V Karl Fransa Krali - Wikipedia
V Şarl (fr. Charles V Fransızca tələffüz: [ʃaʁl sɛ̃k]) və ya Müdrik Şarl (fr. Charles le Sage Fransızca tələffüz: [ʃaʁl lə saʒ]) (d. 21 yanvar 1338 — ö. 16 sentyabr 1380) — Fransa kralı. Onun səltənəti Yüzillik müharibənin əvvəllərində uğurlu bir fransız qələbəsi ilə fərqlənir. Onun hərbi əməliyyatları nəticəsində ingilislər tərəfindən ələ keçirilən bir çox bölgə geri alındı və sələflərinin bəzi hərbi itkilərini uğurla bərpa etdi.
V Karl | |
---|---|
fr. Charles V de France | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 21 yanvar 1338 |
Doğum yeri | |
Vəfat tarixi | 16 sentyabr 1380 (42 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Yoluxucu xəstəliklər |
Dəfn yeri | |
Atası | II Jan[1] |
Uşaqları | |
Elmi fəaliyyəti | |
Elm sahəsi | Dövlət idarəetməsi[3], siyasət[3], hərbi iş[3] |
Vikianbarda əlaqəli mediafayllar |
Atası II Conun 1356-cı ildə Puatye döyüşündə əsir düşməsinin ardından Şarl Fransa kral naibi təyin edildi. Krallığın düşdüyü siyasi və iqtisadi çətin vəziyyətdə Şarl ilk öncə vergiləri artırdı. Nəticədə Navarra kralı Qəddar Şarlın rəhbərlik etdiyi zadəgan qrupu, fransız burjuaziyası və kəndli üsyanlarıyla qarşılaşdı. Bütün bu ayaqlanma və üsyanları yatırmasına baxmayaraq Şarl atasını azadlığa buraxmaq üçün 1360-cı ildə bağlanan sülhlə cənub-qərbi Fransanın böyük bir hissəsini ingilislərə təslim etdi.
Şarl atasının əsarət altında ölümünün ardından 1364-cü ildə Fransa kralı oldu. Təcrübəli müşavirlərinin yardımıyla ölkə üzərindəki hakimiyyəti kral xəzinəsini doldurmağa və Valua sülaləsinin yenidən nüfuz qazanmasına gətirib çıxardı. Fransa tarixinin ilk nizami ordusunu quraraq hərbçi zümrəsinin sadə xalq üzərindəki nüfuzunu azaltdı. Apardığı hərbi islahatların ardından güclənmiş orduyla vaxtilə atası səbəbilə ingilislərə tərk etdiyi bölgələrin hamısını geri aldı.
Şarl 1380-ci ildə vəfat etdi və yerinə qəli zəifliyi olan oğlu VI Şarl taxta çıxdı.
Mənbə
redaktə- Sarindar-Fontaine, François (2019). Charles V le Sage – Dauphin, duc et régent (1338–1358) (in French). L'Harmattan. ISBN 978-2-343-17371-9
- Henneman, John Bell (1971). Royal taxation in Fourteenth Century France, The Development of War Financing 1322–1356 (in French). Princeton: Princeton University Press
- Adams, Tracy; Adams, Christine (2020). The Creation of the French Royal Mistress: From Agnès Sorel to Madame Du Barry. The Pennsylvania State University Press
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 Kindred Britain.
- ↑ Deutsche Nationalbibliothek Record #118776754 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ 1 2 3 Çex Milli Hakimiyyət Məlumat bazası.