Vijn Marvel Comics - Wikipedia
Vijn (ing. Vision; azərb. Görünüş) — Marvel Comics nəşriyyatı tərəfindən 1968-ci ildə uydurulan komiks personajı. Vijn bir canlı olmayıb, robotdur. Lakin insan kimi düşünüb hərəkət edə bilməkdədir. Əsasən Qisasçılar komandasının üzvüdür. Robot olmasına baxmayaraq Qırmızı cadugər ilə evlənmiş, hətta Qırmızı cadugərin sehri vasitəsilə 2 uşağı olmuşdur.
Vijn | |
---|---|
Vision | |
Nəşriyyat | Marvel Comics |
Yayım tarixi | "Qisasçılar" #57 (oktyabr 1968) |
Yaradıcı(lar) |
Roy Tomas Sten Li Con Buskema |
Xüsusiyyətlər | |
Əsl adı | yoxdur |
Cinsiyyəti | kişi[d] |
Boyu | 190,5 sm |
Çəkisi | 136 kq |
Növü | robot |
Komiks bioqrafiyası | |
Üzvlükləri |
Birinci Android Vijn: Qisasçılar Qərb Sahili Qisasçıları Qisasçılar AI Müfadiəçilər İkinci Android Vijn: Gənc Qisasçılar Qüdrətli Qisasçılar |
Düşmənləri | Altron |
Ləqəbləri |
Viktor Şeyd Yonas |
Gücləri |
Sıxlıq kontrolu Uçmaq Kütlə manipulyasiyası Reqenerasiya Güc, dayanıqlıq, sürət. |
Keçmişi
redaktəDüzəldilməsi
redaktəVijn bir robotdur. Qisasçıların qatı düşməni olan digər robot olan Altron-5 tərəfindən hazırlanmışdır. O, 1930-cu illərdə Fineas Horton adlı bir alim tərəfindən yaradılan android əsasında düzəldilmişdir. Bu android İkinci dünya müharibəsinə qatılaraq Kapitan Amerikaya və Namora qarşı mübarizə aparmış, İşğalçılar və Qaliblər komandasının üzvü olmuşdur. Daha sonra Vijna Altron tərəfindən bir super qəhrəmanın beyin dalğaları əlavə olunmuşdur. Laboratoriyada yaradılan Vijn azad iradəyə sahib olmuşdur. Altronun əsas məqsədi bir yenilməz robot düzəltmək və onu Qisasçıları məhv etməyə yönləndirmək idi. Altron on bir ölüm maşını kimi yetişdirmiş, ona ad belə verməmişdir.
Qisasçılar
redaktəVijn Qisasçılara qarşı mübarizə apararkən insanların bir-birinə fədakarlıq etməsini görmüş və təəccüblənmişdir. Vijn özünü sorğulamağa başlamışdır. "Görəsən, yaradıcım Altron da bu insanlar kimi təhlükə zamanı özünü fəda edərdimi?" sualına cavab tapmaqda gecikməyən Vijn Qisasçıları öldürməyin düzgün olmadığını fikirləşmiş, super qəhrəman olmuş və Qisasçılara Altronu devirməyə kömək etmişdir. Beləliklə, Vijn Qisasçılara qatılmaq haqqı qazanmışdır.
Növbəti illərdə digər Qisasçı Qırmızı cadugər ilə evlənərək iki uşaq atası olmuşdur.
Ölüb dirilməsi
redaktəMarvel Comicsin bir çox personajı kimi Vijn da ölüb dirilmişdir.
Stark qülləsinə yerləşməzdən qabaq Qisasçıların qaldığı Stark malikanəsində adi günlərin birində qırmızı siqnal işə düşmüşdür. Bağçaya çıxarkən əvvəlki saylarda özünü dostlarına fəda etmiş Ceklə qarşılaşmışdırlar. Cek onu qarşılayan Qarışqa-adamdan üzr istəyərək partlamış və malikanənin yarısı havaya uçmuşdur. Qarışqa-adam da ölmüşdür.
Qisasçılar birinci partlayışın şokunu yaşayarkən göydə öz jetlərindən birini görmüş və həmin jet sürətlə malikanə ilə toqquşmuşdur. Bu zaman onların qarşısında Vijn dayanaraq özünü idarə edə bilmədiyini açıqlamışdır və onların üzərinə kiçik Altron dəstələri göndərmişdir. Robotları dayandıran komanda bu xəyanət səbəbini öyrənmək istəsə də, ölmüş yoldaşının qisasını almaq istəyən Şi-Halk onu iki yerə ayırmışdır.
Gücləri
redaktəVijn müxtəlif qabiliyyətlərə malikdir. Əsas gücü öz bədənin sıxlığını artırıb azaltmaq bacarığıdır. Bu qabiliyyəti sayəsində Vijn divarlardan keçərək düşmənlərin enerjili hücumlarından yayına bilir. Oxuyucularla qarşılaşdığı ilk iki sayda bu açıqca göstərilmişdir. Bir anda istədiyi formaya çevrilə bilir. Bədəninin sıxlığını bəzən o qədər artıra bilir ki, almaz kimi sıx olaraq Torun çəkic zərbələrinə dayanıqlı olur.
Başqa qabiliyyəti də gözlərindən və alnının ortasındakı nöqtədən daha əvvəl yığdığı günəş ışığını enerjiyə çevirib atəş açmaqdır. Günəşdən ayrılan enerjidən bədəni üçün enerji mənbəyi kimi də istifadə edir. Bundan əlavə güc, dayanıqlıq, sürətə də malikdir. Ən böyük üstünlüyü isə robot olduğundan aldığı məlumatları kompüter kimi saxlayıb emal etməkdir. Vijn öz rəqiblərini çaşdırmaq üçün holoqramlarından istifadə etməkdədir. Şəklini dəyişdirmək, uçmaq bacarığı, səsləri təqlid etməsi digər güclərindəndir.
Bəzi məqamlar
redaktə- Robot olmasına baxmayaraq olduqca duyğusal personajdır. Hətta "Qisasçılar"ın 58-ci sayında ağlamışdır.
Film
redaktəVijn ilk dəfə 2015-ci ildə çəkilən "Qisasçılar: Altron dövrü" filmində Pol Bettani tərəfindən canlandırılmışdır.[1] Bettani 2016-cı ildə "Birinci qisasçı: Qarşıdurma" və 2018-ci ildə "Qisasçılar: Sonsuzluq savaşı" filmlərində də eyni rolu canlandırmışdır.
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2014-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-27.
Xarici keçidlər
redaktə- Vijn (Marvel Comics) Marvel Dünyası Vikisində