Vani - Wikipedia
Vani (gürc. ვანი) — Gürcüstanın İmereti diyarında, Sulori çayının sahilində (Rioni çayının qolu), Kutaisi şəhərinin 41 km cənub-qərbində yerləşən şəhər. 2014-cü ilin siyahıalmasına görə şəhərin əhalisi 3744 nəfərdir. Vani şəhəri 40 kənddən ibarət Vani bələdiyyəsinin (sahəsi 557 km2, əhalisi 24.512 (2014)) mərkəzidir.
Şəhər | |
Vani | |
---|---|
gürc. ვანი | |
42°05′02″ şm. e. 42°30′43″ ş. u.HGYO | |
Ölkə | Gürcüstan |
Region | İmereti |
Rayon | Vani |
İcma | Vani |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1981 (şəhər növüu) |
Mərkəzin hündürlüyü | 60 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi | 3.744 nəfər (2014) |
Dini tərkibi | xristianlar |
Rəsmi dili | Gürcü dili |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 995 432 |
Poçt indeksi | 1900 |
Digər | |
vani.gov.ge | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktə1947-ci ildə Vani şəhəri ətrafında aparılan arxeoloji qazıntı işləri zamanı (N. Xoştariya və O. Lortkifanidze) qədim Kolxida şəhərinə aid yaşayış məntəqəsi ilə bağlı artifaktlar tapılmışdır. Bu şəhərin adı məlum olmasa da, tarixi 4 dövrə ayrılır. E.ə. VII–VIII əsrlərdə Vani şəhərinin mədəni mərkəz olduğu fərz edilir. Vanin e.ə VII–VI əsrlərdəki tarixi qədim mədni qatlarla, taxta məmulatlarla, qurbangahlarla, qəbiristanlıqlarla təmsil olunur. Vaninin Kolxida şəhərinin siyasi mərkəzi olduğu güman olunur. E.ə. III–IV əsrlərdə Vani şəhərində xeyli qurbangah və daş tikili tikilmişdir.
Müasir Vani şəhəri statusunu 1981-ci ildə əldə etmişdir. Şəhərdə 1985-ci ildə açılan tarix muzeyində Kolxidanın qədim tarixinə aid artifaktlar sərgilənir.
Qardaş şəhərlər
redaktəİstinadlar
redaktə- ↑ "Sister Cities International – 2013 Membership Directory". 2016-03-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-07-29.
- ↑ "Municipality of Vani" (PDF). Archived from the original on 2013-08-20. İstifadə tarixi: 2015-07-29.
- ↑ "Municipality of Vani". 2016-03-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-07-29.
- ↑ "Municipality of Vani". Archived from the original on 2012-04-25. İstifadə tarixi: 2015-07-29.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- Otar Lordkipanidze Vani Arxeologiya Muzeyi Arxivləşdirilib 2011-07-21 at the Wayback Machine
- Vani ABŞ Arxeologiya İnsititutunun saytında Arxivləşdirilib 2007-03-13 at the Wayback Machine