Vikipediya Bilirsinizmi Bolmesi May - Wikipedia
Vikipediya Bilirsinizmi Bolmesi May - Wikipedia - Haqqında Məlumat
1 - 5 May
redaktə- Çətirdən ilk dəfə təxminən 3400 il əvvəl Mesapotamiyada rütbənin və fərqliliyin rəmzi kimi istifadə olunub. Bu çətirlər mesapotamiyalıları yağışdan deyil, parlaq günəşdən qoruyurdu.
- Şahzadə Mustafa Sultan Süleyman Qanunidən sonra hakimiyyətə qəlməyə ən real namizəd olsa da, Xürrəm Sultanın fitnəsi nəticəsində 1553-cü ildə Erağlı ovasında yerləşən kiçik su hövzəsində boğdurularaq öldürülmüşdür.
- Avropada ən qədim universitet Salernoda XI əsrin birinci yarısında yaradılmış tibb universiteti sayılır.
- Dünyada adında "Qvineya" sözü olan 5 dövlət var - Qvineya, Qvineya-Bisau, Ekvatorial Qvineya, Papua-Yeni Qvineya və Yeni Qvineya Ərazisi.
- İlk kağız bizim eradan əvvəl II əsrdə Çində düzəldilib.
- Sual işarəsinin yazılışı latın hərfləri olan q və o-dan yaranıb (quaestio — cavabı axtarmaq). Əvvəlcə q o üzərində yazılırdı, sonradan indiki , ? halına salınıb.
- Ərəb ölkələrində adlar çox mürəkkəb olur. Şəxsi ad və soyaddan başqa onun adında "ibn" (atasının adı) birləşməsi ilə bir çox babalarının adı və eyni zamanda döğulduğu yer adı göstərilir.
- Serb, xorvat və bosniya dilləri serb-xorvat dilinin regional variantları sayılır.
- Qədim Misirdə insanlar quta quşunun yumurtasını Allah yolunda qurban edirdilər. Orta əsr xristianlarında isə insan növbətçi olduğu müddətdə ona yumurta yemək qadağan edilirdi. Çində yumurtanı qıcqırda bilirlər və onun resepti avropalılara açıqlanmır.
- Marqaret Tetçer Böyük Britaniyanın ilk və yeganə qadın Baş Naziridir, 1979—1990-cı illər. «Dəmir ledi» adı ilə də tanınır.
5 - 10 May
redaktə- Elm müasir halda XVI—XVII əsrlərdən formalaşmağa başlayıb.
- 1963-cü ildə Urta-Bulak yatağında təbii qaz partlayışı baş vermiş, alovu üç il (1064 gün) söndürmək mümkün olmamışdır.
- "Telefon" sözü qədim yunan dilndən tərçümədə "uzaqdan gələn səs" deməkdir.
- Avstraliyanın kənd yerlərində bina nömrələnməsi küçə başlanğıcından metr ilə məsafəyə görə verilir. Məsələn, əgər ferma küçə başlanğıcından 1500 metr uzaqlıqdadırsa, onun nömrəsi 150 olur.
- Moskva metropolitenində 185 stansiya vardır.
- Yod ilk dəfə Kurtua tərəfindən dəniz yosunlarının külündə tapılmış, 1815-ci ildə Gey-Lyussak tərəfindən kimyəvi element kimi qəbul edilmişdir.
- Hal-hazırda yeganə rəsmi imperator Yaponiya imperatorudur. Ancaq onun adı daha çox simvolik xarakter daşıyır.
- XX əsrin ortalarında Altayda yerli türkdilli xalqların Pazırıq (Basırıq) dediyi yerdə qazıntı aparan rus arxeoloqları qədim kurqandan qədimi bir xalça tapırlar. Saqa (skit) boylarına məxsus sənət əsəri salamat qalmış və rəngini itirməmişdi. Xalça 2500 il öncə Qarabağda toxunmuş Bərdə (saqa-oğuz) xalısı idi.
- Avropa Birliyi yeganə beynəlxalq təşkilatdır ki, özündə həm beynəlxalq təşkilat, həm də dövlət əlamətləri daşıyır, əslində isə formal olaraq heç biri deyil. Bəzi məsələlər birliyin ümumi institutları, bəziləri isə üzv dövlətlərin nümayəndələrinin razılaşması ilə qəbul edilir.
- Şimal qütbündə yaşayan yerli xalqlar buzdan iqlu adlanan evlər quraşdırırlar.
10 - 15 May
redaktə- Dünyada coğrafi vəziyyətinə görə dünya okeanına birbaşa çıxışı olmayan 44 ölkə vardır.
