Vaqif Eliyev Fizik - Wikipedia
Vaqif Məşədi oğlu Əliyev (16 dekabr 1945, Yevlax) — fizika-riyaziyyat elmləri doktoru, dosent, Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun aparıcı elmi işçisi. [1]
Vaqif Əliyev | |
---|---|
Vaqif Məşədi oğlu Əliyev | |
Doğum tarixi | |
Doğum yeri | Yevlax, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Atası | Əliyev Məşədi |
Anası | Əliyeva Həmayə |
Elm sahələri | fizika, bərk cisimlər fizikası |
Elmi dərəcəsi | fizika-riyaziyyat elmləri doktoru |
Elmi adı | dosent |
İş yeri | Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutu |
Təhsili | Azərbaycan Neft və Kimya İnstitutu Kimya-texnologiya fakültəsi |
Həyatı
redaktəƏliyev Vaqif Məşədi oğlu 1945-ci il dekabr ayının 16-da Azərbaycan Respublikasının Yevlax şəhərində anadan olmuşdur. O, 1964-cü ildə Yevlax şəhər 1 saylı orta məktəbini qızıl medalla bitirmiş və həmin ildə də Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Sənaye və Neft Universiteti)nin kimya-texnoloğiya fakultəsinə daxil olmuş, 1969-cu ildə isə İnstitutu müvəffəqiyyətlə bitirmişdir. 1969-77-ci illərdə həmin İnstitutun “Yüksək molekullu birləşmələrin texnologiyası” kafedrasında əmək fəaliyyətinə başlamışdır. 1972-76-cı illərdə həmin İnstitutun aspirantı olmuş və 1980-cı ildə “ Yüksək molekullu birləşmələrin kimyası” ixtisası üzrə namizədlik dissertasiyası mydafiə etmişdir. Əliyev Vaqif müxtəlif illərdə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda (1979-83-cü illər) və Təbii Ehtiyatların Kosmosdan Tədqiqi İnstitutunda (1977-79 və 1988-94-cü illər) aparıcı mühəndis, böyük elmi işçi, bölmə müdiri vəzifələrində elmi fəaliyyətlə məşğul olmuşdur. O, 1983-88-ci illərdə isə Azərbaycan İnşaat-Mühəndisləri İnstitutunun (indiki Arxitektura və İnşaat Universiteti) Elmi Tədqiqat Bölməsində İnstitutda yerinə yetirilən dövlət büdcəsindən maliyyələşən və təsərrüfat hesablı elmi tədqiqat işlərinin effektliliyinin araşdırılması və istehsala tətbiqi üzrə böyük elmi işçi vəzifəsində fəaliyyət göstərmişdir. Əliyev Vaqif 1988-ci ildən məşğul olduğu elm sahəsini dəyişərək yuxarı temperaturlu ifratkeçirici materialların alınması, tədqiqi sahəsində AMEA-nın Təbii Ehtiyatların Kosmosdan Tədqiqi İnstitutunda, 1994-cü ildən isə Fizika İnstitutunda tədqiqat işləri yerinə yetirərək 2014-cü ildə fizika üzrə elmlər doktorluq dissertasiyasını müdafiə etmişdir.
Əsas elmi nailiyyətləri
redaktəVaqif Əliyevin əsas elmi fəaliyyəti Y-Ba-Cu-O və Bi-Sr-Ca-Cu-O sistemli yuxarı temperaturlu ifratkeçirici (İK) materialların alınması və onların fiziki xassələrinin tədqiqi ilə bağlıdır. O, Y1-x(Tm, Nd, Cd)xBa2Cu3O7- (x=0÷1), Bi2-xPbxSr2CaCu2Oy, Bi2Sr2ZnCu2Ox İK nümunələrini sintez etmiş, onların fiziki xassələrini tədqiq etmiş və alınmış eksperimental nəticələri İK üçün mövcud olan nəzəriyyələr, o cümlədən fluktasiya keçiriciliyi nəzəri modelləri, əsasında şərh etmişdir. O, YBa2Cu3O7-δ əsaslı yuxarı temperaturlu ifratkeçirici materialın tərkibində ittrium elementıni kadmium elementı ilə əvəz etməklə yeni yuxarı temperaturlu ifratkeçirici material - CdBa2Cu3O7-δ almışdır. İlk dəfə olaraq eksperimental yolla bu YTİK nümunədə 275K temperaturda əyani olaraq faza keçidinin olması öz təsdiqini tapmış və kəmiyyətcə qiymətləndirilmişdir. Bu əvəzetmə alınmış ifratkeçirici materialın maya dəyərinin dəfələrlə azalmasına səbəb olmuşdur. Vaqif Əliyev Bi2Sr2CaCu2Ox sistemli ifratkeçirici materialın tərkibində kalsium elementıni bütünlüklə sink elementı ilə əvəz etmə