıvan MR Ordubad rayonunun Behrud kəndində anadan olub, 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika fakültəsinə qəbul olunub, 1988-ci ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin fizika fakültəsini, 1994-cü ildə isə MDU-nun fizika fakültəsinin nəzəri fizika ixtisası üzrə əyani aspiranturasını bitirib. 1994-cü ildə o, Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini alıb, 2003-cü ildə Naxçıvan Dövlət Universitetinin "Ümumi və nəzəri fizika" kafedrasının müdiri seçilmiş və həmin ildə Bakı Dövlət Universitetində "Xarici maqnit sahəsində lepton prosesləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru adını qazanıb. 2003–2010-cu illərdə Naxçıvan Dövlət Universitetinin elmi işlər üzrə prorektoru olub, 2004–2010-cu illərdə həm də Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Fiziki tədqiqatlar laboratoriyasının rəhbəri kimi fəaliyyət göstərib[2].
60-dan çox elmi əsərin müəllifidir[2].
Elmi məqalələri Azərbaycan, ABŞ, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Yaponiya, Almaniya, İtaliya, Rusiya, Bolqarıstan, Türkiyə, Sinqapur və digər ölkələrin elmi jurnal və məcmuələrində, o cümlədən, "Physical Review D", "Journal of physics G: Nuclear and Particle physics", "Yadernaya fizika" kimi nüfuzlu beynəlxalq elmi jurnallarda dərc olunub. 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 oktyabr tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adına layiq görülüb. Elmi xidmətlərinə görə akademik H.M.Abdullayev adına mükafatın laureatıdır. Müxtəlif illərdə TEMPUS, İntas, Beynəlxalq Astronomiya Birliyi, Beynəlxalq Təmiz və Tətbiqi Fizika Birliyi, Alman Tədqiqat Birliyi, Rusiya Fundamental Tədqiqatlar Fondunun qrantlarını qazanıb[2].
2009-cu ildə Vəli Hüseynov İngiltərənin Kembric şəhərindəki Beynəlxalq Bioqrafiya Mərkəzi tərəfindən elementar zərrəciklər fizikası və astrofizika sahəsindəki elmi nailiyyətlərinə görə beynəlxalq Eynşteyn mükafatına layiq görülüb[2].
2010-cu ildə Vəli Hüseynov məsul bir vəzifəyə — Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası sədrinin müavini vəzifəsinə təyin olunub[2].
Hal-hazırda Bakı Mühəndislik Universitetinin professorudur.
Mükafatları
redaktə- Azərbaycan Respublikasının əməkdar müəllimi — 2007[1]
- H. M. Abdullayev adına Mükafat — 2008[1]
- Beynəlxalq Eynşteyn Mükafatı — 2009[1]
Elmi əsərləri
redaktə1. Neutrino-electron scattering in a magnetic field with allowance for polarizations of electrons. Physical Review D, 2007, v.75, No8, p. 073021.
2. Antineutrino-electron scattering in a magnetic field with allowance for polarizations of electrons. Journal of Physics G: Nuclear and Particle Physics, 2007, v.34, No5, pp. 897–906.
3. The scattering of an antineutrino at an electron in an external field. Journal of Physics G: Nuclear and Particle Physics, 2000, v.26, No9, pp. 1313–1319.
4. Аннигиляция нейтринной пары в мюон-позитронную пару в магнитном поле. Ядерная физика, 2000, т. 63, № 11, с. 2041–2047. Məqalənin Physics of Atomic Nuclei jurnalında ingilis dilində tərcüməsi var: Annihilation of a neutrino pair into a muon-positron pair in a magnetic field. Physics of Atomic Nuclei, 2000, v. 63, No11, pp. 1949–1955.
5. Обратный распад мюона в магнитном поле: поляризационные эффекты. Ядерная физика, 1998, т. 61, № 1, с. 103–110. Məqalənin Physics of Atomic Nuclei jurnalında ingilis dilində tərcüməsi var: Inverse muon decay in a magnetic field: polarization effects. Physics of Atomic Nuclei, 1998, v. 61, No1, pp. 94–101.
6. Обратный распад мюона в магнитном поле. Ядерная физика, 1994, т. 57, № 3, с. 496–500. Məqalənin Physics of Atomic Nuclei jurnalında ingilis dilində tərcüməsi var: Inverse muon decay in a magnetic field. Physics of Atomic Nuclei, 1994, v. 57, No3, pp. 466–470.
7. The polarization effects in neutrino-lepton processes in a magnetic field. Spin 2004: Proceedings of the 16th International Spin Physics Symposium and Workshop on Polarized Electron Sources and Polarimeters, Trieste, Italy, 10–16 October 2004 / editors Franco Bradamante et al., Singapore, World Scientific, 2005, pp. 239–242.
8. Polarization effects in neutrino annihilation in stellar magnetic fields. Abstract Book of International Symposium on Origin of Matter and Evolution of Galaxies: New Horizon of Nuclear Astrophysics and Cosmology (8–11 November 2005, Tokyo, Japan), Tokyo, 2005, p. 75.
9. Polarization effects in neutrino-electron scattering in stellar magnetic fields. Abstract Book of International Symposium on Origin of Matter and Evolution of Galaxies: New Horizon of Nuclear Astrophysics and Cosmology (8–11 November 2005, Tokyo, Japan), Tokyo, 2005, p. 82.
10. The polarization effects in the neutrino-electron scattering in a magnetic field. Proceedings of the XI Advanced Research Workshop on High Energy Spin Physics (DUBNA-SPIN-05) (Dubna, Sept. 27-Oct.1, 2005), Dubna, JINR, 2006, pp. 65–69.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 "Hüseynov Vəli Allahverdi oğlu" (az.). science.gov.az. 2013. İstifadə tarixi: 2014-09-25.[ölü keçid]
- ↑ 1 2 3 4 5 Nərmin Cəfərova. "Həmyerlimiz beynəlxalq Eynşteyn mükafatına layiq görüldü". "Azərbaycan müəllimi" qəzeti (az.). muallim.edu.az. 2010. 2013-09-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-26.
Ədəbiyyat
redaktə- Nərmin Cəfərova, "Həmyerlimiz beynəlxalq Eynşteyn mükafatına layiq görüldü", "Azərbaycan müəllimi" qəzeti, — № 10. 12 mart 2010