Vikipediya Inzibatciliq Namizedliklerinde Istifade Etmekden Cekinmeli Arqumentler - Wikipedia
Bu səhifədə iş davam etməkdədir. |
Səhifənin qısa məzmunu: İstifadəçilər Vikipediyaya müxtəlif yollarla töhfə verirlər. Sizdən fərqli şəkildə töhfələr verir deyə Vikipediyanın dəyərli bir inzibatçısını asanlıqla görməzdən gəlməyin. Namizədi dəstəkləsəniz də, dəstəkləməsəniz də, mövqelərinizi mütləq əsaslı arqumentlərlə əsaslandırın. |
Bu qayda inzibatçı və bürokrat seçkilərində, həmçinin Vikipediya:İnzibatçıların və bürokratların seçilməsi qaydaları § İnzibatçıların və bürokratların statuslarının alınması siyasətindəki etimad səsvermələrində proseslərin doğru və konstruktiv şəkildə irəliləməsi üçün nəzərdə tutulmuşdur. Namizədliklərə gələn şərhlər və mövqelər bu qaydaların çərçivəsinə uyğun olmalıdır.
Demək olar ki, hər namizədlikdə namizədlə bağlı ortaya çıxan sual bu olur: "Bu istifadəçiyə inzibati alətlərin istifadəsi barədə etibar etmək olarmı?". İcmaya tanış olmayan bir namizəd barədə qərar vermək adətən istifadəçilər üçün çox vaxt çətin olur.
Tez-tez "inzibatçılığın çox da vacib bir şey olmadığı" vurğulanır, çünki bir inzibatçı tərəfindən həyata keçirilən əməliyyatlar digər inzibatçılar tərəfindən asanlıqla geri qaytarıla bilir.
Namizədliklər hansısa "populyarlıq yarışması" olmamaqla yanaşı, potensial inzibatçıları "şəxsi kriteriyalar"ın tələblərini ödəməyə məcbur etmək üçün də tətbiq olunmamışdır. Potensial inzibatçının mübahisəli məsələ ilə bağlı doğru fikirdə olub-olmadığına qərar vermək üçün də nəzərdə tutulmayıb, amma bu, namizədin irəliləyən vaxtlarda konkret vəziyyətlərdə cari siyasətləri tətbiq edib-etməyəcəklərini soruşmaqdan fərqlidir. Ümumiyyətlə, yaxşı olar ki, hansısa istifadəçini namizəd göstərməzdən əvvəl müzakirə səhifəsi vasitəsilə onunla danışın və fikrini öyrənin, bir çox hallarda istifadəçinin öz namizədliyini özünün verməsi daha yaxşı hal kimi qəbul edilir.
Şərh bildirib mövqe ifadə edərkən nümunələr qeyd etmək xüsusilə faydalıdır. Bunun ən yaxşı yolu şərhlərinizdə qeyd etdiyiniz nüansları açıq şəkildə təsvir edən müəyyən səhifə və redaktələrə keçidlər verməkdir.
Namizədin namizədliyinə qarşı şərhlər
redaktəMüəyyən bir namizədlikdəki qarşı şərhlər adətən dəstək şərhlərindən daha çox nəzərə çarpır. Xüsusilə bu şərhlər etina ilə yazılır, nümunələr qeyd olunur və bu nümunələrdən istifadə edilərək namizəd olan istifadəçiyə nəyə görə inzibatçılığın gətirdiyi üç əlavə funksiyanı (silmə-mühafizəetmə-blok) daşımağı barədə etibar edilməyəcəyi əsaslandırılır.
Unutmayın ki, tənqidlər konstruktiv və nəzakətli şəkildə bildirilməlidir. Qeyd edilən tənqidlər istifadəçiyə fəailiyyətindəki hansı nüansları düzəldəcəyi təqdirdə bu etibarı qazanacağı istiqamətində fikir verməlidir. Əgər bu fəaliyyət asan və tez şəkildə həll edilən bilən bir şeydirsə, bunu namizədliyi əvəzinə onun müzakirə səhifəsinə də bildirə bilərsiniz.
