Vesile Vahidqizi - Wikipedia
Zeynalova (Mahmudova) Vəsilə Vahid qızı (Vəsilə Vahidqızı; 19 avqust 1967, Laçın rayonu) — Azərbaycan jurnalisti, teleaparıcı, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri, mətbuat xidmətinin rəhbəri.
Vəsilə Vahidqızı | |
---|---|
Vəsilə Vahid qızı Zeynalova | |
Digər adı | Vəsilə Mahmudova |
Doğum tarixi | |
Doğum yeri | Çorman, Laçın rayonu, Azərbaycan SSR |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Həyat yoldaşı | Hikmət Sabiroğlu |
Milliyyəti | azərbaycanlı |
Təhsili | BDU-nun Jurnalistika fakültəsi |
Fəaliyyəti | jurnalist |
Mükafatları |
Həyatı
redaktəVəsilə Vahidqızı 19 avqust 1967-ci ildə Laçın rayonunda anadan olub.
BDU-nun jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib.
1992–2002-ci illərdə AzTV-də, 2002–2003-cü illərdə "İnternyus-Azərbaycan" İctimai Birliyində, 2004-cü ildə "Space" TV-də çalışıb.
2005-ci ildən İctimai Televizya fəaliyyətə başladığı ilk gündən bu telekanalda işləyib. BBC-də və Yaponiyanın ictimai kanalı olan NHK-də təcrübə kursu keçib.
İctimai Televiziyada şöbə müdiri, eyni zamanda "Ortaq məxrəc", "Müzakirə vaxtı", "Xalq seçir", "Qarabağ: real tarix" verilişlərinin aparıcısı olub. Hazırda Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri, komitənin İctimai Televiziya ilə birgə layihəsi olan "Vətən uzaqda deyil" verilişinin müəllifi və aparıcısıdır.
2010-cu ildə aparıcısı olduğu "Ortaq məxrəc" tok-şousu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun birgə keçirdiyi "Azərbaycan ailəsi – 2010" kino festivalı müsabiqəsinin "Ən yaxşı televiziya proqramı" nominasiyasında qalib olub.[1]
Xarici ölkələrdən, o cümlədən Yaponiya, Meksika, Kuba, İran, Türkiyə və s. hazırladığı verilişlər və bir sıra sənədli filmlər İTV-nin qızıl fondundadır. Qarabağ müharibəsindən bəhs edən neçə-neçə sənədli filmin, o cümlədən "54 gün mühasirədə", "İgidliyin zirvəsi", "Məhv edilmiş gələcək — Aygün",[2] "Şamaxı soyqırımı" və başqa sənədli filmlərin ssenari müəllifidir.
2011-ci ildə İctimai Televiziyadakı fəaliyyətinə görə Azərbaycan Jurnalistlər Birliyinin Həsən bəy Zərdabi mükafatını alıb. Azad, məsuliyyətli və peşəkar jurnalist fəaliyyətinə görə dövlət və qeyri-hökumət təşkilatlarının, jurnalist birliklərinin onlarla diplom və mükafatına layiq görülüb.
2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ölkədə kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib.
2021-ci ildən Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri, mətbuat xidmətinin rəhbəridir.[3][4]
Ailəsi
redaktəJurnalist Hikmət Sabiroğlunun həyat yoldaşıdır. Bir oğlu var.
Filmoqrafiya
redaktə- 54 gün mühasirədə (film, 2012)
- 9 il sizinlə (film, 2014) (qısametrajlı sənədli film) (ssenari müəllifi)
Xarici keçidlər
redaktəDiasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızı[5]
Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Vəsilə Vahidqızı[6]
İstinadlar
redaktə- ↑ "Vəsilə Vahidqızı". 2010-12-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-04-05.
- ↑ "Məhv edilmiş gələcək — Aygün" sənədli filminin təqdimatı: [rejissor Mirsadıq Ağazadənin quruluşunda er-məni terrorunun qurbanı olan 11 yaşlı Aygün Şahmalıyevanın faciəsindən bəhs edilən, hazırlanan eyniadlı film haqqında] //Mədəniyyət.- 2012.- 20 iyul.- S. 6; Kaspi.-2012.- 19 iyul.- S. 15.
- ↑ "Vəsilə Vahidqızı Diaspor Komitəsinin mətbuat katibi təyin edildi". Musavat.com. 2024-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
- ↑ "Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Vəsilə Vahidqızı təyin edilib". Qafqazinfo.az. 2024-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
- ↑ "Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızı". 2024-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
- ↑ "Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Vəsilə Vahidqızı - Müsahibəsi". 2023-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.