Vahid Ismayilov - Wikipedia
Vahid Aslan oğlu İsmayılov (24 oktyabr 1931, Çərəkən, Cəbrayıl rayonu – 5 may 1983) — Ağcabədi rayonu Partiya Komitəsinin birinci katibi[1]
Vahid İsmayılov | |
---|---|
1978 – 1983 | |
Əvvəlki | Cavanşir Məmmədov |
Sonrakı | Məhəmməd Əsədov |
1968 – 1978 | |
Əvvəlki | Məmməd Əsgərov |
Sonrakı | Nadir Abbasov |
1965 – 1968 | |
Əvvəlki | Əli Əliyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 24 oktyabr 1931 |
Doğum yeri | |
Vəfat tarixi | 5 may 1983 (51 yaşında) |
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
Həyatı
redaktəVahid Aslan oğlu İsmayılov 24 oktyabr 1931-ci ildə Cəbrayıl rayonunun Çərəkən kəndində anadan olub.[2] 1953-cü ildə Gəncə Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsini bitirmişdir. Müxtəlif vaxtlarda aqronom, kolxoz sədri işləmişdir. İşgüzarlığını və yüksək mənəvi keyfiyyətlərini nəzərə alıb onu partiya işinə çəkmişlər. 1965–1983-cü illərdə Zəngilan, Ağcabədi, Jdanov (indiki Beyləqan) rayonlarında birinci katib işləmişdir.[3]
Bir neçə çağırış Ali Sovetin deputatı, Ali Sovetin Rəyasət Heyətinin üzvü olmuşdur. Sov. İKP MK-nın plenumlarına, qurultaylarına nümayəndə, Ali Sovetin Rəyasət Heyətinin, Mərkəzi Komitənin üzvü olmuşdur.
Mükafatları
redaktəLenin (1971), Oktyabr İnqilabı (1973), iki dəfə Qırmızı Əmək Bayrağı (1966, 1981) ordenləri ilə təltif edilmişdir.
Mənbə
redaktə- Ваһид Аслан оғлу Исмајылов // Азәрбајҹан ССР Али Советинин депутатлары. Онунҹу чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1982. С. 197.
İstinadlar
redaktə- ↑ [1]
- ↑ Sobulu, Əli. Rusiya işğalları və Zəngilan. Bakı: Avropa. 2013. səh. 423. ISBN 978-9952-8032-5-9.
- ↑ "Arxivlənmiş surət". 2017-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-28.