Valeh Bersadli - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bərşadlı Valeh Əyyub oğlu (6 iyul 1927, Eyvazlı – 15 may 1999, Bakı) — general, Azərbaycanın müdafiə naziri.
Valeh Bərşadlı | |
---|---|
Valeh Əyyub oğlu Bərşadlı | |
5 sentyabr 1991 – 11 dekabr 1991 | |
Əvvəlki | vəzifə təsis olunub |
Sonrakı | Tacəddin Mehdiyev |
11 dekabr 1991 – 4 sentyabr 1992 | |
Əvvəlki | Rüfət Əmirov (əvəzedici) |
Sonrakı | Səfər Əbiyev (əvəzedici) |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 6 iyul 1927 |
Doğum yeri | |
Vəfat tarixi | 15 may 1999 (71 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Təhsili | |
Fəaliyyəti | hərbi qulluqçu |
Rütbəsi | general-leytenant |
|
|
Təltifləri |
Həyatı
redaktəValeh Bərşadlı 6 iyul 1927-ci ildə Qubadlı rayonunun Eyvazlı kəndində dünyaya gəlmişdir. Bakı Ali Birləşmiş Komandanlıq məktəbini bitirmişdir. 50 yaşında sovet ordusunda general-leytenant rütbəsi almış ilk azərbaycanlıdır. Müstəqil Azərbaycanın 1992-ci ildə ilk müdafiə naziri və Azərbaycan tarixində ilk müvəffəqiyyətli Goranboy və Ağdərə əməliyyatlarını həyata keçirmiş baş qərargah rəisi olmuşdur. 1992-ci ildə tutduğu vəzifədən istefa vermişdir.
Valeh Bərşadlı 43 il SSRİ Silahlı Qüvvələrində xidmət etmiş, taqım komandirliyindən ən nəhəng ordulardan (Almaniya Demokratik Respublikasında yerləşən sovet qoşun birləşmələrindən) birinin müavinliyinə qədər yüksəlmişdir.[1]
1999-cu il, 15 may tarixində vəfat etmiş və məzarı Fəxri Xiyabanda yerləşir.
İstinadlar
redaktə- ↑ "İkinci müstəqilliyimizin ilk müdafiə naziri". 2021-05-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-01-25.
Xarici keçidlər
redaktə- "Qarabağın görkəmli şəxsiyyətləri:Valeh Bərşadlı (1927-1999)". "Virtual Qarabağ" İKT Mərkəzinin rəsmi portalı (az.). virtualkarabakh.az. 2013. 2017-12-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-14.
- General Bərşadlının oğlu: “Elçibəy atama verdiyi vədə sahib çıxmadı”