- 1900-cu ildə dünyada olan 4192 avtomobildən 1688-i buxarla, 1575-i elektriklə, 929-u isə benzinlə hərəkətə gəlirdi.
- Nauru dünyada ən kiçik müstəqil respublika, ən kiçik ada dövləti, Avropadan kənar ən kiçik dövlət və rəsmi paytaxtı olmayan yeganə dövlətdir.
- 1930-cu ildən 2006-cı ilədək Pluton Günəş sistemində doqquzuncu planet kimi qəbul edilirdi. Ancaq XX əsr sonlarında və XXI əsr əvvəllərində Günəş sistemndə plutonsayağı xeyli səma cismi kəşf edildi. Onlardan Erida, Plutondan 27 * böyükdür. 24 avqust 2006-cı ildə Beynəlxalq Astronomiya İttifaqı özünün XXVI assambleyasında ilk dəfə olaraq "planet" tərifini verdi. Pluton bu tərifə düşmədiyindən o planet kateqoriyasından kənarda qaldı.
- Türkiyədə 1930-cu ilə qədər cəmi 2 universitet, İstanbul Texniki Universiteti və İstanbul Universitetinin mövcud olduğu halda, bu günkü Türkiyədə onların sayı 157-dir.
- ABŞ ştatlarının qanunverici orqanlarının və ya qubernatorlarının qərarı ilə ştatların simvolları olan mahnılar seçilir. Bəzi ştatların rəsmi mahnıları yoxdur (Nyu-Cersi), bəzilərinin isə bir neçə mahnı simvolu vardır (Arkanzas və Arizona).
- Pyotr Çaykovskinin məşhur "Qu gölü" baleti onun sağlığında uğur qazana bilməmiş, ancaq ölümündən sonra librettosunda və quruluşinda müəyyən dəyişikliklərdən sonra dünya şöhrəti qazanmışdır.
- Apple 10 dekabr 2011-ci ildə Nyu-Yorkun Mərkəzi vağzalında özünün ən böyük firma mağazasını açıb. Sahəsi 2,1 min kvadrat metr olan mağaza şirkətin əvvəlki mağaza sahəsi rekordunu 0,6 min kv.m. təzələyib. İlk müştəri mağazanın açılşında birinci olmaq üçün bir sutka növbədə durub.
- Dünyada ən bahalı dərman Alexion Pharmaceutical şirkətinin istehsalı olan Soliris preparatıdır. Bu dərmanla illik müalicə kursu 409,5 min ABŞ dollarına başa gəlir.
15 - 20 May
redaktə- Tək 2007-ci ildə bütün dünyada sığorta şirkətləri tərəfindən 4,1 trilyon ABŞ dolları həcmində sığorta ödənişi toplanıb.
- Belə bir hipoteza var ki, inklərin istifadə etdikləri ip düyünləri, kipu, əslində yazı nümunələridir.
- Azərbaycanda 1991-ci ildən bəri keçirilən "ilin futbolçusu" titulunun müəyyənləşməsində 14 nəfər qalib olub. Onlardan iki nəfər Samir Ələkbərov (1991, 1992,1993) və Rəşad Sadıqov (2004, 2005, 2010) hərəsi ki dəfə qalib elan ediliblər .
- İdman oyunlarında topun və ya şaybanın rəqibin qapısından keçirilməsi zamanı heablanan qol ingilis dilndə ing. goal məqsəd deməkdir.
- ABŞ-ın Kaliforniya ştatı müstəqil dövlət olsaydı, dünyanın iqtisadi inkişafına görə ilk beşliyində yer alardı.
- İnsanlar fillərin skeletlərinə rast gələ bilmirlər. Sonra aydınlaşdırıldı ki, fil ölümünün yaxınlaşdığını hiss edərək özünü çaya və ya batağlığa atır.
- Dünyada hesablamalara görə 6700, bəzi hesablamalara görə isə 4500 növ suda-quruda yaşayanlar sinfinə daxil olan canlılar, amfibiyalar yaşayır.
- Müasir cəmiyyət ilk növbədə fizika elmində edilən kəşflərin praktiki tətbiqi nəticəsində meydana gəlib. Elektromaqnetizmin öyrənilməsi telefonların, termodinamikanın öyrənilməsi avtomobillərin, elektronikanın inkişafı kompüterlərin metdana gəlməsinə səbəb olub.
- Materiklərin cənub hissəsi bir qanun olaraq nazik olub, oxvarı şəkildədir. Onların şimal hissəsi isə çox genişdir. Deməli, materiklər bir növ üçbucaq şəklindədir. Hətta Antarktida belə armudvarı şəklə malikdir.