Əgər hansısa namizədliyə qarşı çıxırsınızsa, sizdən əsaslandırma tələb edilə bilər. Əgər mümkündürsə, əks istiqamətdəki şərhiniz barəsində verilən cavabları diqqətə alın və nəzakətli şəkildə göstərdiyiniz arqumentin hələ də keçərli olub-olmadığını qeyd edin.
Vikidənkənar fəaliyyətlər
redaktəŞəxsin Vikipediya xaricində gördüyü işlər və fəaliyyətlər ümumən inzibatçılıq namizədliyinə təsir etmir. Hansısa namizəd real həyatda və ya sosial şəbəkələrdə sizin bəyənib-bəyənmədiyiniz müxtəlif fəaliyyətlər görə bilər. Lakin şəxsin digər istifadəçiləri istismar etməsi bura aid edilmir.
Qısaca, əgər onun Vikipediyaya verdiyi töhfələr konstruktivdirsə, Vikipediyadankənar fəaliyyətləri o qədər də maraqlı deyil.
- Məsələn: Qarşı – bu istifadəçi "facebook"da mənə kobud cavab verdi. İncik Adam 01:01, 1 yanvar 2005 (UTC)
- Məsələn: Dəstək – bu insanı tanıyıram, çox yaxşı təbiətə sahibdir. MənimDostum 01:01, 1 yanvar 2005 (UTC)
Bəzi xüsusi hallarda, və ya istifadəçinin Vikipediyadakı töhfələri ilə əlaqəli bir şərhə əlavə olaraq faydalı məlumat təmin edəcəksə, Vikipediyadankənar fəaliyyət maraq doğura bilər.
- Məsələn: Qarşı – istifadəçi inzibatçılara müraciət səhifəsində bildirdi ki, [1] inzibatçı olacağı təqdirdə, ana səhifəni siləcək və Mingəçevirdən olan bütün istifadəçiləri bloklayacaq. Bakılı balasıyam Bakıda qalasıyam 01:01, 1 yanvar 2005 (UTC)
- Məsələn: Dəstək – Vikipediyadakı təqdirəlayiq töhfələri ilə yanaşı, istifadəçinin "bu nüfuzlu saytda" da inzibatçı olaraq uğurlu karyerası olub: [1]. Nüfuzlu sayt istifadəçisi 01:01, 1 yanvar 2005 (UTC)
"İstifadəçi:X"ı dəstəkləyən/qarşı çıxan istifadəçilər
redaktəDəstək və qarşı çıxmaq məqsədilə yazılan şərhlər istifadəçinin müəyyən bir mövzu ilə bağlı mövqeyi ilə əlaqəlidirsə, bu nüansın nə üçün inzibatçılıq üçün uyğun olmadığını açıq şəkildə qeyd etmək xüsusilə vacibdir.
Namizədin hansısa mövzu ilə bağlı əsaslı bir fikri ola bilər, amma özünü təkmilləşdirmək üçün inzibati alətləri etibarlı şəkildə istifadə edəcəyinə inanıla bilər. Məsələn, inzibatçı olan şəxs "saxlamağa" və ya "silməyə" meyilli mövqedə ola bilər, ancaq qənaətbəxş redaktorların arqumentlərinə qarşı çıxma ehtimalının az olduğu açıq və mübahisəsiz vəziyyətlərdə müvafiq olaraq uyğun addımı atmalıdır, öz fikrini tətbiq etməməlidir.
Burada isə sual ondan ibarətdir ki, şəxsə konsensusa sadiq qalma və siyasətlərə zidd fəaliyyət göstərməyəcəyi barədə etibar etmək olarmı?
- Məsələn: Qarşı – istifadəçi "X" məqaləsinin SNS müzakirəsində mənimlə razılaşmadı. Günlər keçdi 01:01, 1 yanvar 2005 (UTC)
- Məsələn: Dəstək – istifadəçi eyni mövqedə olmadığım birinə hazırcavab şəkildə cavab verdi. Həssas 01:01, 1 yanvar 2005 (UTC)
- Məsələn: Qarşı – istifadəçi düşünür ki, sürətli silmə kriteriyaları təkmilləşdirilməlidir və o qeyd etdi ki, prosesləri düşündüyü şəkildə icra edəcək. [1] Dəmir 01:01, 1 yanvar 2005 (UTC)
- Məsələn: Dəstək – istifadəçi ədalətli istifadə ilə bağlı proseslərdə olduqca aktivdir, onun fikirləri ilə razılaşmasam da, qaydalara uyğun bu fəaliyyətini bəyənirəm və müzakirələrdəki soyuqqanlı davranışı da mənim çox xoşuma gəlir. [2] Aşpaz 01:01, 1 yanvar 2005 (UTC)
İstifadəçi X-dır
redaktəƏgər istifadəçinin dəyişdirə bilməyəcəyi bir şeydirsə, onu müzakirəyə çıxarmaq heç də faydalı olmayacaq.
