Vestminster Korpusu - Wikipedia
Vestminster körpüsü Londonda Temza çayı üzərində piyadaların və avtomobillərin hərəkəti üçün tikilmiş, şimal sahilində Vestminster və cənub sahilində Lambeti birləşdirən körpüdür.
Vestminster körpüsü | |
---|---|
Westminster Bridge | |
51°30′03″ şm. e. 0°07′19″ q. u.HGYO | |
Keçid | Temza çayı |
Yeri | Böyük London, Vestminster borosu, Lambet[d] |
Üslubu | Arka körpü |
Uzunluğu |
|
Eni | 26 m |
Açılışı | 1862 (Yenidənqurma:2007) |
Vikianbarda əlaqəli mediafayllar |
Körpü, əsasən, yaşıl rəngdə boyanıb. Bu, körpünün yaxınlığındakı Vestminster sarayında yerləşən İcmalar palatasındakı oturacaqlar ilə eyni rəngdədir. Bu körpü həmçinin Lordlar Palatasının oturacaqları ilə eyni rəngdə, qırmızı rəngdə olan Lambet Körpüsündən fərqli rəngdədir və Parlament Palatasının qarşısındadır.[1]
2005–2007-ci illərdə körpü əsaslı şəkildə bərpa olundu, dəmir kəmərlər dəyişdirildi və körpü yenidən rəngləndi. Körpü çayın qərb sahilində Vestminster sarayını Kaunti Hall və şərq sahilindəki Londonun gözü ilə birləşdirir. Vestminster körpüsü London Marafonunun ilk illərində finiş nöqtəsi idi.
Tarixi
redaktə1750-ci ildə Vestminster körpüsü tikilənədək, Temza çayı üzərində yeganə körpü London körpüsü idi.[2] Bu körpü 1862-ci ildə yenisi ilə əvəz olunub.
İstinadlar
redaktə- ↑ Becky Jones,Clare Lewis. The Bumper Book of London: Everything You Need to Know About London and More... Frances Lincoln. 2012. səh. 127. ISBN 978 1 781011 03 4. (#accessdate_missing_url)
- ↑ Thames Diamond Jubilee Pageant, Key facts Arxivləşdirilib 2012-06-05 at the Wayback Machine; yoxlanılıb 2012–6-3.