- Müasir dövrə qədər astrologiya ilə astronomiya tez tez qarışdırılırdı. Onlar tarixən paralel inkişaf etmişlər.
20 - 25 May
redaktə- 6 milyon insanın ölümü ilə nəticələnən Holokost soyqırımının əsas təşkilatçılarından olan Adolf Hitler, ölümündən bir gün əvvəl yəhudi Eva Braun ilə evlənmişdir.
- Rusiyanın 26 dövlətlə dövlət sərhədi vardır.
- Kitabi Dədə Qorqud kitabı ilk dəfə XI əsrdə yazıya alınmışdır. Əldə olan nüsxələr isə XVI əsrdə üzü köçürülmüş əlyazmalarıdır.
- Alman dili Avstriya, İsveçrə, Belçika, Lixtenşteyn və Lüksemburqda dövlət dilidir.
- Dünyanın ən böyük avtomobil istehsalçılarından olan BMV şirkəti, 1916-cı ildə təsis ediləndə avtomobil yox, V12 tipli təyyarə mühərrikləri istehsal edirdi.
- 1990-cı ilin 3 oktyabr tarixində Almaniya Demokratik Respublikası ilə Almaniya Federativ Respublikası dövlətlərinin vahid dövlətdə birləşməsi ilə İkinci dünya müharibəsindən sonra Almaniyanın parçalanmasına son qoyulmuşdur.
- Karandaşların ilk variantı XIII əsrdə hazırlanıb. Qrafitin taxtanın arasına qoyulmasını fransız kimyagəri Nikola Konte təklif edib.
- Jamanak Türkiyədə ən uzun müddət yayımlanan qəzetdir. 103 ildir ki, fasiləsiz olaraq fəaliyyət göstərən qəzet, indiyə qədər cəmi 5 dəfə çap edilməmişdir.
- I Paralimpiya oyunları 1960-cı ildə Romada, XVII Yay Olimpiya oyunlarından sonra keçirilmişdir.
- ABŞ-ın ilk katolik prezidenti Con Ficerald Kennedi olmuşdur.
25 - 31 May
redaktə- 1940-1956-cı illərdə SSRİ 15 yox, 16 müttəfiq respublikadan ibarət idi. Karel-Fin Sovet Sosialist Respublikası adlanan sonuncu respublika, 1956-cı ildə RSFSR-in tərkibinə muxtar respublika kimi daxil edilmişdir.
- 1941 - 1945-ci il İkinci dünya müharibəsi zamanı SSRİ tərəfindən 600 min Azərbaycanlı döyüşlərdə iştirak etmiş və 300 mini qeri qayıtmamışdır.
- Ukraynanın Prezdenti olmuş Viktor Yuşşenkonun bir sərəncamında ( № 161/2009) belə yazılmışdı: "«Ukrayna Prezidentinin 3 dekabr 2007-ci il № 292 sərəncamının ləğvi barədə» 6 mart 2009-cu il tarixli sərəncamı ləğv edilsin".
- Şizofreniya məqaləsi vikipediyanın 5 dil səhifəsində "seçilmiş", 5 dil səhifəsində isə "yaxşı məqalə" statusunu qazanıb.
- Hər hansı bir elm haqqında təsəvvür bu elmin obyektini, predmetini, metodunu və prinsipini öyrənməkdən başlayır.
- Həftənin astronomik əsası yoxdur. Qədim Misirdə on günlük həftədən (dekada) istifadə edirdilər. Mayya mədəniyyətində isə həftə 13 gündən ibarət idi, onlarda 20 günlük təqvim də var idi.
- Almaniya bayrağında rənglərin qara, qırmızı və sarı rənglərdə sıralanması 1813-cü ildə Napoleona qarşı müharibədə gənclərdən təşkil olunmuş Freikorps (azad korpus) birliyi adı ilə bağlıdır. Maddi imkansızlıq səbəbindən Freikorps birliyinin əsgləri qara rəngdə uniforma geyinirdilər. Uniformanın düymələri isə sarı rəngdə və düymələrin altında qalan parçanın da qırmızı olması bugün mövcud olan Almaniya bayrağının yaranmasına səbəb olmuşdur.
- Ürəyin işləməsini yazan ilk elektrokardioqrafiya cihazını 1903-cü ildə Vilhelm Eyndhoven quraşdırıb. Buna görə ona 1924-cü ildə tibb üzrə Nobel mükafatı verildi.
- İnsanların daimi yaşamadığı Antarktidanın beynəlxalq telefon kodu da var. Kod belədir :672.
- Bütün ordularda hərbi salam ancaq sağ əllə verilir.