Vahid Memmedov - Wikipedia
Vahid Abdulla oğlu Məmmədov — Azərbaycan alimi, Rusiya alimi, Rusiya Elmlər Akademiyasının Kazan Elmi Mərkəzinin A. E. Arbuzov adına Üzvi və Fiziki-Kimya İnstitutunun "Heterosiklik birləşmələr" laboratoriyasının müdiri, kimya üzrə elmlər doktoru, professor.
Vahid Mәmmәdov | |
---|---|
Vahid Abdulla oğlu Mәmmәdov | |
Doğum tarixi | |
Doğum yeri | Zaqatala rayonu, Lahıc kәndi |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | kimya-fizika |
Elmi dərəcəsi | kimya üzrə elmlər doktoru |
Elmi adı | Professor |
İş yerləri | Rusiya Elmlər Akademiyasının Kazan Elmi Mərkəzi, A.E.Arbuzov adına Üzvi və Fiziki-Kimya İnstitutu |
Təhsili | Bakı Dövlət Universiteti |
Həyatı
redaktəVahid Abdulla oğlu Məmmədov 1959-cu il iyulun 1-də Azərbaycan Respublikasının Zaqatala rayonunun Lahıc kəndində anadan olmuşdur. 1981-ci ildə indiki Bakı Dövlət Universitetinin kimya fakültəsini fərqlənmə diplomu ilə bitirib, 1981–1985-ci illərdə Azərbaycanda Fizika İnstitutunda və Neft-Kimya Prosesləri İnstitutunda işləyib. 1985-ci ildə SSRI Elmlər Akademiyasının Kazan filialının (indi Rusiya Elmlər Akademiyasının Kazan Elmi Mərkəzi adlanır) A. E. Arbuzov adına Uzvi və Fiziki Kimya Institutunun aspiranturasına daxil olub və 1989-cu ildə "α-Xlor-ketonların sintezi və xassələri" mövzusunda namizədlik dissertasiyası müdafiə edib.
1997–1998-ci illərdə Yaponiyanın Okoyama Universitetində postdok kimi professor Sadao Suboyun yanında təcrübə keçib və təcrübə zamanı yapon həmkarları ilə birlikdə şiş əlehinə müasir preparatlar olan C-13 yan zəncirli taksol və doketaksolun sintezinə yanaşma üsulunun işlənməsi ilə məşğul olub.
1999-cu ildə V. A. Məmmədov "Alfa, alfa-dixlorkarbonil birləşmə – aldehid (keton, azometin) – əsas sistemində reaksiyalar" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
Əsas elmi fəaliyəti
redaktə2002-ci ildə o, Rusiya Elmlər Akademiyasının Kazan Elmi Mərkəzinin A. E. Arbuzov adına Üzvi və Fiziki Kimya Institutunun "Heterotsiklik birləşmələr" laboratoriyasının müdiri təyin olunub (2002).
Professor V. A. Məmmədov heterotsiklik birləşmələr kimyası sahəsində görkəmli alimdir. Onun 180-dən çox elmi əsəri çap olunub və onlar 3-, 5-, 6 — və 7-üzvlü heterosiklik birləşmələrin sintezi, strukturunun tədqiqi, reaksiya qabiliyyətlərinin, reaksiya mexanizmlərinin, təbii dərman preparatlarının kimyasının öyrənilməsi və fermantativ sintezi üsullarının tədqiqinə aiddir.
Elmi Tədqiqatları
redaktəOnun 180-dən çox elmi əsəri çap olunub. 12 elmlər namizədi hazırlamışdır. V. Məmmədov dəfələrlə beynəlxalq konfranslarda (1990-cı ildə Latviyada, 1994, 2016-cı illərdə Hollandiyada, 1997, 2012 və 2015-ci illərdə ABŞ-da, 1997, 2000, 2015-ci illərdə Yaponiyada, 2002-ci ildə Almaniyada, 2006-cı ildə İtaliyada və Ukraynada, 2008-ci ildə Belçikada, 2010-cu ildə Norveçdə) elmi məruzələrlə çıxış etmişdir.
2000-ci ildə Yaponiyanın Osaki, Tokio, Okoyama, Kioto, Kobe universitetlərində dəvət olunmuş professor kimi "Heterotsikllər asimmetrik sintezdə induktor kimi" adlı məruzə ilə, 2008-ci ildə Yaponiyanın Koçi, İvaki, Meisey, Kitasato, Osaki universitetlərində "Darzan reaksiyası — köhnə reaksiyalar, yeni imkanlar" və "Xinoksalin-2 (1H) — onlar üzvi sintezdə əvəz olunmaz reagentlər kimi" mövzularında mühazirələr oxumuşdur.
Onun kəşf etdiyi və "Mamedov Heterocycle Rearrangement" adlanan pereqruplaşma 2012-ci ildə A. Hassner və LNamboothirinin "Organic syntheses based on name reactions (Third edition)" (Elsevier Science, 2012) monoqrafiyasına daxil edilmişdir.
2016-cı ildə beynəlxalq "Springer" nəşriyyatının təklifi ilə V. A. Məmmədovun "QUINOXALINES: Synthesis, Reactions, Mechanisms and Structure" (Springer International Publishing Switz, 2016, 437) kitabı nəşr olunub və bu kitab birinci və yeganə kitabdır ki, azot heterotsikllərinin ən əhəmiyyətli siniflərindən birinin – xinokslalinlərin bioloji əhəmiyyətli kondensləşmiş və makrotsiklik sistemlərin sintezində reagent kimi istifadə imkanlarını kompleks təsvir edir.
Pedaqoji fəaliyyəti
redaktəV. A. Məmmədov, eyni zamanda yüksək peşəkarlıqla pedaqoji fəaliyyətlə də məşğul olur. O, A. M. Butlerov adına Kimya İnstitutunun üzvi kimya kafedrasında və Kazan (Bivoljsk) Federal Universitetində "Heterosikllərin kimyasının nəzəri əsasları", "Heterosiklik birləşmələr sistemində məntiq" adlı xüsusi kurslar və Kazan Milli Tədqiqat Texnoloji Universitetinin üzvi kimya kafedrasında "Üzvi kimya" və "Üzvi birləşmələrin reaksiya qabiliyyətləri" adlı ümumi kurslardan mühazirələr oxuyur.
Təltif və mükafatları
redaktəOnun "Makrotsiklik birləşmələrin yeni siniflərinin sintezi metodologiyasının yaradılması – yeni nəsil dərman vasitələrinin əsasıdır" adlı işə görə Tatarıstan Respublikasının Prezidenti R. N. Minnixanovun fərmanı ilə Tatarıstan Respublikasının elm və texnika sahəsində 2014-cü il üçün Dövlət mükafatına layiq görülüb.
İstinadlar
redaktəMənbə
redaktə- "Arxivlənmiş surət". 2022-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-27.
Xarici keçidlər
redaktə- "МАМЕДОВ ВАХИД АБДУЛЛА ОГЛЫ".
- "Вахид Абдулла оглы Мамедов". www.uspkhim.ru. İstifadə tarixi: 2024-10-20.
- "Мамедов Вахид Абдулла оглы, Доктор химических наук". rscf.ru (rus). İstifadə tarixi: 2024-10-20.