- Məsələn: Qarşı – hər nə qədər faydalı töhfələri olsa da, istifadəçi sadəcə 12 yaşındadır/12 yaşındaymış kimi davranır, ona da görə də düşünürəm ki, ondan yaxşı inzibatçı olan deyil. Böyük şəxsiyyət 01:01, 1 yanvar 2005 (UTC)
- Məsələn: Dəstək – istifadəçi Bakılıdır və bizim daha çox Bakılı inzibatçıya ehtiyacımız var. Sevdim səni, Bakı! 01:01, 1 yanvar 2005 (UTC)
Əgər bu formada şərh yazmağa meyillisinizsə, sadəcə istifadəçinin Vikipediyadakı fəaliyyətlərinə əsasən şərh əlavə etməyi düşünün.
- Məsələn: Qarşı – qırx yaşını keçmiş də olsa, uşaq zarafatları etməyə [1], [2] və məqalələrdən istinadlı məzmunu silməyə [3], [4] və maşın tərcüməsi ehtiva edən [5] məzmun əlavə etməyə davam edir. Kəsik 01:01, 1 yanvar 2005 (UTC)
- Məsələn: Dəstək – bu istifadəçi Bakılıdırsa, deməli, Bakıdakı abidələrlə bağlı geniş məlumata sahibdir və buradakı kimi [6], [7] əlaqəli məqalələr barədə istifadəçilərə kömək edə bilər, problemli halları müzakirə edər [8], [9] və o, bu mövzuda üçün çox dəyərlidir. Taxtabaş 01:01, 1 yanvar 2005 (UTC)
Əlbəttə ki, inzibatçıların yetkin şəxslər olmasını arzu etmək gözlənən şeydir. Əslinə baxarsaq, istifadəçilər yaşı namizədlik barədə əks arqument kimi təqdim etməkdə sərbəstdirlər.
Tam da onun/onların dediyi kimi!
redaktəBəzi hallarda sizin namizədlik barədə bildirəcəyiniz fikirləri artıq başqa istifadəçilərin bildirdiyini görürsünüz və onlarla razılaşdığınızı qeyd etməyiniz də tam normaldır. Bəzi hallarda isə razılaşanların bir çoxu sizin fikirlərinizlə razı ola bilər, amma bu vəziyyətlərdə hansı fikirlərinizlə razılaşdıqlarını (həmçinin hansılarla razılaşmadıqlarını da) qeyd etmələri olduqca faydalı ola bilər.
- Məsələn: Qarşı – yuxarıda qeyd edilənlərə/qeyd edilənlərin əksəriyyətinin fikirlərinə əsasən. Razılıq verən 01:01, 1 yanvar 2005 (UTC)
- Məsələn: Dəstək – tam razıyam. Özündən əmin 01:01, 1 yanvar 2005 (UTC)
- Məsələn: Qarşı – Qumarbaz qeyd edir ki, istifadəçinin SNS müzakirələrində yetərli təcrübəsi yoxdur, Saatsaz isə bildirir ki, layihəyə töhfəsi olmayan müzakirələr aparmaqla məşğuldur. Amma mən Elm adamının fikirləri ilə qətiyyən razı deyiləm, müzakirələr səhifələrində fəaliyyətinin az olmasının nə zərəri ola bilər? Kitab oxuyan 01:01, 1 yanvar 2005 (UTC)
- Məsələn: Dəstək – bütün müzakirələrə və istifadəçinin töhfələrinə nəzər yetirdim, hansısa problem görmədim. Dəstək verən 01:01, 1 yanvar 2005 (UTC)
Heç bir arqument ortaya qoymamaq
redaktəHeç bir arqument ortaya çıxarmayan şərhlər həm namizəd üçün konstruktiv rəy bildirmir, həm də konsensus quruculuğuna töhfə vermir.
