Veremum - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Vərəmum – bitkilərin tumurcuglarının arılar tərəfindən toplanmış qatranabənzər müalicəvi məhsul.
Tumurcuqlar bitkilərin yenicə doğulmuş, ən zərif və ətraf mühitə qarşı ən həssas hissəsidir. Müdafiə təbəqəsi tumurcuqları ətraf mühitin dəyişkənliklərindən, müxtəlif ziyanvericilərindən, istisindən, soyuğundan qorumaq məqsədi daşıyır,tumurcuq zədələndikdə isə onun bərpasında mühüm rol oynayir. Arılar vərəmumu toplayıb oz yuvalarının dəliklərini tutur, yuvaya düşmüş və ya daxil olmuş yad cisimləri bürüyürlər.
Bu da vərəmumun xassələrini müəyyən edir: Çox güclü antibiotik, antivirus və antiseptik xassəyə malikdir. Çox güclü ağrıkəsicidir. Bu xassəsinə gorə vərəmum hatta kokaini üstələyir. Bərpaedici Büzücü antitokcik ümumi mohkəmləndirici iltihab əleyhinə ətirləndirici və c.xassələrə malikdir Bütün by xassələr bitkilərə tumurcuqlarını arılara isə özlərini və yuvalarınımüxtəlif xəstəliklərdən, zərərvericilərdən, ətraf mühitin əlverişsiz təsirlərindən qorumağa kömək edir.
Vərəmum müxtəlif rənglərdə -tünd qonur sarımtıl-qonur, qırmızımtıl, sarımtıl-yaşıl, sarı, bozumtul-yaşıl və s. Vərəmumun rəngi onun botaniki mənşəyindən, yəni toplandığı bitkinin növutündən asılıdır Aran zonasının vərəmumu qırmızımtıl, qonur, qonur- sarı rənglərdə olyr və daha yüngül və daha bərkdir. Dağlıq və dağlıq meşə zonasından yığımış vərəmum isə yaşılımtıl və ya tünd yaşıl rəngdə olur, daya yümşaq və daha iyli olur. Vaxt kecdikcə vərəmumun rəngi tündləşir və hatta qaralır, daha möhkəm olur və iyi azalır. Yümşaq vərəmum daha yüksək keyfiyyətli hesab edilir. Vərəmumun acı, azacıq yandıran və büzücü dadı var.Yandırdıqda və ya isitdikdə vərəmumdan aromatik qərtan maddələri ayrılır və atraf xoş iylə dolur. Vərəmum sudan ağirdır və suda batır. Aran zonasından yığılan vərəmum məsaməlıdır və ilk baxışda sudan yüngul görunur. Onu sıxıb yumurlamaq lazimdır ki,suda batsın. Vərəmum suda cox az həll olur cəmi 6-11%. Spirtdə(40-75%), efirdə, xloroformda, maye yağlarda və vazelində daha yaxşı həll olur.
Vərəmum çox mürəkkəb tərkibə malikdir. Onun tərkibində 3%-ə qədər şan- ali karbol turşularının və ali spirtlərin qarışığı , bitki qatranları, (50-55%) efir yağları, (8-10%) bitki mənşəli fenollar, büzücü maddələr, polisaxaridlər, amin turşuları, mineral düzlar, qlükozidlər, anyibiotiklər, makro- və mikroelementlər(Ca,Mg, P, K, Mn, Co, Zn, Cu) , vitaminlər(A, C, B1, B3,B6,PP, E, pantoten turşusu) və çoxlu sayda daha az miqdarda mürəkkəb üzvi birləşmələr var.
Bu birləşmələr birlikdə həm bitkilər, həm də arı ailəsi üçün çox güclü müdafiə fünksiyalarını yerinə yetirmək imkanina malikdir. Pətəyə daxil olmuş zərərvericilərı arılar öldurub bayira atmaga çalışırlar. Bunu edə bilmədıkdə zərərvericinin üstü butölüklə mumla örtulur. Belə vəziyyətdə zərərvericinin cəsədi parçalanmadadn iylənmədən illərlə qala bilir. Vərəmum yuvaya su keçməsini nqarşısını alır, yuvanın təmizliyini və sterilliyini təmin edir. Pətəkdə bakterisid atmosferüin yaranması üçün 20-30 gram vərəmum kifayətdir. Vərəmum xəstəliklərdən qoruyan çox cüclü bir vasitədir. Vərəmum arı ailəsini viruslardan, göbələklərdən, bakteriyalardan qoruyur, pətəkdə sağlam mikroklimat yaradır, və pətəyin divarlarını dağılmaqdan qoruyur. Propolislə təmasda olan arıların bədənində mikroorqanizmlər olmur.
