Vahid Ehmedoglu - Wikipedia
Vahid Əhməd oğlu Hacıyev (d. 5 yanvar 1956, Qazax rayonu Aslanbəyli kəndi, Azərbaycan) — Azərbaycan jurnalisti, yazıçı, filoloq, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan İdman Jurnalistləri Assosasiyasının üzvü.
Vahid Əhmədoğlu | |
---|---|
Vahid Əhməd oğlu Hacıyev | |
Doğum tarixi | |
Doğum yeri | Aslanbəyli, Qazax rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Əhməd Hacıyev |
İxtisası | filoloq |
Təhsili | Ali |
Fəaliyyəti | jurnalist |
Mükafatları | İlin İdman Jurnalisti, "Qizıl Qələm", "Media Açarı", "Həsən bəy Zərdabi" mükafatları laureatı |
Həyatı
redaktə1956-ci il yanvarın 5-də Qazax rayonu Aslanbəyli kəndində anadan olmuşdur. İbtidai təhsilini kənd orta məktəbində almış, 1965-ci ildən Bakı şəhərindəki 102 saylı orta məktəbdə davam etmiş və 1973-cü ildə 29 saylı fəhlə-gənclər məktəbini bitirdikdən sonra 56 saylı Şəhər Texniki Peşə Məktəbini bitirmişdir. Bir müddət tikinti sahəsində, Keşlə, Bakı elektrik maşınqayırma zavodlarında tornaçı, cilallayıcı işləmişdir. 1974-1976-cı illərdə keçmiş Sovet ordusunda xidmət etmiş, SSRİ Hərbi Hava Qüvvələrinin əlaçısı döş nişanına layiq görülmüşdür. 1976-cı ildə hərbi hissənin göndərişi ilə indiki BDU-nin hazırlıq şöbəsində oxumuş, 1977-ci ildə indiki Bakı Dövlət Unversitetinin filologiya fakültəsinə daxil olmuş 1982-ci ildə təhsilini fərqlənmə diplomu ilə bitirmişdir.
Təhsil dövründə iki illik Marksizim-Leninizim Universitetinin, Zaporojye Dovlət Universitetinde təkmilləsmə kursları kecmisdir, Zaqafqaziya Komsomol məktəbinin axşam şöbəsini fərqlənmə diplomu ilə bitirmişdir. Hələ tələbəlik illərində yadda qalan ədəbi-bədii gecələrin təşkilatçısı, sinif nümayəndəsi seçilmiş, "Araz" ədəbi bədii divar qəzetinin redaktoru olmuş, fakültə komsomol komitəsinə rəhbərlik etmiş, BDU-nun İdman klubunun idarə heyətinin üzvü seçilmişdir. 1982-ci ildən Cəlilabad rayonunun Adnalı kənd orta məktəbində dil-ədəbiyyat müəllimi, direktor müavini vəzifəsində işləmişdir.1985-ci ildən "Suraxanıneft" NQÇİ-də təşkilatçı müəllim, "Əzizbəyovneft" NQÇİ-nin "Neftçi" çoxtirajlı qəzetinin müxbiri, redaktoru vəzivəsində çalışmışdır. Ailəlidir, iki övladı var.
Fəaliyyəti və yaradıcılığı
redaktə1992-ci ildə "Neft Daşları" qəzetinə dəvət almış, 1993-cü ildə Çilovda "Gələcək gün" qəzetinin məsul katibi işləmişdir. Jurnalist 1996-cı ildə "Neft Daşları" qəzetinin Günəşli yatağı və Çilov adası üzrə xüsüsi müxbir təyin edilmişdir. Eyni zamanda "Vışka", "Respublika", "İqtisadiyyat" qəzetlərinin ictimai müxbiri, "Məktəb idmançısı", "Veteran", "Vətən sevgisi" qəzetlərinin baş redakdor müavini kimi iri həcmli, müxtəlif janrlarda yazıları dərc edilmişdir. Keçmiş ittifaqda çıxan "Neftyannik" jurnalında müxtəlif mövzularla dəfələrlə çıxış etmişdir. Bədii yazıları ədəbi jurnallarda və qəzetlərdə, müxtəlif almanaxlarda çap olunmuşdur. 35 ildən artıqdır ki, dövrü mətbuatda müxtəlif mövzularda çıxış edir. Onun yaradıçılığı üçün mövzu və janr məhdudiyyəti yoxdur. Uzun illər dahilərin idman həyatını tədqiq etmiş, Azərbaycan atçılığı barədə 150-dən çox məqalə yazmışdır. Haqqında dövrü mətbuatda 10-dan çox məqalə çap olunmuşdur. Bir sıra nifuzlu yaradıcılıq müsabiqələrinin qalibi olmuş və mükafatlarla təltif edilmişdir.
Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan İdman Jurnalistləri Assosasiyasının üzvüdür. "Əfsanəvi geoloq", Unutmaz Vətən məni", Tufanlardan keçən ömür", "Əməkdar mühəndis Əmirov", "Günəşliyə şöhrət və tərəqqi gətirənlər", "Dənizdə ağaran saçlar", "Darıxma ana", "Ürəklərdə izi qaldı", "Hər şeydən keçilər vətən keçilməz", "Qəlbimizdir bölünməyən Vətənim", "Yeddi oğul istərəm" (neftçi şəhidlər haqqında), "Bəhərli ömür", "Neft dünyasının Bəxtiyarı", "Xəzinələr adası", "İstedadlı geoloq-alim", "Buruq ustası Süleyman Bağırov" "Ucalmaq istəsən" və "Mirzə Dadaş Bədirxanov" s. publisist kitabların, eləcə də 6 şeir kitabının müəllifidir. Neftçilərin bədii yaradıcılığından ibarət üç poeziya almanaxının tərtibçisi, ön sözün müəllifi və redaktorudur. "Qizıl Qələm", "Media Açarı", "Həsən bəy Zərdabi" adına mükafatların laureatıdır. 2009-cu ildə Azərbaycan İdman Jurnalistləri Assosasiyası tərəfindən "Dünyanı səninlə sevmişəm ey dost" kitabına görə "İlin jurnalisti" elan olunmuşdur. Dəfələrlə cəbhə bölgələrində ezamiyyətdə olmuş və dövrü mətbuatda silsilə yazılarla çıxış etmişdir. Hal-hazırda çalışdığı "28 May" NQÇİ-də iş otağında neft muzeyini, "Şəhidlər", "Heydər Əliyev" guşəsini zəngin şəxsi kitabxana yaratmışdır. Onun əməyi müxtəlif təşkilatlar, "Vışka" qəzeti tərəfindən fəxri fərmanlara və diplomlara layiq görülmüşdür.