Vasinqton Bayragi - Wikipedia
Vaşinqton bayrağı (ing. Flag of Washington) — Tünd yaşıl fonda ştat gerbi həkk olunmuş Vaşinqton ştatının bayrağı. Üzərində ABŞ prezidentinin şəkli olan və tam yaşıl fona malik yeganə ABŞ ştat bayrağıdır.
Vaşinqton ştatının bayrağı | |
---|---|
Təfərrüatlar | |
Proporsiya | 1:1.6 |
Vikianbarda əlaqəli mediafayllar |
Bayrağın təsviri
redaktəBayrağın eninin uzunluğuna nisbəti 1:1.6-dır. Mərkəzində ştatın gerbi həkk olunmuş tünd yaşıl düzbucaqlı zolaqdan ibarətdir. Tünd yaşıl zolaq ştatın təxəllüsü olan "Həmişəyaşıl ştat" sözünü tərənnüm edir. Mərkəzdə isə ABŞ-nin ilk prezidenti olan Corc Vaşinqtonun portreti, onu ətrafında isə qızılı halqa vardır. Halqanın üzərində "Vaşinqton ştatının gerbi 1889" sözləri yazılmışdır.
Vaşinqton ştatının qanunlarının 434–04-cü maddəsində Vaşinqton bayrağının təsviri:[1]
- Hər bir bayrağın rəsmi tanınma gerbi olmalıdır, bayrağın hər iki üzünə və hər iki üzündə də mərkəzdə yerləşdirilməlidir. Gerbin ətrafı nahamar ola bilər;
- Gerbin ölçüsü bayrağın proposiyasından asılı olaraq istifadə olunmalıdır :
Bayrağın ölçüsu Fut |
Gerbin diametri Dyüm |
---|---|
3×5 | 19 |
4×6 | 25 |
5×8 | 31 |
Digər bütün hallarda gerbin diametrinin ölçüsü bayrağın ölçüsü ilə 1:3-ə nisbətində və bayrağın uzunluğunun eninə ölçüsü isə 1:1.6 nisbətində olmalıdır;
- Tekstil üçün rəng kodları Amerika Standart Rənglər İstinadında aşağıdakı kimidir :
Bayrağın rəngi | Kabel rəngi (Tekstil) |
Panton rəngi |
---|---|---|
Bayrağın fonu | Irish Green 80210 | PMS DS-268–1 |
Ştat gerbinin fonu | Oriental Blue 80176 | PMS DS-226–3 |
Ştat gerbi | Black | PMS Process Black |
Ştat gerbinin qızılı | Spanish Yellow 80068 | PMS DS-5–4 |
Saçağın qızılı (varsa) |
Spanish Yellow 80068 | PMS DS-5–4 |
Corc Vaşinqtonun siması | Eggshell 80004 | PMS DS-5–9 |
- Bütün tekstil rəngləri solmaz yuyulan boyalar olmalıdır;
Bayrağın istehsalı
redaktəVaşinqton bayrağını istehsal etmək istəyən hər bir şəxs onun iki nüsxəsini Vaşinqton Dövlət Katibliyinə göndərməlidir. Əgər qəbul olunarsa bayrağın bir nüsxəsi "qəbul olundu" yazısı ilə işarələnərək həmin şəxsə göndərilir, digər nüsxə isə arxivdə saxlanılır.[2]
Ştat qanununda göstərilir (RCW 1.20.010) : "Vaşinqton ştatının rəsmi bayrağı tünd yaşıl ipək və ya bayraq üçün parçadan olmalı və mərkəzində Vaşinqton ştatının gerbi işlənilməli, çap edilməli, boyanmalı və ya möhürlənməlidir. Bayrağın kənarı saçaqlı və ya saçaqsız ola bilər. Əgər saçaq istifadə olunursa, saçağın rəngi gerbdə istifadə olunan qızılı və ya sarı rənglə eyni olmalıdır. Bayrağın ölçüsü müxtəlif ola bilər."
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "WAC 434-04-017 - Description of seal for use on state flags". 2006-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-22.
- ↑ "Washington Secretary of State - State Flag: Authority for Reproduction". 2010-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-22.