Vettern Golu - Wikipedia
Vettern (isv. Vättern) — Vanerndən sonra sahəsinə görə İsveçin ikinci böyük gölü.
Vettern | |
---|---|
isv. Vättern | |
| |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 88 m |
Eni | 31 km |
Uzunluğu | 135 km |
Sahil uzunluğu | 550 km |
Sahəsi | 1886 km² |
Həcmi | 73,5 km³ |
Su tutumu | 4503 km² |
Dərin yeri | 128 m |
Orta dərinliyi | 41 m |
Minerallaşma tipi | şirin |
Yerləşməsi | |
58°24′ şm. e. 14°36′ ş. u.HGYO | |
Ölkə | İsveç |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Gölün ümumi sahəsi 1912 km², sahil zonası ilə birlikdə 4503 km, dəniz səviyyəsindən hündürlüyü isə 88 m. Ən dərin nöqtəsi Visingsö adasından cənubda yerləşir və 128 metr dərinliyə malikdir. Gölün orta dərinliyi 40 metrdir. Sahil xəttinin uzunluğu təxminən 642 km. Həcmi 74 km³, əvvəllər suyun səviyyəsi tez-tez dəyişdiyi üçün göl suyunun səviyyəsi xüsusi avadanlıq tərəfindən tənzimlənir. Şərq və qərbdən dağlarla əhatə olunub; çox mənzərəli sahilə sahibdi: Orta Əsrlərdə krallar Visingsö adasında tez-tez qalırdılar.
Gölə xırda axınlar tökülür. Göta kanalı vasitəsilə göl Baltik dənizi və Vanern gölü (sonra Kattegat boğazı ilə) ilə birləşir.
Ehtimal olunur ki, Vettern adı isveç dillindən "Vatten" (su) sözündən əmələ gəlib, amma bu iddia mübahisəlidi. Başqa rəvayətə görə, bu adın "vätter" (meşə və ya ruhlu göl) arxaik termindən yaranıb.
Geologiya
redaktəGölün geologiyası Baltik Dənizi ilə sıx bağlıdır, çünki bir zamanlar Vettern bu dənizin bir hissəsi idi. Yaxın geolojik keçmişdə Vettern və Vanern gölləri mərkəzi İsveçi Skagerrak boğazı ilə birləşdirən su sisteminin tərkib hissəsi idi.
Vetternin yer qabığı şərq-qərb istiqamətdə hərəkət etməsindən formalaşmış qrabendə yerləşir.[1] Son milyon il ərzində çoxsaylı donmalar gölü və onun ətrafını bürümüşdür, və onlar geri çəkildikdən sonra buzlaq zolaqlar və drumlin[ölü keçid] kimi qalıqlar peydə oldu..
Göl indiki vəziyyətini son buzlaşma dövründən sonra (10 million il əvvəl) Skandinaviya buzlağını tərk edib almağa başlamışdı. Sonra o, öncə Baltik buz gölünün boğazı oldu (gölün relikt heyvan növlərinin çoxusu məhz həmin vaxtdan burada məskunlaşmağa başladılar). Sonradan o, Yoldia dənizinin boğazına dönərək, Ancylus gölü ilə birləşdi. Təximinən 8000 il öncə nahamar Skandinaviya izostatik torpaq artması qəzası nəticəsində Vettern Ancylus-dan yuxarda yerləşməyə başladı, və beləcə onlar ayrıldılar.
Vettern post-buzlağın sürətlə artmasının nəticəsində hər il 1 mm (0.039) cənub tərəfə aşağı əyilir.[1]
Müxtəlif sahələrdə istifadəsi
redaktəGöl
redaktəVettern əla keyfiyyətli şəffaf suyu ilə məşhurdu. İsveçin vilayətlərində bələdiyyələrin bir çoxu birbaşa Vetterndən içməli su alır. Hətta təklif olunurdu ki, Vettern dünyada içməli suyun ən böyük mənbəsi sayılsın.
Vettern həm də öz "Vetternrundan" adlı istirahət məqsədli velosiped yürüşü ilə tanınır, gölün sahilləri ətrafında 300 km səfəri başa çatma məqsədi hər il təxminən 20.000 nəfəri cəlb edir.
Burada olan balıqçılığa marağı da qeyd etmək lazımdı. Turistlər burada sərbəst balıq tuta bilərlər, amma tor istifadəsi qadağandır. Həmçinin, göldə kommersiya balıq ovu da təşkil olunur.
Drenaj hövzəsi
redaktəDrenaj hövzəsi bu sahələrin məşğulluğunu təmin edir: mədənçıxarma, emal sənayesi, meşəçilik və kağız. Əkinçilər daha çox qaramal, qoyun, donuz və quş ətlərinin istehsalı ilə məşğuldular.
İstinadlar
redaktə- ↑ 1 2 "Fakta om Vättern" (isveç dilində). 6 avqust 2009-cu il tarixində orijinaldan arxivləşdirilib