yolu ilə yeni Bi2Sr2ZnCu2Ox İK material almış və eksperimental nəticələr ifratkeçiricilər üçün mövcud olan nəzəriyyələrlə şərh edilmişdir. O, bismut və ittrium əsaslı İK materialları, eyni zamanda yeni alınmış yuxarı temperaturlu ifratkeçirici Bi2Sr2ZnCu2Ox və CdBa2Cu3O7-δ materialların nəticələrini yayılmış faza keçidi nəzəriyyəsi ilə müqayisə edərək bu nəzəriyyənin ifratkeçirici materiallara tətbiqin mümkünlüyünü təsdiqləmişdir. Vaqif Əliyev butadien-nitril kauçukuna ifratkeçirici YBa2Cu3O7-δ əlavə etməklə ifratkeçirici polimer kompozit materialın alınması mümkünlüyü istıqamətində tədqiqat işləri də aparılmışdır. Elmi araşdırmalarin nəticəsində təsdiq etmişdur ki, kauçuk və ifratkeçirici YBa2Cu3O7-δ materialların istidən genişlənmə əmsallarının fərqli olması ifratkeçirici materialın hissəcikləri arasında toxunmanı pozur, bu səbəbdən də ifratkeçirici polimer kompozit materialın alınması qeyi-mümkün olur. Nəticədə elektrik keçiriciliyinə malik kompozit material alınmışdır.
- Elmi əsərlərinin sayı - 74
- Xaricdə dərc olunan əsərlərinin sayı -14
- Beynəlxalq bazalarda indeksləşən jurnallarda (Web of Science, Scopus və s.) dərc olunan əsərlərinin sayı-10
- Müəllifik şəhadətnamələrinin və patentlərin sayı-3
- Elmi-pedaqoji fəaliyyəti – 1 il
Əsas elmi əsərləri
redaktə- Aliev V.M., Aliev S.A., Ismailov I.A., Mechtiev A.Sh., Ragimov S.S., Eynullaev A.V. Preparation and electrical and thermoelektrical properties of high-temperature superconductors Y1-XTmXBa2Cu3O7-Y / Proceedings of the Second Symposium on the solid state chemistry, Pardubice (Czechoslovakia), 1989, p.242-244
- Алиев В.М., Алиев С.А., Рагимов С.С., Багиров Дж.А., Исмаилов И.А., Мехтиев А.Ш., Эйнуллаев А.В. Кинетические явления в ВТСП керамиках // Известия АН Азерб.ССР, сер.физ.,тех. и мат. наук, 1993, № 3-4, с.103-110
- Алиев В.М., Билалов Я.М., Рагимов Дж.А. Влияние иттрий содержащей сверхпроводящей керамики на физико-механические свойства и электропроводность резины на основе бутадиен- нитрильного каучука // ж. Физика, 2007, т. 13, № 1-2, с. 205-207
- Алиев В.М. Размытие фазовых переходов в системе Cd-Ba-Cu-O // Azərb. MEA Xəbərləri, fizika, texn., və riyaz. elm. ser., 2011, c. 31, №5, s. 113-117
- Алиев В.М. Размытие фазовых переходов в системе Bi-Sr-Zn-Cu-O // Azərb. MEA Xəbərləri, fizika, texn., və riyaz. elm. ser., 2010, c. 30, №2, s. 59-63
- Алиев В.М., Алиев С.А., Рагимов С.С., Султанов Г.Дж., Мамедова А.Н., Получение сверхпроводящей Bi2Sr2ZnCu2OX керамики и исследование ее электрофизических свойств // Физика низких температур, 2009, т.35, №11, с. 1081-1084
- Алиев В.М., Алиев С.А., Рагимов С.С., Султанов Г.Дж., Мамедова А.Н., Получение сверхпроводящей Bi2Sr2ZnCu2OX керамики и исследование ее электрофизических свойств // Физика низких температур, 2009, т.35, №11, с. 1081-1084
- Алиев В.М., Алиев С.А., Рагимов С.С. и др. Получение сверхпроводящей керамики CdBa2Cu3O7-δ и исследование ее электрофизических свойств // Физика низких температур, 2011, т.37, №4, с. 351-355
- Алиев В.М., Рагимов С.С., Селимзаде Р.И. Псевдощель в CdBa2Cu3O7-δ ВТСП материале // Физика низких температур, 2013, т.39, №6, с.635-641
- Алиев В.М., Мамедова А.Н., Рагимов С.С., Селим-задеьР.И., Таиров Б.А., Исследование псевдощелевого состояния в Bi2Sr2CaCu2Ox и Bi2Sr2ZnCu2Oy ВТСП материалах, Физика низких температур, 2016, т.42, №10, с.1184-1194
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2019-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-28.