Bundan fərqli olaraq, qısa bir arqument təqdim etmək fikirlərinizi açıqlamağa kömək edir, bürokratın namizədliyə baxmasında daha çox kömək edir və hətta başqa istifadəçilərin də namizəd barədə təkrar düşünməyinə və fikirlərini dəyişdirməyinə imkan verir.
- Məsələn: Qarşı – istifadəçi hələ də burada da olduğu kimi qeyri-ciddi davranışlar sərgiləyir: [1]. Ciddi adam 01:01, 1 yanvar 2005 (UTC)
- Məsələn: Dəstək – Ciddi adamın yuxarıda qeyd etdiyindən əlavə olaraq, onu da qeyd edim ki, bu istifadəçinin qaydalara bağlı və konstruktiv fəaliyyət keçmişi var. Səmimi qadın 01:01, 1 yanvar 2005 (UTC)
100 məqalə, 5 seçilmiş məqalə yazmaq lazımdır...
redaktəÜmumiyyətlə, istifadəçilərib redaktə sayları artıqdca təcrübələri də artır. Mövzulu ay layihələrində iştirak, statuslu məqalə namizədləri ilə bağlı müzakirələrə qoşulmaq, SNS-dəki müzakirələrdə iştirak etmək və inzibatçı namizədlikləri kimi mövzularda müzakirələrə qoşulan istifadəçilərin bu namizədlik ilə bağlı fikirləri faydalı təcrübə təmin etdiyi kimi, həm də şəxsin inzibati alətləri etibarlı şəkildə istifadə edib-etməyəcəyini barədə bir qənaət gəlmələrinə də imkan verir.
İnzibatçı namizədliyi təqdim edilmiş istifadəçilərin töhfələri və fəaliyyət statisikları barədə məlumatlar açıq şəkildə qeyd olunur, əgər siz namizədlə tanış deyilsinizsə, onun fəaliyyət və töhfələri ilə tanış ola bilərsiniz. Ümumi olaraq, ya da xüsusi bir ad fəzasında, statuslu məzmunda, yaxud da müzakirə səhifələrindəki dəyişikliklərin sayına görə qeyd edilmiş anlıq qərarlar, xüsusilə də bu dəyişikliklərin mahiyyətini və inzibatçılıq ilə olan əlaqəsinə diqqət vermədən fikir bildirmək çox da faydalı olmur.
- Məsələn: Qarşı – istifadəçinin "Vikipediya müzakirəsi:" ad fəzasında sadəcə 10 redaktəsi var və bu da kifayət deyil. Çox bilən 01:01, 1 yanvar 2005 (UTC)
- Məsələn: Dəstək – istifadəçi 5 statuslu məqalə yazıb, hazırda da həmin məqalələr statuslarını qoruyub saxladığına görə bu statusa layiqdir. Statuslu məqaləçi 01:01, 1 yanvar 2005 (UTC)
- Məsələn: Qarşı – istifadəçi silmə ilə maraqlanacağını deyir, amma indiyə kimi sadəcə iki məqalənin SNS müzakirəsinə fikir bildirib və burdan da görünür ki, o prosesləri anlamayıb. [1], [2]. Silməyə meyilli 01:01, 1 yanvar 2005 (UTC)
- Məsələn: Dəstək – istifadəçi sadəcə 5 məqalə üzərində əhəmiyyətli töhfələr verməyib, [3], [4], [5], [6], [7], eyni vaxtda bu məqalələrlə bağlı konstruktiv müzakirələrə də qoşulub və "Vikipediya:" ad fəzasında diqqətəlayiq töhfələr verib. [8], [9], [10]. Başqa bir məqaləçi 01:01, 1 yanvar 2005 (UTC)
Alətlərə ehtiyacı yoxdur
redaktəMümkün qədər etibarlı inzibatçıların mövcud olması Vikipediyaya fayda verər. İnzibatçılıq namizədlikləri istifadəçinin inzibati alətlərdən etibarlı bir şəkildə istifadə etməsi ilə əlaqəlidir, kimin daha çox istifadə edib-etməyəcəyi ilə yox.
