Varda Korpusu - Wikipedia
Varda körpüsü— Adana vilayəti Karaisalı ilçəsinin Hacıkırı (Kıralan) kəndində yerləşib, yerli əhali tərəfindən "Böyük körpü" adlandırılır. Hacıkırı Dəmir Yolu körpüsü 1912-ci ildə Almanlar tərəfindən inşa edildiyi üçün Alman körpüsü kimi tanınır. Adanaya avtomobil yolu məsafəsi Karaisalıdan 64 km məsafədədir. Dəmir yolu ilə Adana stansiyasına məsafəsi 63 km-dir.
Varda körpüsü | |
---|---|
37°14′24″ şm. e. 34°58′48″ ş. u.HGYO | |
Ölkə | Türkiyə |
Şəhər | Adana |
Yerləşir | Qaraisalı |
Aidiyyatı | Osmanlı imperiyası |
Sifarişçi | II Əbdülhəmid |
Tikilmə tarixi | 1907-1912 |
Material | daş[d] |
Vəziyyəti | fəaliyyət göstərir |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Bu körpü Almanlar tərəfindən, polad qəfəs daş hörmə üsulu ilə aparılmışdır və 6 bölmədən ibarətdir. 1912-ci ildə istifadəyə verilmişdir. Körpünün tikilmə məqsədi İstanbul-Bağdat-Hicaz Dəmir yolu xəttini tamamlamaq olubdur.
Texniki xüsusiyyətləri
redaktəKargir körpü növündə 3 əsas açıqlıqlıq və 4 əsas sütun üzərində qurulmuşdur. Körp 200 metr uzunluğunda və 99 metr hündürlüyündədi. Körpünün sütunları polad mesnet növü olub xarici örtməsi daş hörmə üsulu ilə tikilmişdir. Tikintisinə 1907-ci ildə başlanmış 1912-ci ildə tamamlanmışdır. Körpü sütunları təminatı üçün dörd ədəd ayağın içində pillələr mövcuddur. Körpü üzərindəki dəmir yolu 1220 metr radiuslu bir kurpla keçirilmişdir. 5 illik tikinti prosesində 21 fəhlə və bir alman mühəndis müxtəlif səbəblərlə ölmüşdür.