Valentina Vizkonti Milan Hersoqinasi - Wikipedia
Valentina Vizkonti (it. Valentina Visconti; ən tezi 1366 və ən geci 1371, Paviya – 4 dekabr 1408[1]) — Orlean hersoqu I Lüdovikin xanımı, Vertus qrafinyası və Orlean hersoqinası.
Valentina Vizkonti | |
---|---|
it. Valentina Visconti | |
4 iyun 1392 – 23 noyabr 1407 | |
Əvvəlki | Orleanlı Blanş |
Sonrakı | Valualı İzabella |
Şəxsi məlumatlar | |
Doğum tarixi | ən tezi 1366 və ən geci 1371 |
Doğum yeri | |
Vəfat tarixi | 4 dekabr 1408[1] |
Dəfn yeri | |
Fəaliyyəti | əsilzadə |
Atası | Jan Qaleazzo Vizkonti |
Anası | Valualı İzabella |
Həyat yoldaşı |
|
Uşaqları | |
Vikianbarda əlaqəli mediafayllar |
Atası I Milan hersoqu Jan Qaleazzo Vizkonti, anası isə onun ilk xanımı olan Fransa kralı II Conun qızı İzabelladır. Anasının 1372-ci ildə vəfatının ardından o və 3 qardaşı nənəsi Savoyyalı Biankanın himayəsinə verildi. Ancaq qardaşlarının uşaq yaşlarında ard-arda vəfat etməsi nəticəsində, anasının vaxtilə cehiz olaraq aldığı Vertus qraflığına varis seçildi.
1379-cu ildə atasının əmisi olan Milan lordu Bernabo Vizkontinin oğlu Karlo Vizkonti ilə nişanlansa da, bu nişan lord tərəfindən ləğv edildi və 1382-ci ildə oğlunu bir başqa fransız əsilzadəsiylə evləndirdi. Bu səbəblə ailə daxilində yaranan qarşıdurma Bernabo Vizkontinin taxtdan endirilməsi və qısa zaman sonra şübhəli vəziyyətdə ölümüylə nəticələndi. Onun yerini alan atası Jan Qaleazzo isə dərhal yeganə varisi olan qızı üçün uyğun ər namizədi axtarmağa başladı. Nəhayət uzun danışıqların ardından, öz dayısı Fransa kralı V Karlın oğlu Lüdoviklə evləndirildi. Qohum olmaları səbəbilə, evlilik üçün Roma papasından gələcək icazəni gözləyən cütlüyün nikah sözləşməsi 27 yanvar 1387-ci ildə Parisdə imzalandı. Ancaq yeganə varisini Fransaya göndərmək istəməyən atası Jan Qaleazzo, o əsnada hamilə olan xanımının doğumuna qədər müxtəlif bəhanələr göstərərək qızını yanında saxladı. Nəhayət, ögey qardaşı Jan Mariyanın 7 sentyabr 1388-ci ildə dünyaya gəlməsinin ardından, Valentina Vizkonti 300 nəfərlik cəngavər alayı ilə birlikdə Fransaya yola düşdü. Cütlüyün toy mərasimi 17 avqust 1389-cu ildə Melöndə baş tutdu. Vaxtilə anasına cehiz verilən Vertus qraflığı bu evlilik yoluyla cütlüyə hədiyyə edildi.
Ancaq ərinin 1392-ci ilin iyununda Orlean hersoqluğuna yüksəlməsi ilə Fransa sarayındakı intriqa dalğası yenidən yüksəldi. Qaynı olan Fransa kralı VI Karlın xanımı Bavariyalı İzabellanın səyləri nəticəsində cütlük qısa zaman sonra saraydan sürgün edildi. Bu siyasi mübarizənin nəticəsində əri Orlean hersoqu I Lüdovik 1407-ci ildə sui-qəsd nəticəsində qətlə yetirildi. Bundan bir il sonra isə Valentina Vizkonti 4 dekabr 1408-ci ildə bilinməyən səbəblə vəfat etdi.
Ölümünün ardından sahib olduğu Vertus qraflığı ikinci oğlu Filippə, onun vəfatından sonra isə evləndiyi əsnada cehiz olaraq yeganə qızı Marqaritaya verildi.
Övladları
redaktə- Ölü doğulan bir oğlan uşağı (25 mart 1390)
- Lüdovik (26 may 1391 - sentyabr 1395)
- Con (sentyabr 1393 - 1 noyabr 1393)
- Karl, Orlean hersoqu
- Filipp, Vertus qrafı (21 iyul 1396 - 1 sentyabr 1420)
- Con, Anqulem qrafı (24 iyun 1399 - 30 aprel 1467) — Fransa kralı I Fransiskin babası;
- Ölü doğulan bir qız uşağı (aprel 1401)
- Marqarita, Vertus qrafinyası (4 dekabr 1406 - 24 aprel 1466)
Mənbə
redaktə- Adams, Tracy (2010). The Life and Afterlife of Isabeau of Bavaria. Johns Hopkins University Press.
- Azzolini, Monica (2013). The Duke and the Stars: Astrology and Politics in Renaissance Milan. Harvard University Press.
- Booton, Diane E. (2016). Manuscripts, Market and the Transition to Print in Late Medieval Brittany. Taylor & Francis.
- DeSilva, Jennifer Mara (2015). The Sacralization of Space and Behavior in the Early Modern World: Studies and Sources. Routledge.
- Emerton, Ephraim (1917). The Beginnings of Modern Europe (1250–1450). Boston: Ginn & Co.
- Gallo, F. Alberto (1995). Music in the Castle: Troubadours, Books, and Orators in Italian Courts of the Thirteenth, Fourteenth, and Fifteenth Centuries. University of Chicago Press.
- Henneman, John Bell (2018). Olivier de Clisson and Political Society in France Under Charles V and Charles VI. University of Pennsylvania Press.
- Knecht, Robert (2004). The Valois: Kings of France 1328–1589. Hambledon Continuum.
- de Mesquita, Daniel Meredith Bueno (1941). Giangaleazzo Visconti, Duke of Milan (1351–1402): A Study in the Political Career of an Italian Despot. Cambridge at the University Press.
- Rohr, Zita Eva (2016). Yolande of Aragon (1381–1442) Family and Power: The Reverse of the Tapestry. Palgrave Macmillan.
- Sumption, Jonathan (2016). The Hundred Years War. Vol. 4: Cursed Kings. University of Pennsylvania Press.
- Veenstra, Jan R. (1998). Magic and Divination at the Courts of Burgundy and France: Text and Contest of Laurens Pignon's "Contre le devineurs (1411)". Brill.
- Welch, Evelyn S. (1995). Art and Authority in Renaissance Milan. Yale University Press.
İstinadlar
redaktə- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Kindred Britain.