Vikipediya Bilirsinizmi Bolmesi Yanvar - Wikipedia
Vikipediya Bilirsinizmi Bolmesi Yanvar - Wikipedia - Haqqında Məlumat
1 - 5 Yanvar
redaktə- Fallo tetradasının yeganə müalicəsi cərrahi yolladır.
- ABŞ prezidentləri arasında ən hündür boylu prezident 193 sm boyu ilə Avraam Linkoln olmuşdur.
- Qədim Yunanıstan filosofu Sokrat fəaliyyət göstərdiyi dövr ərzində heç bir kitab yazmamış, öz fikirlərini şifahi şəkildə yaymışdır.
- Məşhur Time jurnalı Adolf Hitleri 1938-ci ildə ilin adamı seçib, onun rəsmi jurnalın üz qabığında verilib.
- 680-cı ilin 10 oktyabr tarixində İraqın Kərbəla şəhəri yaxınlığında baş vermiş Kərbəla döyüşü nəticəsində Məhəmməd peyğənbərin nəvəsi, Əli bin Əbu Talib oğlu Şiələrin 3-cü imamı Hüseyn şəhid edilmişdir.
- Qranada əmirliyinin XXII və son əmiri XII Məhəmməd əbu Abdullah İspanlara qarşı mübarizədə Osmanlı sultanı II Bəyazidən kömək istəmiş, ancaq II Bəyazid qardaşı Cem Sultanla taxt mübarizəsi apardığından XII Məhəmmədə lazım olan köməkliyi göndərə bilməmişdir.
- 1773-cü ilin 16 dekabr tarixində ABŞ-ın Boston şəhərində baş vermiş Boston çay qonaqlığı Amerika İnqilabının başlanğıcı sayılır.
- Qafqaz almanları Azərbaycanda Helenendorf, Annenfeld, Georqsfeld, Qrünfeld, Ayxenfeld, Traubenfeld, Yelizavetinka kimi kənd və şəhərlərdə yaşamışdılar. Qafqaz almanları tərəfindən Tiflis şəhərində nəşr olunan Kaukasische Post qəzetinin hər bir nömrəsi yuxarıda göstərilən kənd və şəhərlərə çatdırılırdı.
5 - 10 Yanvar
redaktə- 1980-ci illərin sonlarınadək Butanda (Himalay dağlarında) telefon mövcud olmayıb.
- Tufanın 10 dəqiqəyə hasil etdiyi enerji dünyanın bütün nüvə silahlarının enerjisinə bərabərdir.
- Yer səthinin 70%-ni su təşkil etsə də, onun yalnız 1%-i içmək üçün yararlıdır.
- Yerfındığı dinamitin tərkib hissələrindən biridir.
- Dünya əhalisinin yarısı düyü ilə qidalanır.
- Boks idman növü kimi 1900-cü ildə qanuniləşdirilmişdir.
- Kolibrilər arxaya uça bilən yeganə quşlardır.
- ABŞ Prezidenti Kennedinin qətlində təqsirləndirilən Li Harvi Osvaldın üzərindən tapılmış birka 1992-ci ildə hərracda 6 000 dollara satılıb.
- Kişi orqanizmində ən kiçik hüceyrə spermanın hüceyrəsidir.
- Titanikin batma səbəbi kapitanın özbaşınalığından baş verib. Kapitana ayzberklərin çox olduğu və gəminin yavaş sürülməsi barədə nə qədər xəbərdarlıq olsa da kapitan buna qulaq asmayıb.
10 - 15 Yanvar
redaktə- Vinsent van Qoq "Buğda tarlası və qarğalar" əsərini tamamladıqdan sonra tablonun qarşısında diz çökərək özünə qəsd etmişdir.
- Bilikli insanların beynində daha çox sink və mis olur.
- İnsan ağzında 40 min bakteriya yaşayır.
- XXXX
- Nepal dövlət bayrağı düzbucaqlı şəklində olmayan yeganə ölkədir.
