Vaqif Sadixov Cazmen - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Vaqif Sadıxov (6 iyun 1946, Bakı) — Azərbaycanlı cazçı.
Vaqif Sadıxov | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 6 iyun 1946 (78 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | musiqiçi |
Həyatı
redaktə1946-cı il iyun ayının 6-da Bakı şəhərində anadan olub. Hələ Bülbül adına məktəbdə təhsil alarkən, Vaqif Sadıxovu ona görə vunderkind adlandırırdılar ki, o, çox çətin əsərləri öz yaşına uyğun olmayan bacarıq və asanlıqla ifa edir və musiqini mütləq qavrama qabiliyyətinə malik idi, və eləcə də onun çox gözəl xarici görünüşü bu ada layiq idi. Ağ sifətli, toppuş, tamamilə ev uşağı, saçının səliqə ilə daranması buna sübut idi. Vaqifin atası — məşhur həkim, oğlunun nailiyyətlərinə hədsiz sevinir və oğlunu babası, məşhur tar ifaçısı Sadıxcanın davamçısı kimi görürdü. Lakin Vaqifin əmisi oğlu, caz həvəskarının maqnitofon kasetini qulaq asmaq üçün gətirməsi ilə hər şey dəyişdi. Oskar Piterson… Mən onun musiqisini eşidəndə başım gicəlləndi, və sonralar mən özümü onsuz təsəvvür etmirdim. Vaqif məktəbdə simfo-caz təşkil edir və bununla da atasını məyus edir. O konservatoriyada oxuyarkən cazı ifa edirdi. Ümumiyyətlə, Vaqif haqqında "konservatoriyada oxuyarkən" ifadəsi o qədər də düzgün olmazdı, belə tələbə Vaqifə qədər və ondan sonra da olmamışdır. Hələ birinci kurs tələbəsi olarkən o "Qaya" vokal qrupunun tərkibində çıxış edir, və onunlada Moskvada keçirilən müsabiqəyə, yola düşür. Gedir…və orada M. Qorki küçəsində yerləşən o, vaxt caz musiqisinin Məkkəsi olan, "Molodyojnoye" kafesində qalır. "Molodyojnoye" kafesinin K-M kvartetinin rəhbəri, məşhur saksofonçu V. Sermakaşov o vaxtlar hələ heç kimə məlum olmayan 18-yaşlı bakılını tərəddüd etmədən, öz elitar qrupuna qəbul edir. Vaqif vaxtı, yeməyi, istirahəti belə unudaraq ifa edirdi. Axşamlar proqram çalır, səhər və gündüz isə elə buradaca kafedə məşq edirdi — kirayə etdiyi otaqda heç bir çalğı aləti yox idi.
Doğmaları isə Bakıda çaşqınlıq içərisində idilər: necə oldu ki, mədəni ailədən çıxmış, ev uşağı və gecə kafesi… Onu qardaşı, konservatoriya müəllimləri, həmkar dostları ruhlandırırdılar. Cürbəcür talelərlə üzləşən, artıq saçlarına dən düşmüş adlı-sanlı akademiklər, iş adamları, siyasətçilər və musiqiçilər, indiyədək V. Sadıxovun mahir musiqi ifaçılığını xatırlayırlar.
Şübhəsiz ki onun istedadı valehedicidir: əvəzedilməz improvizəçı, yüksək ustalığa malik pianoçu — Vaqifi belə adlandırmışlar və adlandırırlar. O, öz istedadı və bacarığı ilə qısa bir vaxtda məşhur cazmenlərin diqqətini özünə cəlb etdi və onu Qolşteyn, Nosov, Kusman kimi korifeylər ifaçılığa dəvət etdilər, Onlarla birgə "Sineya ptitsa" və "Peçora"da çıxış edirdi. Vaqif Bakıya yalnız imtahanlar vaxtı gəlirdi. O, 20-gün qabaq imtahan proqramına hazırlaşar və həmişəki kimi imtahanları "əla" qiymətlə başa vururdu, və yenə Moskva şəhərinə qayıdırdı. Vaqif caz ulduzu Cerri Maliqanla birlikdə konsertlər vermiş və bu konsertlər iki gün dalba-dal "Amerikanın səsi" radiodalğasında səsləndirilmişdir.
1968-ci ildə Çarlz Lloyd, Cak-Canet, Pol Qansales, B. Reyli, Mil Xilton, Zbiqnev Namıslovskiy və başqaları Vaqifi öz proqramlarına dəvət etmişlər. Beləki, Vaqif Moskvada, Tallində, Finlandiyada, Almaniyada, Hindistanda və Kubada nə qədər saysız-hesabsız nüfuzlu musiqi forumlarında olmuş, və yenə də yaxşıların yaxşısı kimi tanınmışdır. 1973-cü ildə o, O. Lundstremin orkestrində işləməyə başlayır. Beləliklə solo ifa edən V. Sadıxovun aktiv səsyazma işləri başlayır. Ümumittifaq səsyazma studiyası nəzdində "Melodiya" ansamblı və qastrollar, qastrollar, qastrollar… Sonsuz, qurtarmaq bilməyən qastrol konsertlərinin fasilələri zamanı Vaqif özünün "Barometr" diskini və "Posvyaşeniye X. Xenkok" adlı kompozisiyasını yazır. Sonralar o, öz xüsusi "Sovremennaya cazovaya muzıka" (müasir caz musiqisi) adlı beşlik kvinteti yaradır. O, xalq mahnıları mövzusuna müraciət edərək bir çox əsərlər bəstələyir.
1988-ci ildə Vaqifin Azərbaycan xalq musiqisi koloritli "Nostalgiya" əsəri Moskvada keçirilən Ümumittifaq festivalında ilin ən yaxşı kompozisiyası adına layiq görülmüşdür, və rus xalq folkloruna əməl edilmiş "Vanka-Vstanka"sı Nyu-Yorkda Amerika musiqiçiləri tərəfindən diskə yazılmışdır.
Sonralar Vaqif Ümumittifaq Dövlət Kinematoqrafiya simfonik orkestrində işləyərkən, kinofilmlərə musiqilər yazmış, aranjimanlar və çıxışlar etmişdir. Bundan başqa o, Amerika kvintetinə məşhur truba çalan V. Ponomaryovun konsertinə dəvət olunur. Kvintetlə Moskva ümumittifaq festivalında iştirak edir, və sonra tam anşlaqlarla həmin musiqiçilərlə birlikdə Nyu-York və Konnektikutda konsertlər verir. Bir zaman sonra, Vaqif Amerika saksofonçusu İqor Butmanın kvartetilə birlikdə çalır. "Vaqif yüksək səviyyədə musiqi alətinə toxunma tərzinə, və taça malikdir, belə ancaq zəncilər ifa edirlər", caz ustası belə etiraf etmişdi. Onlar, əksər hissəsi Vaqif Sadıxovun əsərlərindən ibarət olan proqramlarla, Avropa, ABŞ və Avstraliyada qastrollarda olurlar. Lakin doğma şəhərimizin küçələri Vaqifi özünə cəlb edir, o, tez-tez solo konsertlərlə Bakıya qayıdır və burada keçirilən caz festivallarda iştirak edərək, həmyerlilərinin qəlbində böyük məhəbbət hissi qazanmışdır.