Valide Memmedova - Wikipedia
Validə İmran qızı Məmmədova (1950, Bakı) — Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tədris işləri üzrə prorektoru (2015–2021), professor (2010), Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2008).
Validə Məmmədova | |
---|---|
Məmmədova Validə İmran qızı | |
Doğum tarixi | 1950 |
Doğum yeri | |
Elmi dərəcələri | filologiya elmləri namizədi,dosent |
Elmi adı | professor |
Mükafatları |
Həyatı
redaktəValidə İmran qızı Məmmədova 1950-ci ildə Bakıda ziyalı ailəsində anadan olub.
Təhsili
redaktə1967-ci ildə Bakının 172 saylı orta məktəbi, 1972-ci ildə V. İ. Lenin ad. APİ-nin (indi ADPU) Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirib.
1973-cü ildə M. Lomonosov ad. MDU-nun "Psixologiya" fakültəsində ixtisasartırma keçib.
1981–1984-cü illərdə istehsalatdan ayrılmaqla AR Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat institutunun aspirantı;
Əmək fəaliyyəti
redaktə1974–1976-cı illərdə Xalq Təsərrüfatı işçilərinin ali ixtisasartırma kurslarında Peşə etikası və psixologiya fənni üzrə müəllim;
1975-ci ildən bu günə qədər pedaqoji fəaliyyəti Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə bağlıdır.
1991–1994-cü illərdə müəllimliklə yanaşı eyni zamanda əvəzçiliklə Universitetin Elmi Şurasının katibi vəzifəsində çalışıb.
2001–2010-cu illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "Humanitar və ictimai fənlər" kafedrasının müdiri;
2010–2015-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Tədris işləri üzrə prorektor;
2015–2021-ci illərdə ADMİU-da Tədris işləri üzrə prorektor;
2021-dən bu günə kimi ADMİU-nun rektor müşaviri vəzifəsində çalışır.
1988-ci ildən filologiya elmləri namizədi, 1990-cı ildən dosent, 2010-cu ildən professordur.
2008-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.[1]
13 dekabr 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.[2]
İctimai fəaliyyəti
redaktə1994–2015-ci illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Azərbaycan dili və ədəbiyyatı üzrə ekspert, seminar rəhbəri
2005-ci ildən Təhsil Nazirliyinin Dərslikləri Qiymətləndirmə Şurasının üzvü;
2008-ci ildən Milli Elmlər Akademiyasının İncəsənət və memarlıq üzrə Koordinasiya Şurasının üzvü.
2015-ci ildən Təhsil Nazirliyinin ali təhsil pilləsinin səviyyələri üçün Dövlətstandartı və təhsil proqramları hazırlayan işçi qrupun üzvü; Mədəniyyət və incəsənət ixtisasları üzrə işçi qrupun sədri;
2015-ci ildən AAK-ın eksperti;
Bir monoqrafiya, ali məktəb tələbələri üçün "Müasir rus ədəbiyyatı", "Rus mühacirət ədəbiyyatı" dərsliklərinin müəllifi, "Mədəniyyət tarixi və nəzəriyyəsi" və "Beynəlxalq mədəni əlaqələr" dərsliklərinin (I və II cild) həmmüəllifidir.
Ailəlidir. Bir övladı var.
İstinadlar
redaktə- ↑ "Azərbaycan qadınlarının bir qrupuna fəxri adların verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı". 2020-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-18.
- ↑ "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-13.