İnzibatçıların hər nə qədər aktiv şəkildə bu alətlərdən istifadə etməsi yaxşı da olsa, ayda bir neçə dəfə bu alətlərdən istifadə edən istifadəçi də icma üçün faydalıdır. Etibarlı şəxs ümumiyyətlə alətlərdən istifadə etmirsə, bunun heç bir zərəri yoxdur. Əgər onlardan heç olmasa bircə dəfə belə yaxşı bir məqsəd üçün istifadə etmişdirsə, deməli, onun inzibatçı olması bir məqsədə xidmət etmişdir.
SNS kimi sahələrdə iştirak edən bəzi istifadəçilər bütün inzibatçıların bu proseslərdə təcrübəli olmasını, və ya təcrübəsinin olmasının lazım olduğunu düşünə bilər. Halbuki bəzi istifadəçilər Vikipediyada sadəcə müəyyən sahələrdə töhfə verə, digər sahələrdə çox töhfə verməyə bilərlər. etmək və istifadəçilərlə əlaqə qurmaqdan başqa, bir inzibatçı namizədinin mütləq bilməsi lazım olan çox az prosedur var.
- Məsələn: Qarşı – bir aydır ki, istifadəçidən xəbər-ətər yoxdur. Sonsuzluq 01:01, 1 yanvar 2005 (UTC)
- Məsələn: Dəstək – istifadəçi deyir ki, əsasən silmə əməliyyatları icra edəcək, vandalları bloklamağda maraqlı deyil. Səliqə-sahmançı 01:01, 1 yanvar 2005 (UTC)
- Məsələn: Qarşı – istifadəçinin silmə ilə bağlı proseslərdə çox da təcrübəsi yoxdur, bu səbəblə ona nə qədər etibar edəcəyimi bilmirəm. Mühakim 01:01, 1 yanvar 2005 (UTC)
- Məsələn: Dəstək – istifadəçinin vandallarla bağlı tədbir görməyə yetərli təcrübəsi olmasa da, [1],[2],[3] müxtəlif müzakirə səhifələrindəki iştirakı inzibati alətlərin layiqi ilə istifadə ediləcəyi barədə məndə əminlik yaratdı. Yoxlayan 01:01, 1 yanvar 2005 (UTC)
İstifadəçi səhvə yol verdi
redaktəDemək olar ki, bir vaxtlar hamımız Vikipediyanı başa düşməyə çalışan redaktor idik və bu periodda səhvlər etdik. Bir çox dəyərli istifadəçi və inzibatçılar vaxtı ilə ciddi səhvlərə yol verib və hətta müəyyən vaxtlarda buna görə bloklanıb da. Redaktorlar ümumən hər hansısa bir səhvin olub-olmadığını axtarmaqdansa, istifadəçinin son fəaliyyətlərinə və səhvlərindən sonrakı davranışlarına nəzər yetirməlidir. Kiçik səhvləri və üzərindən xeyli vaxt keçmiş problemləri xüsusilə davamlı şəkildə vurğulamaqdan çəkinin.
- Məsələn: Qarşı – bu istifadəçi 2 il əvvəl səhv bir redaktə etmişdi [1] və məncə ilk redaktəsindən bu yana heç bir səhvə yol verməmiş insanlar inzibatçı ola bilər! Barışmaz 01:01, 1 yanvar 2010 (UTC)
- Məsələn: Qarşı – VP:İM-də bir istifadəçi onun barəsində müraciət edib, hər halda, o yaxşı redaktor olsaydı, bu baş verməzdi. Günahsız 01:01, 1 yanvar 2010 (UTC)
- Məsələn: Dəstək – bu istifadəçi həmişə redaktə xülasəsində izahlar əlavə edir və o heç vaxt səhvə yol verməyib. Mükəmməliyyətçi 01:01, 1 yanvar 2005 (UTC)
- Məsələn: Qarşı – bu istifadəçinin fəaliyyəti onu göstərir ki, o, əsas prinsiplər barədə belə çaşqınlıqlar yaşayır: [2] İş-güc adamı 01:01, 1 yanvar 2005 (UTC)
- Məsələn: Dəstək – bu istifadəçi öz səhvlərini dramatikləşdirmədən həll edə biləcək qədər yetkin biridir. Yetkin insan 01:01, 1 yanvar 2005 (UTC)
Zidd fikir bildirmək üçün başqalarının mövqelərindən və ya adlarından istifadə etmək
redaktəŞəxsi hücumlara səbəbiyyət verməmək üçün namizədliklərdəki müzakirələr başqalarını araya qatmadan sadəcə namizəd barədə aparılmalıdır.
