Veli Xidirov - Wikipedia
Xidirov Vəli Sərxan oğlu — dilçi-qafqazşünas.
Vəli Xidirov | |
---|---|
Vəli Sərxan oğlu Xidirov | |
Doğum tarixi | |
Doğum yeri | Azərbaycan SSR, Xaçmaz, Palçıqoba |
Vəfat tarixi | |
Vəfat yeri | Azərbaycan |
Təhsili | |
Fəaliyyəti | dilçi |
Həyatı
redaktəVəli Xidirov 1936-cı ildə Xaçmaz rayonunun Palçıqoba kəndində anadan olub. 1957-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və ədəbiyyatı İnstitutunu (indiki Bakı Slavyan Universitetini) bitirb. 1964-cü ildə SSRİ Elmlər Akademiyasının Dilçilik İnstitutunun aspiranturasında təhsilini başa vuraraq Qafqaz dilləri üzrə məşhur dilçi Y.D. Deşeriyevin rəhbərliyi altında Qrız dilində feilin qrammatik kateqoriyaları üzrə namizədlik dissertasiyası müdafiə edib. 1962-ci ildən ali təhsil aldığı təhsil ocağında işləyib. 1972-1982-ci illərdə həmin institutun ümumi və rus dilçiliyi kafedrasının müdiri vəzifəsində çalışıb.
Tədqiqat obyekti
redaktəVəli Xidirov tədqiqatlarında Qrız dilində feilin qrammatik kateqoriyalarının digər ləzgi dillərindəki feil kateqoriyaları ilə müqayisəli təhlilini aparmışdır. Onun çoxsaylı məqalələri arasında ləzgi dilləri qrupuna daxil olan ləzgi, rutul, buduq, xınalıq dilləri ilə bağlı araşdırmaları var. Müasir Qrız dili və digər ləzgi dillərinin qrammatikası üzrə çoxsaylı məqalələr və 2007-ci ildə işıq üzü görən "Qrız dilində feil" (rus. "Глагол в крызском языке") kitabının müəllifidir. Kitabda Qrız dili və digər ləzgi dilləri haqda müqayisəli tipoloji təhlillər əasasında üzə çıxarılan zəngin faktiki materiallar əks olunub.