Venansio Flores - Wikipedia
Venansio Flores (18 may 1808 Trinidad — 19 fevral 1868 Montevideo.) — Dövlət və siyasi xadim, ordu generalı, Uruqvay prezidenti olaraq 1854–1855 və 1865–1868-ci illərdə ölkənin müvvəqəti prezidenti.
Venansio Flores | |
---|---|
Prezident | |
Fevral 1865 – 19 Fevral 1868 | |
Əvvəlki | Bernardo Berro |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Vəfat tarixi | (59 yaşında) |
Vəfat yeri | Montevideo |
Partiya | |
Fəaliyyəti | siyasətçi, hərbi qulluqçu |
Rütbəsi | general |
Vikianbarda əlaqəli mediafayllar |
İlk karyerası
redaktə1839-cu ildə San-Xose departamentinə rəhbər təyin edir. Uruqvay Vətəndaş müharibəsində fəal iştirak etmişdir. O Manuel Oribe və onun argentinalı tərəfdarlarına qarşı fəaliyyət göstərmişdir. Müharibə bitdikdən sonra Uruqvay Kolorado Partiyasının əsas simasına çevrilir. 1853-cü ilin 26 sentyabrdan fəaliyyətdə olan üç müvvəqəti hökumətdən birinə rəhbərlik etmişdir.
Prezidentliyi
redaktəO Uruqvay prezidenti olaraq 1855-ci ilə qədər ölkəni idarə edir. Sonradan Argentinaya getməli olur. 1863-cü ildən Bernardo Berroya qarşı vətəndaş müharibəsi başlayır. Argentina və Braziliyanın dəstəyi ilə 1865-ci ildə hakimiyyətə gətirilir. O diktator, olsa da hər kəs onu islahatcı, dekonratizm meyilli bir siyasətçi kimi tanıyır. Onun prezidentliyi dönəmində Uruqvayın Braziliya və Argentina arasında balanslaşdırılmış siyasəti öz bəhrəsini verirdi. Hakimiyyəti dönəmində Buenos Ayres arasında teleqraf xətti, ölkə daxilində dəmir yol tikintisi həyata keçirilir. Üstəlik Vətəndaş və Ticarət məcələləri qəbul edilir. 1868-ci ilin 15 fevralında prezidentlik postundan çıxır.
Ölümü
redaktəO prezidentlikdən istefa verdikdən sonra 4 gün sonra öldürür. Onu öldürənlər tapılmır. Ölümü Kolorada və Milli partiyaları arasında çəkişmənin qurbanı olur. Onun doğulduğu bölgə onun şərəfinə Flores departamenti adlandırılmışdır.