Vanna Buakeva - Wikipedia
Vanna Buakeva – İqtisadçının şərəfini qoruyan təcrübəli qadın libero. Avropada oynayan ilk tailandlı voleybolçudur. 18 ildir ki, Tailand milli voleybol komandasının şərəfini qoruyur. Milli komandadakı debüt matçı 1996-cı ildə Malayziyaya qarşı olmuşdu.[1]
Vanna Buakeva วรรณา บัวแก้ว | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Vanna Buakeva |
Doğum tarixi | |
Doğum yeri | Sa Kaeo Tailand |
Vətəndaşlığı | Tailand |
Voleybolçu məlumatları | |
Boyu | 1.72 m |
Çəkisi | 54 kq |
Zərbəsi | 283 sm |
Bloku | 275 sm |
Mövqeyi | Libero |
Karyerası | |
Komandası | İqtisadçı |
Nömrəsi | 2 |
Klub karyerası | |
1999–2002 2002–2003 2003–2008 2008 2009 2009–2010 2010 2010–2011 2011–2012 2012 2012– |
Pepsi Bangkok Volley Spezzano Tailand (azad agent) Sang Som Federbrau İqtisadçı Federbrau Nonq Khai Saijo Denki Federbrau İqtisadçı |
Milli komanda karyerası | |
1996– | Tailand |
Vikianbarda əlaqəli mediafayllar |
Karyerası
redaktəVanna Buakeva karyerasına 1996-cı ildə məktəb səviyyəsində başlamışdı. 1999-cu ilə qədər Tailand millisinin müxtəlif yaş qruplarında oynamış, daha sonra isə 2002-ci ilə qədər Pepsi şirkətinin Banqkok şəhərindəki komandası olan Pepsi Bangkokda oynamışdı. 2001-ci ildə milli komanda ilə birlikdə Asiya çempionatında bürünc medal qazanmışdı.
2002-03 mövsümünü İtaliyada keçirən voleybolçu Volley Spezzano ilə ilk legioner macərasını da yaşamışdı. 2003-2008 illəri arasında onun öz deyimi ilə "Bütün gücümü milli komandaya həsr etmişdim" sözləri tam doğru idi. Belə ki, bu illərdə o heç bir klubda oynamamış, ancaq milli komanda ilə birlikdə bir çox turnirdə iştirak etmişdi. Bu intervalda 2007-ci ildə Asiya çempionatının bir daha bürünc medalını qazanmışdı. Bu səfər bu nailiyyətlə də bəs etməyib bir də şəxsi mükafat qazandı. Bu turnirin "Ən yaxşı müdafiəçi"si nominasiyasında qazanılmış mükafat idi.
İstinadlar
redaktə- ↑ Thailand, Kingdom of - Player's biography Arxivləşdirilib 2013-09-21 at the Wayback Machine (ing.)
Xarici keçidlər
redaktə- Vanna Buakeva FİVB saytında Arxivləşdirilib 2013-09-21 at the Wayback Machine (ing.)