Farmakoloji təsirləri
redaktəPropolisin antimikrob təsiri çox məşhurdur. Adi antibiotiklərdən fərqli olaraq propolisə qarşı mikroblarda öyrəncilik əmələ gəlmir. Bundan başqa propolisin iltihabəleyhinə, yaraları tez bərpa edən, büzücü, keyidici(analgetik), antitoksik, antioksidant, ümumi gücləndirici, immunostimulyator və s. təsirləri vardır.
Angina: Xəstəliyin istənilən mərhələsində ən səmərəli təsir göstərən vasitədir. Yalnız yüksək keyfiyyətli propolis tez təsir göstərir. Bunun üçün boğazı hər gündə 3-5 dəfə 20%-li propolis məhlulu ilə qarqara etmək (bunun üçün 10-15 damcı məhlulu yarım stəkan suya damızdırıb istifadə edilir), və ya təmiz propolis yeməkdən sonra dırnaq böyüklükdə götürülüb ağızda asta-asta çeynəmək lazımdır. Gün ərzində 5 qrama qədər yemək, gecə isə orada yapışdırmaq lazımdır. Xatırladaq ki, propolis keyidici təsirə malik olduğu üçün dili bir qədər keyidir.
Orta qulağın xroniki iltihabı: Propolis 30-40%-li spirtli məhlulunun bitki yağı ilə, yaxşı olar ki, zeytun və ya qarğıdalı yağı ilə qarışdırmaq (1:4) istifadə etməzdən əvvəl çalxalanmalıdır.Qulağa bu emulsiya ilə isladılmış tənzif borucuğu qoyurlar. Yaşı 5-dən çox olan uşaqlara hər gecə 10-12 saatlığa (10-14 prosedura), yaşlılarda günaşırı 36-38 saatlığa (10-12 prosedura) qoyulur.
Kəskin və xroniki kolit: Propolisin 20%li spirtdə məhlulundan gündə 3 dəfə hər dəfədə 40 damcı südə qatıb içmək. Pəhrizə əməl etmək lazımdır. Müalicə kursu 20-30 gündür.
Tumurcuqlar bitkilərin yenicə doğulmuş, ən zərif və ətraf mühitə qarşı ən həssas hissəsidir. Müdafiə təbəqəsi tumurcuqları ətraf mühitin dəyişkənliklərindən, müxtəlif ziyanvericilərindən, istisindən, soyuğundan qorumaq məqsədi daşıyır,tumurcuq zədələndikdə isə onun bərpasında mühüm rol oynayir. Arılar vərəmumu toplayıb oz yuvalarının dəliklərini tutur, yuvaya düşmüş və ya daxil olmuş yad cisimləri bürüyürlər.
Tərkibi 55%-ə qatran və balzamdan, 10%-ə qədər efir yağlarından , 30%-ə qədər mum, 5%-ə qədər güləm, habelə sink, maqnezium, alüminium, vanadium, dəmir, kalsium, stibium, stronsium, müxtəlif turşular, antibiotiklərdən ibarət olur. Güclü antimikrob, antimkotik (göbələk əleyhinə), antivirus, ağrıkəsici və soyuqdəymə əleyhinə təsirə malikdir.
Toxumların regenerasiyasını stimullaşdırır, orqanizmin immunoloji reaktivliyini yüksəldir. Arı kleyini hətta 3-4 il saxladıqda belə öz antimikrob aktivliyini itirmir. Arı kleyi müalicə olunan xəstəliklərin diapozonu çox genişdir. Bütün dəri xəstəlikləri, adi və uzun müddət sağalmayan yaralar, mədə xorası, onikibarmaq bağarsağın yaraları, soyuqdəymə xarakterli ginekoloji xəstəliklər, babasil, qripp, nevritlər, radikulitlər, ağ ciyərin vərəmi (4-10 ay ərzində müalicə edir). Ağrısızlaşdırıcı (anesteziyaedici) vasitə kimi kleyi kokaindən 3 dəfə, prokaindən 52 dəfə güclüdür. Müalicə praktikasında arı kleyi spirtdə və suda həll olunmuş şəkildə, duru və qatı maz, propolis yağı və aplikasyalar şəklində, təbii təmiz şəkildə istifadə olunur.