Vikipediya Hec Kim Evezolunmaz Deyil - Wikipedia
Bu səhifə Vikipediya haqqında bir essedir. Səhifə vikipediyaçılar üçün məsləhət və rəy xarakteri daşıyır. Vikipediyanın rəsmi prinsiplərindən və qaydalarından biri deyil, eləcə də, vikicəmiyyətin ümumi fikrini əks etdirməyə bilər. Bəzi esselər geniş mövzuları əhatə edir, bəzi esselər isə ancaq spesifik mövzulara toxunur. |
Vikipediyada heç kim əvəzolunmaz deyil. Vikipediya layihəsi üçün, hətta layihə daxilində verilən məqalə, mövzu və ya vəziyyət üçün əvəzolunmaz redaktor yoxdur.
Layihə
redaktəHeç bir redaktor o qədər vacib deyil ki, onsuz Vikipediya layihəsi çöksün. Bir redaktorda yüz minlərlə redaktə, yüzlərlə seçilmiş, yaxşı məqalə, onlarla mükafat ola bilər. Buna baxmayaraq, pozuntu pozuntudur.
Belə bir redaktor işinə görə alqışa, eyni zamanda yol verdiyi pozuntulara görə sanksiyalara layiqdir; biri digərini ləğv etmir. Digər redaktorlar lazım gəldikdə pozuntudan bəhs etməli və mühüm və ya təcrübəli redaktoru itirmək qorxusu ilə pozuntunu görməzdən gəlməməlidir. Əgər siz həmin redaktorsunuzsa, töhfələriniz çox dəyərli olsa da, bu sizi mədəni bir insan kimi davranmaq məsuliyyətindən azad etmir. Siz layihə üçün əvəzolunmaz deyilsiniz.
Siz önəmlisiniz
redaktəHər bir yaxşı niyyətli redaktor Vikipediyanın ümumi məqsədi üçün önəmlidir. Müsbət redaktələrin əksəriyyəti IP ünvanlar və ya Vikipediyanı daimi hobbi etmək istəməyən redaktorlar tərəfindən edilir. Vikipediyaya bir və ya iki müsbət töhfə verən bir çox insan ensiklopediyanı yeniləyir, səhvləri düzəldir və əslində işin böyük hissəsini yerinə yetirir.
Eyni zamanda, redaktorların əksəriyyətindən daha çox redaktə edən redaktorlar piramidası var. Bu aktiv redaktorlar layihənin əsasını təşkil edərək, hər şeyin rəvan axmasını təmin etmək üçün çalışırlar. Bu redaktorların bəziləri inzibatçı və ya daha çox səlahiyyət və məsuliyyət daşıyan digər rolları öz üzərinə götürür. Digərləri mübahisələrin həlli, botların proqramlaşdırılması, silinməyə namizəd olan məqalələrin işlənməsi kimi vacib vəzifələri yerinə yetirirlər. Əlbəttə ki, bütün bu proseslər məqalələri hazırlayan və seçilmiş/yaxşı məqalələr kimi seçilmiş məzmun sahələrində fəaliyyət göstərən redaktorları dəstəkləmək üçün mövcuddur.
Fasilə verə bilərsiniz
redaktəVikipediya hobbidir. Əgər Vikipediyanın sizsiz dağılacağını düşünürsünüzsə, deməli yanılırsınız. Önəmli insanlar çox olsa da, hər kəs əvəz edilə bilər. Əgər siz icma prosesində iştirak edirsinizsə və bunu edən tək sizsinizsə, kömək etmək üçün başqasını dəvət etməyi düşünün. Deyilənə görə, könüllü təşkilatda insanın yeni işə başlayanda ilk vəzifəsi həmişə onu əvəz edən şəxsi öyrətməkdir və Vikipediya da istisna deyil.
Vikifasilələr tez-tez real həyatda baş verənlərə görə verilə bilər və heç bir redaktor ailə, iş, məktəb və ya onların diqqətini tələb edən digər vəziyyətlərlə məşğul olmaq üçün lazım olan vaxtı ayırdığı üçün özünü günahkar hiss etməməlidir. Əgər Vikipediyanı redaktə etmək sizi stresə salırsa, sakitləşmək üçün fasilə verməlisiniz.
Real həyatdakı işlərlə ilə məşğul olmaq üçün Vikipediyadan lazımi şəkildə ayrıla bilməyən redaktorlar çox vaxt diqqətdən kənarda qalan ərazilərdə müəyyən nəticələrə məruz qalır, Vikipediyadan və ya hər ikisindən çox yorulurlar. Heç bir halda bu nəticələrin heç biri redaktor və ya layihə üçün faydalı deyil.
Əvəz edilə bilərsiniz
redaktəƏgər tərk etməlisinizsə, sizi əvəz edən tapılacaq. Əgər siz heç kimin köməyi olmadan vacib bir funksiyanı yerinə yetirirsinizsə, ya cəmiyyət onsuz da edəcək, ya da başqası bunu götürüb qaldığınız yerdən davam edəcək. İstənilən halda, Vikipediyadakı "işinizin" dərdini çəkmək lazım deyil.
Daha ciddi desək, heç bir istifadəçi ardıcıl pozuntuya yol veriləcək qədər önəmli biri deyil. Yaxşı töhfələri olan redaktorlarda özünəməxsusluqlara yol verildiyi düzdür, lakin cəmiyyət ensiklopediyaya müsbət töhfələr vermiş istənilən sayda redaktoru davranışları nəzakət sütununu qoruya bilmədiyi üçün sanksiya edib.
Situasiyalar
redaktəBəzən elə gələ bilər ki, yeni istifadəçilər, IP redaktorlar, qeyd edilən məqaləyə töhfə vermək təcrübəsi olmayan insanları ehtiva edən vəhşi barbarların qarşısını alan yeganə istifadəçi sizsiniz. Əgər məqalədən uzaqlaşsanız, aləm bir-birinə dəyər, ensiklopediya geri qaytarıla bilməyən şəkildə zədələnər, sivilizasiya parçalanardı. Məqalənin başqa heç kimin vecinə olmadığını, başqa heç kim ensiklopediyanın bu hissəsini müdafiə edə bilməyəcəyini düşünə bilərsiniz.
Əgər belə hiss edirsinizsə, geri addım atmalısınız. Vikifasilə verin. Yardım üçün Vikipediya icmasındakı digər şəxslərlə əlaqə saxlaya bilərsiniz. Siz əvəzolunmaz deyilsiniz. Həmişə kömək edə biləcək başqa redaktorlar var: yeni redaktorlar, anonimlər. Həmişə vandalizmin qarşısını alan redaktorlar var.
Ancaq daha da önəmlisi, özünüzü belə hiss edirsinizsə deməli siz VP:DÖYÜŞMEYDANInın ucundasınız (hiss edirsiniz ki, Vikipediya kollektiv ensiklopediya layihəsi yox "döyüş meydanı"dır) və çox güman ki, sizin davamlı iştirakınız vəziyyəti daha da pisləşdirəcək.
Yaxşısı budur ki, kömək istəyin, geri çəkilin və başqa, daha qərəzsiz redaktorların işi öz üzərinə götürməsinə icazə verin.
Nəticə
redaktəLayihə, müəyyən bir məqalə və ya müəyyən bir mövzu üçün əvəzolunmaz olmadığınıza diqqət yetirin; bu, çox güman ki, siz bloklama və ya qadağa vasitəsilə layihədən kənarlaşdırılmağınıza səbəb ola biləcək qeyri-münasib Vikipediya davranışına (məsələn, redaktə müharibəsi) yaxınlaşmağınız deməkdir.