Verese Film - Wikipedia
"Vərəsə" (ing. The Heiress) — rejissor Uilyam Uaylerin filmi.[3]
Vərəsə | |
---|---|
ing. The Heiress | |
Janr | dram |
Rejissor | Uilyam Uayler |
Prodüser | Uilyam Uayler |
Ssenari müəllifləri |
Rut Qetz Aqastus Qetz |
Baş rollarda |
Oliviya de Hevillend Montqomeri Klift |
Operator | Leo Tover |
Bəstəkar | Aaron Kopland |
Geyim rəssamı | Edit Hed |
İstehsalçı | Paramount Pictures |
Distribütor | Paramount Pictures, Netflix |
İlk baxış tarixi |
6 oktyabr 1949, Nyu-York 20 oktyabr 1949, Los-Anceles[1] |
Filmin növü | bədii film |
Müddət | 115 dəqiqə |
Büdcə | 2,6 milyon $ |
Gəlir | 2,3 milyon $[2] |
Ölkə | ABŞ |
Dil | ingilis dili |
İl | 1949 |
Rəng | ağ-qara |
IMDb | ID0041452 |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Məzmun
redaktəKetrin Sloper sadə və utancaq bir qızdır. Atası onunla bağlı öz ümidsizliyini gizlətmir. Bir gün Ketrin Morris Taunsendlə tanış olur. Qız Morrisin ona olan diqqətini o dəqiqə hiss edir. Sadə Ketrin Morrisə dəlicəsinə vurulur və onlar evlənməyi planlaşdırırlar.
Ketrinin atası elə düşünür ki, Morris Ketrinlə ancaq onun mirasını ələ keçirmək üçün əlaqə qurub. Ata, Morrisə ərə gedəcəyi halda qızını mirasdan məhrum edəcəyini deyir. Ketrin olanlara fikir vermir və Morrislə gizli qaçmağı planlaşdırır. Gecə onlar qaçmalıdırlar. Ketrin evdə oturub səbirsizliklə Morrisin yolunu gözləyir. Lakin o, nədənsə gəlib çıxmır.
Bu hadisədən sonra Ketrinin ürəyi sınır. Bir-iki gün sonra qıza atasının ölüm ayağında olduğu məlum olur. Ketrin hələ də Morrisi sevdiyini atasına deyir. O, son dəfə atasından fikrini dəyişməsini xahiş edir. Atası bunu etmir və bir qədər sonra bütün var-dövlətini qızına qoyaraq vəfat edir.
Bir neçə il sonra Morris Kaliforniyadan qayıdır. O, yenə də Ketrinə öz sevgisini elan edir. O zaman nəyə görə qızı qaçırmadığını Ketrini ehtiyac içərisində saxlamaq istəməməsi ilə izah edir. Ketrin Morrisin bu sözlərinə qulaq asaraq yalandan yenə həmin gecə planlaşdırdıqları kimi qaçmaq istədiyini deyir. Morris qıza elə bu gecə onun ardınca gələcəyini, qız isə o gələnə qədər əşyalarını yığışdıracağını oğlana deyir.
Morris geri qayıdanda Ketrin ondan öz intiqamını alır. O, qulluqçuya qapını bağlamağı tapşırır. Morris gəlib qapını döyə-döyə, qızın adını qışqıra-qışqıra qalır. Xalası qızdan niyə belə qəddar olduğunu soruşur. Ketrin cavab verir: "Bunu mənə sahib öyrədib".
Film Ketrinin pilləkənlərlə ikinci mərtəbəyə qalxması və bu zaman Morrisin qaranlıqda cavabsız qalmış qışqırtılarının əks-səda verməsilə qurtarır.
Filmin heyəti
redaktəFilm üzərində işləyənlər
redaktə- Əsərin müəllifi : Anri Ceyms
- Ssenari müəllifləri : Rut Qetz, Aqastus Qetz
- Rejissor : Uilyam Uayler
- Operator : Leo Tover
- Bəstəkar : Aaron Kopland
- Prodüser : Uilyam Uayler
Rollarda
redaktə- Oliviya de Hevillend – Ketrin Sloper
- Montqomeri Klift – Morris Taunsend
- Ralf Riçardson – Ostin Sloper
- Miryam Hopkins – Laviniya
- Mona Friman – Merian Elmond
- Vanessa Braun – Mariya
- Betti Linli – xanım Montqomeri
- Rey Kollins – Cefferson Elmond
- Selena Royl – Elizabet Elmond
- Pol Lis – Artur Taunsend
- Harri Entrim – cənab Ebil
- Rass Konvey – Kvintus
- Devid Sörzbi
İstinadlar
redaktə- ↑ "The Heiress at Turner Classic Movies". 2010-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-31.
- ↑ The Top Box Office Hits of 1950, Variety, January 3, 1951.
- ↑ Variety Film Reviews, September 7, 1949, p. 11.
Xarici keçidlər
redaktə- The Heiress — Internet Movie Database saytında
- The Heiress TCM Movie Database saytında
- The Heiress Rotten Tomatoes saytında (ing.)
- The Heiress AllMovie saytında