Veli Nagiyev - Wikipedia
Vəli Nağı oğlu Nağıyev — Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri.[1]
Vəli Nağıyev | |
---|---|
Vəzifədədir | |
15 dekabr 2015-ci ildən | |
Əvvəlki | Teymur Mehdiyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 2 iyul 1964 (60 yaş) |
Doğum yeri | |
Rütbəsi |
II dərəcəli dövlət miqrasiya xidməti müşaviri |
|
|
Təltifləri |
Həyatı və fəaliyyəti
redaktəNağıyev Vəli Nağı oğlu 2 iyul 1964-cü ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan rayonunda (indiki Babək rayonu) anadan olmuşdur. 1992-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) İbtidai hərbi hazırlıq və Bədən tərbiyəsi fakültəsini bitirmişdir. 1981–1993-cü illərdə müxtəlif sahələrdə çalışmışdır. 1993–2007-ci illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində həqiqi hərbi xidmət keçmişdir. 27 avqust 2015-ci ildən 11 sentyabr 2015-ci ilə qədər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq məsələləri baş idarəsinin rəis müavini-Vətəndaşlıq məsələlərinin həlli idarəsinin rəisi, 11 sentyabr 2015-ci ildən 15 dekabr 2015-ci ilə qədər isə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi vəzifəsində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2015-ci il tarixli 1627 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini vəizfəsinə təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 16 mart 2016-cı il tarixli 1898 nömrəli Sərəncamı ilə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri, 16 mart 2018-ci il tarixli 3789 nömrəli Sərəncamı ilə II dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilmişdir.[1]
Ailəlidir, üç övladı var.[1]
Mükafatları
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 "Nağıyev Vəli Nağı oğlu". migration.gov.az. 2 iyul 2019 tarixində arxivləşdirilib.
- ↑ "Azərbaycan Respublikasında miqrasiya sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-17.