V Leo Imperator - Wikipedia
V Leo (yun. Λέων ὁ Ἀρμενίος)(775, Ərməniyyə – 29 dekabr 820, Konstantinopol) — Bizans imperatoru.[2][3]
V Leo | |
---|---|
yun. Λέων Ε' ο Αρμένιος lat. Leo V Armenius | |
12 iyul 813 – 25 dekabr 820 | |
Əvvəlki | I Mixail |
Sonrakı | II Mixail |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 775 |
Doğum yeri | |
Vəfat tarixi | 29 dekabr 820 |
Vəfat yeri | |
Fəaliyyəti | suveren[d] |
Ailəsi | Artsruni[1] |
Dini | xristianlıq |
Vikianbarda əlaqəli mediafayllar |
812-813-cü illərdə Bulqar çarı Krum xana qarşı çıxdığı səfərlərdə məğlub olan Bizans imperatoru I Mixailin taxtdan çəkilməsi nəticəsində paytaxt Konstantinopolda siyasi boşluq yarandı. O əsnada imperiya ordularında general rütbəsində xidmət edən erməni əsilli general Leo dərhal əmrindəki birliklərlə ordudan qaçdı və paytaxta gələrək tərtiblədiyi saray çevrilişi nəticəsində özünü imperator elan etdi. Cəmi bir il sonra böyük oğlu Sumbat dinini dəyişərək Ortodoks xristianlığı qəbul etdi və ortaq monarx elan olundu.
Sələfi olan I Mixail və bütün ailəsi fərqli kilsələrə sürgün edildilər. Oğulları isə xədim edilərək taxt hüququndan məhrum edildilər. İlk növbədə bulqarlarla illərdir davam edən müharibəyə son qoyuldu. Ancaq 820-ci ildə sadiq generalı Pəltək Mixailin tərəfdarlarının qurduğu sui-qəsdlə öldürüldü və II Mixail taxta çıxarıldı.
Geridə qalan oğulları dərhal xədim edildilər və mərkəzdən uzaqlaşdırıldılar.
Mənbə
redaktə- Lymberopoulou, Angeliki (2011). Images of the Byzantine World: Visions, Messages and Meanings : Studies Presented to Leslie Brubaker. Ashgate Publishing, Ltd. ISBN 978-1409407768
- Jenkins, Romilly James Heald; America, Medieval Academy of (1987). Byzantium: The Imperial Centuries, AD 610–1071. University of Toronto Press. ISBN 978-0802066671
İstinadlar
redaktə- ↑ Settipani C. Continuité des élites à Byzance durant les siècles obscurs (fr.): Les princes caucasiens et l'Empire du VIe au IXe siècle. Paris: 2006. P. 324–327. ISBN 978-2-7018-0226-8
- ↑ Herrin, Judith (2007). Byzantium: The Surprising Life of a Medieval Empire. Penguin. pp. 51–52. ISBN 978-0713999976
- ↑ Mango, Cyril A., ed. (1997). "A.M. 6305". The Chronicle of Theophanes Confessor. Oxford University Press. p. 502. ISBN 9780198225683