- Yuxunun qaçırmaq üçün alma yemək qəhvə içməkdən daha təsirlidir.
- 1844-cü ilə qədər İngiltərədə intihar edən şəxs əgər ölmürdüsə, asılaraq cəzalandırılırdı.
- "Kalendar" sözü latın dilindən tərcümədə "borc kitabı" deməkdir.
- Dəniz ulduzlarının beyni yoxdur.
- Ən çox filmə çəkilən personaj Drakuladır.
- Antarktidada tapılan daş Marsda həyatın olmasına dair mühüm arqumentlərdən biridir.
15 - 20 Yanvar
redaktə- Ayıların 42 dişi olur.
- Pişiklərin hər qulağında 32 əzələ var.
- Tıxacaçanı 1860-cı ildə Brayn kəşf edib.
- Don Kixotun əsil adı Alonso Kexada olub.
- Bulemiya "ipə-sapa yatamayan" iştahadır.
- İnsan həyatı boyu təxminən min dəfə dərisini dəyişir.
- Emu dəvəquşuları arxaya (geriyə) addım ata bilmirlər.
- Hər gün Böyük Britaniyada 185 milyon fincan çay içilir.
- Kleopatra nar tumlarından dodaq boyası kimi istifadə edirdi.
- Vankuver şəhəri ardıcıl surətdə 4 dəfə (2007-2011) yaşamaq üçün ən əlverişli şəhər elan edilib.
- Avstriyalı yazıçı Frans Kafka vəsiyyət etmişdi ki, öləndən sonra əsərlərinin hamısını yandırılsın.
20 - 25 Yanvar
redaktə- Son 5 ildə Kanada 4 dəfə BMT tərəfindən yaşamaq üçün ən əlverişli ölkə elan edilib.
- Con Kennedinin yırğalanan kreslosu hərracda 442 min dollara satılmışdır.
- Bir il ərzində insan ürəyi 36 800 000 dəfə döyünür.
- Öpüşən iki adam bir-birinə 278 bakteriya ötürür. Onların 95%-i təhlükəli deyil.
- Bütün həyatı ərzində insan təqribən 40 ton ərzaq məhsulu istehlak edir.
- Ayıların 42 dişi olur.
- Susuzluğa ən çox davam gətirən canlı dəvə yox, siçovuldur.
- Qədim Romada xəstəsi əməliyyat masasında keçinən həkimin qollarını kəsirdilər.
- Antarktidada yerləşən Viktoriya torpağında küləyin sürəti saatda 215 kilometrdir.
- Dünyada ən çox danışılan dil çin dilidir.
- Liviya lideri Müəmmər əl-Qəzzafi tam 42 il dövləti idarə edib (hal-hazırda da etməkdədir).
25 - 31 Yanvar
redaktə- Qafqazın ən qədim kilsəsi Şəkinin Kiş kəndindəki Kiş məbədidir.
- Sasani şahları tacqoymadan əvvəl Azərbaycanın Qazaka şəhərindəki Azərgüşnasp məbədinə piayada gələrək məbədi ziyarət edirdilər.
- Çətirlər ilk dəfə 3400 il əvvəl İkiçayarasında günəşdən qorunmaq üçün istifadə edilməyə başlanıb.
- Fransızlar qalstuk taxmağı xorvatlardan öyrəniblər.
- Maykl Ceksonun Thriller albomu bütün zamanların ən çox satılan musiqi albomudur.
- İlk saat (günəş saatı) qədim Misirdə ixtira edilib.
- Ani şəhərindəki Mənuçöhr camisi Anadolunun ilk məscididir.
- Eynəlqüzat Miyanəci Həmədan şəhərinin valisi olsa da panteist dünya görüşünə görə edam edilib.
- İlk dəfə azan Bilal Həbəşi tərəfindən səsləndirilib.
- Aşiq olan insanlar digər insanlara nisbətən özlərini daha xoşbəxt hesab edirlər.