Vasili Suxomlinski - Wikipedia
Vasili Suxomlinski (ukr. Василь Олександрович Сухомлинський; rus. Василий Александрович Сухомлинский; 28 sentyabr 1918-2 sentyabr 1970) — sosialist əməyi qəhrəmanı, ukraynalı yazıçı.
Tərcümeyi-hal
redaktəSuxomlinski Ukraynnın Omelnyk kəndində kəndli ailəsində dünyaya gəlib, 1933-cü ildə yeddiillik Vasili ibtidai məktəbini bitirdikdən sonra yerli tibb texnikumuna daxil olub. Lakin o, buradakı təhsilini yarımçıq qoyub və Robitfaka qəbul olunub.
1935-ci ildə o doğma kəndində müəllim kimi işə başlayıb. 1938-ci ildə Poltava Pedaqoji İnstitutuna qəbul olub və həmin il də məzun olub. Təhsilini başa vurduqdan sonra doğma kəndinə qayıdıb, Onufriyev orta məktəbində Ukrayna dili və ədəbiyyatı müəllimi işləyib. II dünya müharibəsi zamanı könüllü cəbhəyə yollanıb. 1942-ci ilin yanvar ayında Moskvanın müdafiəsi zamanı ağır yaralanıb.
Bundan sonra Ufa orta məktəbinin direktoru olub. 1944-cü ildə Ukrayna faşist Almaniyası işğalından azad olunandan sonra Regional Xalq Təhsili Direktoru vəzifəsinə təyin edilib. 1947-ci ildə (öz xahişi ilə) Pavliş şəhərində buradakı orta məktəbin direktoru olub və ömrünün sonuna qədər bu vəzifədə çalışıb.
Təhsil fəlsəfəsi
redaktəSuxomlinskinin təhsil sisteminin əsas təməlini təhsilə mənəvi yanaşma təşkil edirdi. Bu mənəvi yanaşmaya görə onun tələbələri insan münasibətlərinə, təbiət gözəlliyinə həssas yanaşır, ətraf mühitə münasibətdə məsuliyyətli davranırdılar.[1]
Ürək maarifləndirilməsi
redaktəSuxomlinski çalışıb hər bir uşağın uşaqlıq dövrünün uzadılmasını vacib sayırdı. Onun fikrincə uşaqların saflığını qorumaq üçün, onlarda dünyaya müsbət baxış formalaşdırmaq önəmlidir.
İstinadlar
redaktəBaşka linklər
redaktə- Each One Must Shine – a pdf version of "Each One Must Shine: The Educational Legacy of V.A. Sukhomlinsky", originally published by Peter Lang, New York, in 1999.
- V.A. Sukhomlinsky: holistic educator – A web site promoting Sukhomlynsky's ideas and containing photo-galleries.
- In Search of Sukhomlinsky – A blog describing Alan Cockerill's visit to Ukraine to research Sukhomlynsky's legacy. Contains photographs.