Veymar Konstitutsiyasi - Wikipedia
Veymar konstitutsiyası və Alman Reyxinin konstitutsiyası (alm. Die Verfassung des Deutschen Reichs) - çox hallarda Veymar konstitutsiyası (alm. )Weimarer Verfassung) adlanır. Konstitutsiyasa Almaniyanın Veymar Respublikası erası zamanı (1919-1933) istifadə edilmişdir. Konstitutsiya ilə Almaniya demokratik parlament respublikası elan edilirdi. Qanunverici orqan proporsional nümayəndələr əsasında seçilirdi. Minimum seçki yaşı 20 olmaqla ümumi seçkidən istifadə edilirdi. Nasistlər dövründə konstitutsiya texniki olaraq qüvvədə qalmışdır.[1]
Konstitutsiyanın adı Alman imperiyası zamanı konstitutsiyannı adı ilə eyni idi. Alman dövlətinin rəsmi adı Deutsches Reich idi. Bu 1949-cu ilə qədər belə olmuşdur.[2]
Haqqında
redaktə1919-cu il iyul ayının 31-də Alman Müəssislər Məclisi iclasın keçirildiyi yerin adına uyğun olaraq Veymar konstitutsiyasını qəbul etdi. Konstitutsiya avqustun 11-də qüvvəyə mindi. Ölkədə monarxiya quruluşu ləğv edildi. Yeni dövlət quruluşu yaradıldı. Konstitutsiyaya görə Almaniya federativ quruluşlu, prezidentli və parlamentli respublika oldu. Konstitutsiya yaradıcıları ölkənin əsas qanunu hazırlayərkən Fransa və İngiltərənin təcrübəsini nəzərə almışdılar.[3]
Ölkədə qanunverici hakimiyyət parlamentə məxsus idi. Parlamentin yuxarı palatası reyxsrat adlandırıldı. Reyxsratın yalnız veto qoymaq, referendum və konstitutsiya dəyişikliklərində iştirak etmək hüququ var idi. Onun tərkibinə əhalinin sayına uyğun olaraq torpaq landtaqlarının nümayəndələri daxil edilirdi. Parlamentin aşağı palatası reyxstaq adlandırıldı. Reyxstaqın 68 nəfər üzvündən 27-i prezident tərəfindən təyin olunurdu. O, qanunverici prosesə nəzarət edirdi. Parlament ümumi seçki yolu ilə 4 ildən bir seçilirdi. Seçib-seçilmək hüququ 20 yaş müəyyənləşdirildi. Konstitutsiyada reyxstaqa geniş səlahiyyətlər verildi. Bu səlahiyyətlərə xarici ölkələrlə əlaqələr saxlamaq, müstəmləkə məsələləri, mühacirət, müdafiə, nəşr, ittifaqlar yaratmaq, bank, ticarət, dəmiryolları, sənaye, sosial təminat, vətəndaş azadlıqları və s. daxil idi.
Konstitutsiyaya görə 7 ildən bir seçilən dövlət başçısı prezidentə böyük səlahiyyətlər verilirdi. O, beynəlxalq aləmdə ölkəni təmsil edirdi. O, parlamenti buraxa və qanunları ləğv edə bilərdi. Konstitutsiyanın 48-ci maddəsi ilə prezidentə ölkədə fövqəladə vəziyyət tədbiq etmək səlahiyyəti verilmişdi. Prezident partiyaların fövqündə duraraq respublika quruluşunun və imperiyanın bütövlüyünün təminatçısı oldu. Onun hökumətin başçısını təyin etmək və vəzifədən çıxarmaq səlahiyyəti var idi. Prezident eyni zamanda ölkənin silahlı qüvvələrinin ali baş komandanı vəzifəsini daşıyırdı.[3]
Almaniya 18 torpaqdan ibarət oldu. Hər bir torpağın konstitutsiyası və hokuməti yaradılırdı. Veymar konstitutsiyası yerli qanunverici orqanlar olan landtaqları da formalaşdırdı.
Konstitutsiya vıtındaşlara geniş hüquqular verdi. Veymar konstitutsiyasında şəxsiyyətin hüquq və azadlıqları, ictimai, sosial-iqtisadi məsələlər təsbit edildi. Qadın və kişilər, başqa dilli əhalı, milli azlıqlar qanun qarşısında bərabər elan olundular. Şəxsiyyətin toxunulmazlığı, mənzil hüququ, yazışmaların məxfiliyi, söz, mətbuat, fəaliyyət azadlığı və cəmiyyətlər yaratmaq hüququ verildi. Kilsə dövlətdən ayrıldı. İcbari təhsil tətbiq edildi.
Veymar konstitutsiyası sosial istiqamətli, yeni tipli demokratik dövlət konstitutsiyası idi. Konstitutsiyanın yaradılması ilə klassik liberal konstitutsiya modelindən xeyli irəli gedildi.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Nohlen, D & Stöver, P (2010) Elections in Europe: A data handbook, p762 ISBN 978-3-8329-5609-7
- ↑ PREUSS DENOUNCES DEMAND OF ALLIES Arxivləşdirilib 2016-04-15 at the Wayback Machine, The New York Times, September 14, 1919
- ↑ 1 2 Musa Qasımlı. Avropa və Amerika ölkələrinin müasir tarixi (I hissə). Bakı: Bakı Dövlət Universiteti nəşriyyatı. 2003. səh. 45.