- Məsələn: Qarşı - mən qarşıyam, çünki bu namizədin daha çox təcrübə toplamasına ehtiyac var hələ. Təzə adam
- Məsələn: Dəstək - istifadəçini dəstəkləyirəm, çünki vandallarla ciddi şəkildə mübarizə aparır. Vandal ovçusu
Qisas və mükafatlar
redaktəNamizədliyə bildirilən mövqelər heç vaxt yazdığınız məqalənin SNS-ə təqdim edilməsi barədə şərhlər ehtiva etməməlidir. Həm də mükafatlandırma məqsədilə dəstək şərhləri verilməməlidir.
- Məsələn: Qarşı - yazdığım məqalənin silinməsini təklif etdi. Onu sevmirəm
- Məsələn: Qarşı - bu şəxs əvvəllər mənim hesabımı bloklamışdı. Onu da sevmirəm
- Məsələn: Dəstək - mənə bir çox ulduz verdi və həqiqətən də çox xoş rəftar etdi. Amma onu sevirəm
- Məsələn: Qarşı - istifadəçi açıq şəkildə "xxx" kimi ensiklopedik dəyərə malik səhifələri silinməyə namizəd göstərir. Matrix
- Məsələn: Dəstək – bu istifadəçi çox qayğıkeşdir və yeni gələn istifadəçilərə xüsusi diqqət yetirir, onlar mənbəli məzmun əlavə etdiklərində mükafatlar verir və nəsə səhv edəndə, köməyə ehtiyacı olanda onlara bu barədə kömək edir. Kef edin e!
İzahı verilməmiş "fərq" keçidləri
redaktəMüəyyən bir "fərq" keçidinin əslində namizədliyi dəstəkləmək və ya qarşı çıxmaq üçün yaxşı bir səbəbi var, amma vəziyyət digər istifadəçilər üçün açıq olmaya bilər. Keçiddən də əlavə, həmin keçidin nəyə görə istifadəçinin inzibatçılıq üçün yaxşı ya da pis olduğu barədə izah göstərən qeyd ehtiva etməsi vacibdir.
- Məsələn: Qarşı bu redaktəyə görə: [1]. Eh sən pissən
- Məsələn: Dəstək buna əsasən: [2]. Gəl görüm bura
- Məsələn: Qarşı - burdan da ([3] və [4]) gördüyünüz kimi, istifadəçinin VP:İM-də bloklama ilə bağlı xətalı müraciətləri var, inzibatçı olsa, böyük ehtimalla belə səhvlərə yol verəcək. Canımsan
- Məsələn: Dəstək - Bu redaktə ([5]) onu göstərir ki, bu istifadəçi SSK-nın M5 kriteriyasını həqiqətən başa düşüb. XYZ
Özü-özünü namizəd göstərmək
redaktəBir çox istifadəçi bu missiyaya hazırdır, ancaq necə olubsa başqa bir istifadəçi tərəfindən namizəd göstərilməyib. Vikipediya səmərəli, taraz və təcrübəli inzibatçılarla daha da inkişaf edər. Bir istifadəçi inzibatçılıq üçün lazım olan şərtlərə sahib olduğunu açıq aşkar göstərirsə, onda onun nə qədər tez inzibatçı olması o qədər yaxşıdır. Yəni ki, bir namizədə sırf özü namizəd oldu deyə qarşı çıxmaq fayda verməyəcək. Ancaq bəziləri düşünürlər ki, özü-özünün namizədliyini verən istifadəçi digər istifadəçi tərəfindən namizədliyi verilmiş istifadəçi ilə müqayisədə daha yüksək şərtlərə cavab verməlidir.
Başqalarına onu namizəd göstərməyi deməyə çəkinən dəyərli namizədlər digərlərinin diqqətini çəkənə qədər uzun müddət gözləmək məcburiyyətində qala bilərlər.