Vasili Trabzon Imperatoru - Wikipedia
Vasiley Komnenos (yun. Βασίλειος Μέγας Κομνηνός) (1315 – 6 aprel 1340) — 12-ci Trabzon imperatoru.[2]
Vasili | |
---|---|
yun. Βασίλειος Μέγας Κομνηνός | |
23 sentyabr 1332 – 6 aprel 1340 | |
Əvvəlki | II Manuel |
Sonrakı | İrina Paleoloq |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1315 |
Vəfat tarixi | 6 aprel 1340 |
Vəfat səbəbi | zəhər[d] |
Atası | II Aleksey (Trabzon imperatoru) |
Anası | I Beka |
Həyat yoldaşları |
|
Uşaqları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəAtası Trabzon imperatoru II Aleksey, anası isə Mesxeti atabəyi I Bekanın qızı Ciacak Cakelidir. Atasının 1330-cu ildə vəfatının ardından qardaşı Andronik taxta çıxmış, ilk iş olaraq qardaşları Mixail və Qriqorini edam etdirmişdir. Vasiley isə qaçaraq Bizans imperatoruna sığınmışdır. Qardaşının qısa səltənətinin ardından 8 yaşlı oğlu Manuel taxta çıxmış ancaq saraydakı Bizanspərəst əyanların dəstəyilə Vasiley Komnenos Trabzonda hakimiyyəti ələ almışdır.
İlk iş qardaşının saraydakı bütün tərəfdarlarını qılıncdan keçirən Vasiley Komnenos bir il sonra həbs tutulan qardaşı oğlu Manueli də edam etdirdi. Buna baxmayaraq imperiyadakı daxili çəkişmələri sonlandıra bilmədi. Dəstək almaq məqsədilə vaxtilə sığındığı Bizans imperatoru III Andronikin qızı İrina Paleoloqla evlənsə də, çox keçmədən Bizansla münasibətləri pisləşdi. Belə ki, imperatorun qızı İrina Paleoloqdan boşanmaq niyyətinə düşən Vasiley Komnenosun İrini adlı məşuqəsi var idi və bu məşuqəsindən övladları dünyaya gəlmişdi.
Vasiley Komnenos 6 aprel 1340-cı ildə xanımı İrina Paleoloq tərəfindən zəhələnərək öldürüldü.
Ailəsi
redaktəXanımları
redaktə- İrina Paleoloq — Bizans imperatoru III Andronikin qızı.
- Trabzonlu İrini — məşuqəsi və 4 övladının anasıdır.
Övladları
redaktə- Aleksey Komnenos (d. 1327 — ö. 1349)
- III Aleksey
- Mariya Komnini
- Teodora Komnini — 29 avqust 1358-ci ildə türkmən əmiri Hacı Ömər bəylə evləndirilmişdir.
- Helena Komnini (ö. 1366) — Gürcü çarı V Baqratla evləndirilmişdir.
Mənbə
redaktə- Claude Cahen, Pre-Ottoman Turkey: A General Survey of the Material and Spiritual Culture and History c. 1071–1330, 1968
- George Finlay, The History of Greece and the Empire of Trebizond, (1204–1461) (Edinburgh: William Blackwood, 1877)
- Alexander Kazhdan, (Ed.) (1991). The Oxford Dictionary of Byzantium (İngilizce). Oxford ve New York: Oxford University Press. ISBN 0-19-504652-8
İstinadlar
redaktə- ↑ 1 2 Lundy D. R. Basileios Comnenos, Emperor of Trebizond // The Peerage (ing.).
- ↑ Jackson Williams, Kelsey (2007). "A Genealogy of the Grand Komnenoi of Trebizond". Foundations: The Journal of the Foundation for Mediaeval Genealogy.